Son xəbərlər:
Qərargah: Karantinə alınan şəxslər ictimai qaydaları kobudcasına pozur                        "Çinlini, hindlini gətirib yanımıza qoyublar" - Astara xəstəxanasında dəhşət                        Azərbaycan Prezidenti: "Xəzərdəki ən böyük donanma bizə məxsusdur"                        Koronavirusa qarşı effektiv türkəçarə və qidalar - SİYAHI                        İsrailin müdafiə naziri İranı hədələdi: "Suriyadan rədd olun, 1 ilə onları qovacağıq”                        Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər                        Türkiyə və ABŞ prezidentləri İdlib məsələsini müzakirə ediblər                        Ukrayna Türkiyəyə başsağlığı verib və onu Suriyada zorakılığı dərhal dayandırmağa çağırıb                        Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi                        Monqolustan prezidenti koronavirusa görə karantinə alındı                        Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib                        Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib                        Rusiya kruiz raketləri ilə yüklənmiş iki freqatını Suriya sahillərinə göndərdi...                        ABŞ Türkiyəni S-400 raketlərindən imtina etməyə çağırdı                        “Koronavirusa qarşı peyvənd bir neçə həftə sonra hazır ola bilər”- YƏHUDİ ALİMLƏR...                        “Düşmən Napoleonun müharibə üçün ən vacib hesab etdiyi amildən məhrumdur..."                        Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb                        Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı                        DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır                        Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub                        Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib                        “Azeri Light”ın bir barrelinin qiyməti 53 dollara düşüb                        Türkiyə İdlibdə 33 şəhid verdi                        Rus qırıcılarına hücum: “Son 24 saat ərzində…” – Türkiyəyə şok ittiham                        Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən açıqlama                        Türk ordusu ağır itki verdi, Ərdoğan açıqladı – Rusiyaya xəbərdarlıq                        Son durum: Ruslar İdlibi vurdu – Ölənlər var                        Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi                        Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır                        Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
28-fev-2020 / ( 09:00 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 4-02-2020, 13:39
Gəncə Təhsil İdarəsinin müdiri dövlət büdcəsindən külli miqdarda vəsait “silib” -İTTİHAM
Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, dövlət büdcəsindən əsassız olaraq maliyyə vəsaiti “silməsi” haqda redaksiyamıza rəsmi məlumatlar daxil olub. Həmin sənəddən məlum olur ki, 16 yanvar 2019-cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi dövlət büdcəsindən əsassız olaraq pul silinməsi edib. Adıçəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pul ayırması haqqında rəsmi sənəd vardır. Hansı ki, bu vəsait hesabına bir il ərzində bütün ölkə məktəblərini odunla təmin etmək olar. Bir də ki, hal-hazırda Gəncə şəhərində odunla istifadə olunan məktəblər yoxdur.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun tələbnaməsi əsasında bu işlərin görülməsi hər kəsə aydındır. Hətta bu məbləğin, yəni 289690.0 manatın “Xalq Bank” filialının vasitəsi ilə Neftçala şəhərinə köçürülməsi haqda əlimizdə rəsmi sənəd vardır.

Gəncə Təhsil İdarəsinin müdiri dövlət büdcəsindən külli miqdarda vəsait “silib”

Əldə etdiyimiz digər məlumatlara görə, Zakir Hüseynov Azərbaycan Texnologiya Universitetində, Kompüter Mühəndisliyi Telekommunikasiya kafedrasında 0,5 ştat, Gəncə Dövlət Aqrar Universitetinin İnformasiya Texnologiyaları sistemləri kafedrasında isə eyni qaydada yarımştat işləyir. Zakir Hüseynov adıçəkilən universitetlərdə bir dəfə də olsun, dərs keçmiyib. Amma universitetlərdən hər ay Zakir Hüseynova aylıq maaş yazılıb. Bu, külli miqdarda pulun mənimsənilməsi deməkdir. Hətta universitetlərdə Zakir Hüseynovun əvəzinə jurnal yazılıb. Hansı ki, bu özü də əsaslı cinayət faktıdı.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynova əsassız olaraq əməkhaqqı yazılması və yaxud onun pul kartı vasitəsi ilə hər iki universitetdən əməkhaqqı alması, vəəlavəı olaraq külli miqdarda pulun mənimsənilməsinin təsdiqini tapması korrupsiya faktıdır.

Araşdırdıqca dəhşətə gəlirik, bu qədərdə anarxiya olarmı?!

Ötən 2019-cu ilin sonlarında həbs olunan sabiq Ağstafa rayon icra başcısı Nizaməddin Quliyevin, sabiq Yevlax rayon icra başcısı Qoca Səmədovun dövlət büdcəsindən əsassız olaraq maliyyə “silmələri” təsdiqini tapdığından, hər iki icra başcısı həbs olundu. Gəncə Təsil İdarəsinin müdirinin də dövlət büdcəsi hesabına külli miqdarda “qazanc” əldə etməsi haqqında məlumatlar təsdiqini tapır. Belə ki, bu şəxsin vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Mövzuya qayıdacağıq. //hurriyyet.org//


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829