Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 1-04-2019, 22:58
KİVDF 25 qəzetə maliyyə yardımı ayırdı - SiyahıAprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qafqazinform.az Fonda istinadən xəbər verir ki, qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.məsələ barədə məlumat verib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.

O qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.

İcraçı direktor vurğulayıb ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur.

II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.

III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

V.Səfərli bildirib ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur.

Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib. Müşahidə Şurasının üzvləri bu qərarı qəzetlərin mənafeyinə tamamilə cavab verən güzəştli, humanist və optimal yanaşma kimi dəyərləndiriblər.

Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov çıxış edərək vurğulayıblar ki, yeni təkliflər əsasında ayrılan maliyyə vəsaitinin məbləğinin əsaslı şəkildə artımı qəzetlərdə çalışan çoxsaylı jurnalistlərin də mənafeyinə cavab verən məqsədəmüvafiq addımdır.
Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).

Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər

I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər



Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Bakı-Xəbər” qəzeti



20000

2.

"Kaspi” qəzeti



20000

3.

"Yeni Müsavat” qəzeti



20000

4.

"Səs” qəzeti



20000

5.

"Yeni Azərbaycan” qəzeti



20000

6.

"Mövqe” qəzeti



20000

7.

"Kaspiy” qəzeti



20000





II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər



Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Həftə İçi” qəzeti



10000

2.

"Novoye Vremya” qəzeti



10000

3.

"Azernews” qəzeti



10000

4.

"525-ci qəzet"



10000

5.

"Xalq Cəbhəsi” qəzeti



10000

6.

"Paralel” qəzeti



10000

7.

"Hürriyyət"



10000

8.

"Olaylar” qəzeti



10000

9.

"Palitra” qəzeti



10000

10.

"Ədalət” qəzeti



10000

11.

"Üç nöqtə” qəzeti



10000

12.

"Azad Azərbaycan” qəzeti



10000

13.

"Şərq” qəzeti



10000



III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər



Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Oxu Məni” qəzeti



5000

2.

"Unikal" qəzeti



5000

3.

"Hərbi And” qəzeti



5000

4.

"Türküstan" qəzeti



5000

5.

"The Business Times” qəzeti



5000





Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930