Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 17-05-2019, 13:23
Azərbaycanın Baş Naziri Çexiya Parlamenti Deputatlar Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşübAzərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 17-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qafqazinform.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan-Çexiya əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib. 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırladan Baş Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki və digər sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş sənədə görə Çex Respublikasına və onun parlamentinə minnətdarlığını ifadə edib.

Ölkəmizə geniş tərkibdə nümayəndə heyəti ilə səfər etdiklərini vurğulayan Radek Vondraçek Azərbaycan ilə Çexiya arasında çox yaxşı münasibətlərin mövcud olduğunu, bu səfərlərinin də ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Azərbaycanın Çexiyanın etibarlı tərəfdaşı olduğunu qeyd edən Radek Vondraçek ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəklədiyini söyləyib.

Görüşdə ölkələrimizin parlamentləri arasında da yaxşı əlaqələrin qurulduğu qeyd olunub, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyətinə, enerji, turizm, ticarət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031