Son xəbərlər:
“Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                        Ukraynada seçicilərin 48 faizə yaxını səs verib                        Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir                        Petro Poroşenko: İnanıram ki, xalq düzgün seçim edəcək                        Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək                        Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı                        Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir                        Pərvanə Dostəliyeva bu dəfə sənədlərinin şəklini yaydı                        Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb                        Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır                        Deputatla Eyyub Yaqubov belə rəqs etdi -                        Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR                        Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var                        Ordubada 15 sm qar yağıb - Faktiki hava                        İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib                        Nazpərinin qardaşı arvadından ŞOK İDDİALAR - VİDEO                        Əli Əhmədovun iştirakı ilə Şəkidə regional müşavirə keçirilir - FOTO                        Sabah ölkə ərazisində yağışlı hava olacaq                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-apr-2019 / ( 10:20 )
 
 
 
 
Tarix: 11-04-2019, 14:45
Dövlətimizin başçısının son bir ildəki fəaliyyəti xalq-iqtidar, xalq-prezident birliyini daha da möhkəmləndiribPrezident İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür. Bu bir il ölkə həyatında böyük inkişaf və əlamətdar hadisələrlə zəngin olub. Prezident İlham Əliyev seçkidən sonra qeyd etmişdi ki, ölkədə başlanan islahatlar daha da dərinləşəcək, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq. Həqiqətən Azərbaycan bu gün öz inkişafının yeni mərhələsini yaşayır.

Bu sözləri Qafqazinform.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, seçkidən əvvəlki dövrdə başlanmış iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun şaxələndirilməsi siyasəti daha da genişlənməkdədir. Yeni sənaye müəssisələrinin, istehsal və xidmət sahələrinin açılışları həyata keçirilir. Bununla yanaşı, ölkədə daha çevik, məqsədyönlü, istiqamətlənmiş və şəffaf idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır, struktur islahatlarının əhatə dairəsi genişlənir. Əhalini son üç ildə ən çox narahat edən fiziki şəxslərin problemli kreditlər məsələsi çox ədalətli və hamını məmnun ediləcək şəkildə həll olundu. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin vərəsələrinə 11000 manat vəsaitin ödənilməsi haqqında sərəncam imzalandı. Dövlətimizin başçısının sərəncamları ilə minimum əmək pensiyalarının, minimum əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin, Prezident təqaüdlərinin məbləğləri artırıldı, yeni müavinətlər və təqaüdlər təsis olundu. Bu, onu deməyə imkan verir ki, ötən bir ildə sosial siyasət daha da dərinləşib, insanların rifahının yaxşılaşması istiqamətində daha böyük addımlar atılmağa başlanıb.

“Ümumiyyətlə, 2018-ci il, həm də cari ilin üç ayı çox uğurlu olub. 2019-cu ilin yola saldığımız üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun 3 faiz artması Prezidentin apardığı düşünülmüş iqtisadi siyasətin bəhrəsidir”, – deyən Azər Badamov qeyd edib ki, xüsusilə regionların sosial–iqtisadi inkişafı istiqamətində böyük layihələr icra olunur. Regionların sosial–iqtisadi inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar üç Dövlət Proqramı icra olunub, dördüncü proqramı isə bu ilin yanvarın 29-da təsdiqlənib. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. İcra olunan üç Dövlət Proqramı regionlara 70 milyard manatdan çox vəsaitin yönəldilməsinə imkan verib. Bu gün Azərbaycanın ucqar dağ kəndindən başlanmış şəhər mərkəzlərinə qədər elə bir yaşayış məntəqəsi yoxdur ki, orada hər hansı bir yenidənqurma işləri aparılmasın.

Deputat qeyd edib ki, artıq Azərbaycanda regionların sənayeləşməsi prosesi gedir. Neftçalada, Hacıqabulda, Masallıda, Sabirabadda sənaye məhəllələri istifadəyə verilib və ya verilməkdədir. Regionlarda yerləşən şəhərlərdə sənaye parkları, o cümlədən Mingəçevir Yüngül Sənaye Parkında iki istehsal müəssisəsi istifadəyə verilib. Gəncədə yeni sənaye müəssisələri fəaliyyətə başlayıb və dövlətimizin başçısının qeyd etdiyi kimi, sənaye məhəllələrinin tikilməsi bundan sonra da davam etdiriləcək. Kənd təsərrüfatının inkişafı istiqamətində də böyük layihələr icra olunur. Aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Regionlarda yeni emal sənayesi müəssisələri, anbarlar, logistik mərkəzlər açılır ki, bu da ölkədə kənd təsərrüfatı məsullarının itkisiz tədarükünə imkan verir.

Azər Badamov bildirib ki, Prezidentin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramında yeni hədəflər müəyyənləşdirilib və bu proqramın icrasına ilkin olaraq 17 milyard manat vəsait nəzərdə tutulub.

“Ümumiyyətlə, dövlətimizin başçısının son bir ildəki fəaliyyəti xalq-iqtidar, xalq-prezident birliyini daha da möhkəmləndirib. Fransanın “Opinon Way” şirkətinin apardığı ictimai rəy sorğusuna görə respondentlərin 85,1 faizinin Prezidentin son bir illik fəaliyyətindən razı qalması bugünkü Azərbaycanın reallığıdır. İlham Əliyev xalq tərəfindən böyük sevgi və rəğbət qazanmış çox az dövlət başçılarındandır”, - deyə Milli Məclisin deputatı bildirib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930