Son xəbərlər:
Rəsulzadənin nəvəsi: "Atam babamın dəfninə getmədi..."- VİDEO                        Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar                        Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib                        "28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb"                        “Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel                        Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib                        “Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlayıb                        Birjalarda neftin qiyməti                        Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib                        Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                        Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu                        Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
28-may-2020 / ( 10:17 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 20-06-2018, 19:00
Xalça Muzeyində mədəni sənaye sahələrində investisiyaların əhəmiyyətinə dair seminar keçirilib
İyunun 20-də Azərbaycan Xalça Muzeyində “Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu” mövzusunda seminar keçirilib.

Seminar Mədəniyyət Nazirliyi və ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Mədəniyyət Nazirliyinin rəsmisi Ramil Abbəkirov çıxış edərək seminarın “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbiri çərçivəsində keçirildiyini bildirib. Qeyd edib ki, seminarın ölkəmizdə mədəniyyət və incəsənət sahəsində imkanlar, beynəlxalq təcrübə, məşğulluq imkanları, mədəni sənayeyə investisiya yatırımları, mədəni sənaye və elm tutumlu iqtisadiyyat sahələrində gənclərin bilik və bacarıqlarının artırılması kimi müzakirə mövzuları aktualdır.

ISESCO-nun nümayəndəsi Foued El Ayni diqqətə çatdırıb ki, seminar mədəniyyət sahələrinin inkişafına yönəldilən layihə kimi nəzərdə tutulur. Vurğulanıb ki, gənclər arasında işsizlik yoxsulluq və ekstremizm hallarına yol açır. Müvafiq qurumlar mədəniyyət sahəsinə diqqət ayırmaqla həm işsizliyin aradan qaldırılmasına, həm də mədəni sahənin təşviqinə nail ola bilərlər. Bu mövzu BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapıb. Azərbaycanda təşkil edilən təlim birbaşa mədəni sənayenin inkişafına xidmət edir.

Seminarda sənətşünas Cahangir Səlimxanov və Əsmər Abdullayevanın məruzələri dinlənilib. Məruzələr ətrafında kreativ sənayenin inkişafı, mədəni sənaye sahəsində çalışan insanların düşüncə və təkliflərinin reallığı, mədəni sənayenin inkişafına verilən töhfələr, kreativ sənayeyə cəlbetmə yolları, mədəni marketinq kimi məsələlər müzakirə edilib. Həmçinin mədəni istehsalatda istehlakçı və istehsalçı arasında məsafə, istehlakçı marağı, yardımçı peşələrlə bağlı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırılıb. Vurğulanıb ki, kreativ sənaye və mədəni sənaye mədəniyyət siyasəti strategiyası çərçivəsində inkişaf etdirilməlidir. Seminarın məqsədi də bütün bu sadalanan ideyaları sənətkarlara və bu sahə ilə məşğul olan insanlara çatdırmaqdan ibarətdir.

İki gün davam edəcək seminarda mədəni sənayenin inkişafında istedad, ideya, yaradıcılıq, kreativ yanaşmaların əhəmiyyəti, yaradıcı potensialın üzə çıxarılması, mədəni sənayenin inkişaf problemləri, habelə mədəni sənayenin inkişaf etdiyi ölkələrin təcrübəsi mövzularında fikir mübadiləsi aparılacaq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}