Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 27-02-2020, 17:24
TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edibTürkiyənin TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini əks etdirən süjet yayımlayıb.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, paytaxt Bakıdan canlı olaraq birbaşa efirə çıxan müxbir Fatih Avanos muğam sənətinin Azərbaycan xalqı üçün nə dərəcədə böyük önəm kəsb etdiyini vurğulayaraq, Azərbaycanın paytaxtı Bakını bir sənət şəhəri adlandırıb. Diqqətə çatdırıb ki, paytaxt Bakıda Azərbaycanın milli musiqisini yaşadan olduqca müasir və sənət baxımından mühüm əhəmiyyət kəsb edən bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz Xəzərin sahilində, paytaxtın ən gözəl prospektində inşa edilən Beynəlxalq Muğam Mərkəzidir. Müxbir Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və tədqiqatçı Gülhüseyn Kazımlıdan müsahibə alıb.

Canlı efirdə Murad Hüseynov qardaş ölkə Türkiyə televiziyasına mərkəzin fəaliyyətinə diqqət ayırdığı üçün təşəkkür edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Muğam Mərkəzi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ildən fəaliyyətdə olan mərkəzdə mütəmadi olaraq beynəlxalq festivallar, seminarlar, müsabiqələr təşkil edilir. Bir çox ölkələrdən dünya şöhrətli musiqiçilər, eləcə də etnik musiqi ifaçıları azərbaycanlı ifaçılarla birlikdə konsert proqramları ilə eyni səhnəni bölüşüblər. Bu tədbirlərdə dünyanın bütün ölkələri ilə yanaşı, qardaş Türkiyədən olan musiqiçilər də iştirak ediblər.

Gülhüseyn Kazımlı müxbirin mərkəzdə görkəmli muğam korifeylərinin ucaldılan büstləri ilə bağlı sualını cavablandırıb. Bildirib ki, mərkəzin binasının quruluşu Azərbaycanın qədim musiqi aləti olan tar formasındadır.

Müxbir sonda Xəzər dənizinin sahilində yerləşən mərkəzi, təkcə konsert salonu deyil, həm də muğam tarixini təbliğ edən bir mərkəz kimi səciyyələndirib. Buna nümunə olaraq mərkəzdə nümayiş olunan milli musiqi alətləri sərgisini misal çəkib. Mərkəzin Bakının ən gözəl küçəsində yerləşməsini isə Azərbaycan dövlətinin muğam sənətinə verdiyi ən yüksək dəyər kimi qiymətləndirib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}