Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-02-2019, 19:22
“Arşın mal alan” Özbəkistan Teatrının səhnəsindəÖzbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni aktyor heyəti tərəfindən hazırlanmış tamaşası nümayiş olunub.

Qafqazinform.az Azərtac-a istinadla xəbər verir ki, tamaşanın təqdimatında Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak ediblər.

Tamaşanın rejissoru, Əməkdar İncəsənət Xadimi Əhəd Farmonovdur. Əsas rolları Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Marifat Artikova ifa edib.

Bu əsər 100 ildən çoxdur ki, Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla keçir. “Arşın mal alan” Özbəkistanda ilk dəfə 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

1922-ci ildə bu əsərə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar səhnə həyatı veriblər. Tamaşa sonrakı illərdə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim edilib. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin bu ölməz əsəri 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930