Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 9-02-2019, 12:12
Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə seçim turu başa çatıbHeydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu başa çatıb.

Qafqazinform.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə müsabiqənin münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov məlumat verib.

Onun sözlərinə görə, seçim turları Bərdə, Şəki, Gəncə və İsmayıllı rayonlarında təşkil olunub. Seçim turlarına 400-dək iştirakçı qatılıb. Dörd bölgə üzrə 30 nəfər ikinci tura vəsiqə qazanıb. Bakıda seçim turları fevralın 11-dək davam edəcək.

Xalq artisti Mələkxanım Əyyubova ilk dəfə münsiflər heyətinin tərkibində seçim turlarını izlədiyini bildirib: “Bərdə, Şəki, Gəncə və İsmayıllıda baş tutan seçim turlarında ətraf rayon və şəhərlərin istedadlı gəncləri də iştirak edirdi. Səbir, təmkin və diqqətlə bütün iştirakçıları dinlədik. Seçim turları açıq və tam şəffaf şəkildə keçirildi. Muğam ifaçılığı göz qarşısında olan sənətdir. Hamı dinləyirdi və fikrini bildirirdi. Müsabiqə dövlətimizin adına layiqli bir tədbir, eyni zamanda, bizlər üçün şərəfli bir iş və məsuliyyətdir”.

Qeyd edək ki Bakıda seçim turu Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və bununla müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq. Ənənəvi olaraq Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə Novruz bayramı ərəfəsində başlayacaq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930