Son xəbərlər:
Murad Bozun gələn ay toyu olacaq                        “Formula 1” poçt markası dövriyyəyə buraxıldı - FOTO                        Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb YENİLƏNƏCƏK                        Prezident Pekində görüşlər keçirdi - FOTOLAR                        Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – FOTOLAR                         İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı                        Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb                        "Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev                        Bakıdakı şadlıq saraylarının bazarı öldü                        “Formula-1” telekommunikasiya xidmətləri ilə tam təchiz edilib                        Gürcüstandan narkotik gətirmək istədi, tutuldu                        Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib                        Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib                        Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı                        Sabahın havası: yenə yağış yağacaq                        Anar Məmmədxanovun anım günüdür                        Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR                        “Formula-1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib                        Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı                        Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq etdi                        Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam                        Ordumuz "Mi"ləri havaya qaldırdı - Video                        Usubov əmr verdi: Nəzarət gücləndirilsin!                        Nazirlikdən kompensasiyalarla bağlı açıqlama: 350,8 milyon...                        Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib                        Sumqayıtın 15 və 25 illik yubileyindən maraqlı görüntülər -VİDEO                        Sabah Milli Məclis toplanacaq - Gündəlikdə 19 məsələ var                        Rafael Ağayev bürünc medal qazandı                        Ukraynada seçkilər bitdi, Zelenski qalib gəlib - “Exit-poll”                        Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)                       
Xəbər lenti
25-apr-2019 / ( 12:29 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-02-2019, 22:55
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olubFevralın 6-da Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uzun müddət nəşri üzərində iş aparılan və yenicə işıq üzü görmüş “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı keçirilib.

Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq belə bir təqdimatın təmsil etdiyi mədəniyyət ocağında keçirilməsindən məmnunluğunu bildirib və kitabın milli mətbəximizin təbliğindəki rolunu qeyd edib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, tarixi torpaqlarımıza göz dikən ermənilər milli mətbəx nümunələrimizə də əl uzatmaqdan çəkinmirlər. Bir sıra dadlı təamlarımızı özününküləşdirməyə cəhd edirlər. Buna görə də düşmənlə təkcə səngərdə yox, bütün cəbhələrdə, o cümlədən kulinariya sahəsində də mübarizə aparmaq lazımdır. Bu baxımdan belə nəşrlər milli mətbəximizə sahib çıxmağımıza kömək edir.

Vurğulayib ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESCO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyeva ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.

Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov ölkəmizin zəngin mətbəxə malik olduğunu bildirərək turizmin inkişafında milli mətbəximizin rolunu vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi İlham Manafova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və başqaları çıxış edərək kitabın ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasında və təbliğ olumasında əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, milli kulinariyamız özündə xalqımızın tarixi inanclarının bir çox sirlərini ehtiva edir. Onların tədqiqi kulinariya tariximizin öyrənilməsi və mətbəx mədəniyyətimizin qorunması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, kitabın müəllifləri Tahir Əmiraslanov, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova və Ağakərim Şamidzadədir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930