Son xəbərlər:
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                        İranda qum fırtınası başlayıb                        Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir                        Sabah 35 mindən çox abituriyent imtahan verəcək                        Laçının işğalından 27 il ötür                        Ramazan ayının on üçüncü gününün – DUASI VƏ TƏQVİMİ                        Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.                       
Xəbər lenti
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 23-07-2018, 21:22
Flora Kərimova: “İstəyirəm bir küncə qısılam, öləm”Bu gün məşhur xalq artisti Flora Kərimovanın 77 yaşı tamam olur. Sənətkar 1941-ci ildə Bakıda anadan olub. O, 1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977 Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən sonra Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.

Klassik Avropa operası (nümunə üçün "Qayınana" filmində "Dilbərin" ariyası , "Sular qızı" romansı ), milli opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir. Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.

"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, dünyada yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Ailəli olub, bir qızı var.

Doğum günündə Xalq artisti ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrəndik.

Lakin Flora Kərimova doğum gününü qeyd etmədiyini bildirib:

“Bilirsiniz, bu gün həm də Ağdamın işğal günüdür. Təbrikləri qəbul edirəm, hamıya diqqətləri üçün təşəkkür edirəm , ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm”.

Xalq artisti “Yeni yaşınızdan gözlədiyiniz nəsə varmı” sualına cavab verərkən kövrəlib:

“Ümidimi itirmişəm. İstəyirəm bir küncə qısılam, öləm. Bir var insanın birdən canı çıxa, bir də var yavaş-yavaş. Mən yavaş-yavaş ölürəm, hələ də göydən yapışmışam ki, yox, aparma. Biz onurğasız insanıq. Millətim haqqında bu sözü deyə bilmərəm, Allah eləməsin. Çünki şəhidlərimizin ruhu bir millət olaraq bizim üzümüzü ağardıb. Ancaq fərd kimi biz onurğasızıq.

Məni sevən dinləyicilərimin, tamaşaçılarımın olması xoşbəxtlikdi, naxışdı. Onu verən Allah mənim vətənimi də qaytarmalı idi. Allah üzünü bizə döndərsin”(modern.az)


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031