Son xəbərlər:
Kamil Zeynallı azadlığa buraxıldı - Video                        Metropolitendə bayram konsertləri 3 gün davam edib                        Bakı Nəqliyyat Agentliyi: “BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb                        Novruz şənlikləri zamanı GÜCLÜ PARTLAYIŞ: ölü və yaralılar var                        Baxtadze azərbaycanlılarla Novruz şənliyində                        Sabah hava necə olacaq? - Proqnoz                        “Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”                        Azərbaycana yaz gəldi…                        Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib                        Prezident problemli kreditlərdən DANIŞDI: Fərmanın dünyada bənzəri yoxdur                        Naxçıvanqalada Novruz bayramı münasibətilə ümumxalq şənlikləri davam edir                        Xınalıq yolunda avtomobillər qar uçqunu altında qaldı                        "Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib                        ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfvini alqışladı                        ABŞ səfirinin ölkədən qovulması tələb edildi: "Bizim də səbrimizin hüdudları var”                        Kredit faizlərinə limit qoyulacaq                        Elm dünyasının son kəşfi: Xəstəliklər qoxu ilə müalicə olunacaq...                        Zurabişvili azərbaycanlı deputatla yumurta döyüşdürdü - FOTO                        Yaponiyalı alimlər Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər                        Yaponiya Olimpiya Komitəsinin prezidenti iyunda vəzifəsini tərk edəcəyini elan edib                        Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska məktub göndərib                        Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib                        Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb                        Prezidentin Mətbuat Xidmətinin məlumatı                        Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki                        Dünyanın ən bahalı şəhərlərinin adları açıqlandı                        Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib                        Əli İnsanovun azadlığa çıxması və Qərbi azərbaycanlılar məsələsi - Adıgözəl Məmmədov ŞƏRH EDİR                        Tokayevdən unikal təklif: Paytaxta Nursultan adı verilsin                        Emil Balayev: "Xorvatiyalı futbolçuların bizimlə oyuna necə köklənəcəkləri özümə də maraqlıdır"                       
Xəbər lenti
 
 
 
 
 
21-mar-2019 / ( 15:13 )
 
 
21-mar-2019 / ( 13:11 )
 
 
 
 
 
 
 
 
20-mar-2019 / ( 21:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16-mar-2019 / ( 13:22 )
 
 
 
 
 
 
 
Tarix: 13-07-2018, 09:57
Sevinc Fətəliyeva: NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi növbəti diplomatik uğurumuzdurAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, səfər zamanı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə “Tərəfdaşlıq prioritetləri” sənədi yüksək qiymətləndirilib. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.

Deputat qeyd edib ki, səfər zamanı, həmçinin dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir.

“Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar