Son xəbərlər:
Rəsulzadənin nəvəsi: "Atam babamın dəfninə getmədi..."- VİDEO                        Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar                        Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib                        "28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb"                        “Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel                        Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib                        “Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlayıb                        Birjalarda neftin qiyməti                        Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib                        Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                        Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu                        Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
28-may-2020 / ( 10:17 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 6-07-2018, 00:28
Avstriya və Almaniya qaçqın axınının cənub marşrutunu bağlamaq niyyətindədirlər
Avstriya və Almaniya Avropaya qaçqın və miqrant axını ilə bağlı konkret addımlar atmağa hazırlaşırlar. Avropa İttifaqı ölkələri daxili işlər nazirlərinin toplantısında hər iki ölkə qaçqın axınının əsas hərəkət istiqamətlərindən biri olan cənub marşrutunu tamamilə bağlamaq barədə birgə niyyətlərini ifadə edib.

Aralıq dənizi üzərindən Avropaya miqrasiya axınının qarşısının alınması Avstriyanın federal kansleri Sebastian Kurts və Almaniyanın daxili işlər naziri Horst Zeehofer arasında Vyanada keçirilən görüşdə əsas müzakirə mövzusu olub. İnnsbruk toplantısı ərəfəsində Almaniya, Avstriya və İtaliyanın daxili işlər nazirləri arasında miqrasiya axınını dayandırmaq üçün konkret addımların atılması ilə bağlı görüş keçiriləcək və birgə təkliflər zirvə toplantısına təqdim olunacaq.

Almaniyanın daxili işlər naziri H.Zeehofer Vyanada jurnalistlərə bildirib ki, hər bir üzv ölkənin hökumət rəhbəri resurs rəhbərləri arasında aparılacaq mürəkkəb danışıqların nəticəsini miqrasiya axınını dayandırmaq üçün əldə ediləcək razılaşmaların özək məqamları kimi təqdim etməlidirlər. Bu, o deməkdir ki, Almaniyanın kansleri Angela Merkel yaxın müddətdə qaçqın axını ilə bağlı Yunanıstan və İtaliyanın hökumət başçıları ilə müvafiq razılaşmalar əldə etməlidir.

S.Kurts H.Zeehofer ilə görüşün olduqca məhsuldar şəraitdə keçdiyini vurğulayaraq, ölkəsinin İtaliya ilə sərhədlərdə nəzarətin tətbiqindən müvəqqəti olaraq vaz keçdiyini bəyan edib.

Görüşdə, həmçinin Almaniya və Avstriya sərhədində saxlanılan qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan tranzit mərkəzlər məsələsinə də toxunulub. Hər iki ölkənin rəsmilərinə görə, həmin mərkəzlərdə saxlanılan qeyri-leqal şəxslər Avstriyaya deyil, onların Avropa İttifaqı ərazisinə ilk dəfə ayaq basdıqları ölkəyə, misal üçün, Yunanıstan və ya İtaliyaya geri göndərilməlidir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}