Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 5-08-2017, 14:30

İtaliyalı tennisçi Roberta Vinçinin evi qarət olunub. Cinayətkarlar idmançının bütün cavahiratını və mükafatlarını oğurlayıblar. AZƏRTAC xəbər verir ki, bu barədə zərərçəkənin özü “Instagram” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

R.Vinçi deyib: “Mən şəxsi həyatımın təfərrüatlarını bölüşməyə adət etməmişəm, çünki idmandan danışmağa üstünlük verirəm. Amma indi bu qaydanı pozuram. Bir neçə gün əvvəl bir dəstə soyğunçu Tarantodakı evimə soxularaq qiymətli əşyalarımı oğurlayıb. Onların arasında maddi dəyəri emosional dəyəri ilə müqayisəyəgəlməz əşyalar - karyeram boyu qazandığım mükafatlarım var”.

O deyib: “Əlimə raket götürdüyüm ilk gündən qan-tər içində çalışaraq məqsədlərimə çatmışam. Mükafatlarım sadəcə bir simvol olsa da, nə üçün məşq etdiyimi, korta çıxdığımı və daha yaxşı olmağa çalışdığımı hər gün mənə xatırladırdı. Onların oğurlanması qorxaqlıq və kütlük jestidir. Bilmək istərdim ki, məqsədlərimə çatmağımın arxasında dayanan xatirələrim, göz yaşlarım, alnımın təri, təbəssümüm, qurbanlarım və işimə sədaqətim indi kimin əlindədir. Onlar bunları məndən və bu yolu mənimlə birlikdə qət edən insanlardan qopara bilməzlər”.

Otuz dörd yaşlı R.Vinçi öz karyerası ərzində on WTA turnirinin fərdi yarışlarında qalib gəlib, 2015-ci ildə açıq ABŞ çempionatının əsas matçının iştirakçısı olub və amerikalı Serena Uilyamsı yarımfinal mərhələsindən sıxışdırıb çıxarıb.

Bundan əlavə, italiyalı tennisçi WTA-nın himayəsi ilə keçirilən 25 turnirin qoşa yarışlarının, “Böyük dəbilqə” seriyasından dörd turnirin hamısının qoşa yarışlarının qalibi olub, Avstraliyanın açıq çempionatında isə hətta iki dəfə qalib gəlib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031