Son xəbərlər:
Silahlı Qüvvələr döyüşə hazır vəziyyətə gətirildi – Rusiyaya qarşı                        BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü                        Ermənistanda əlil hərbçi təqaüd ala bilmir                        Acundan boşanan Şeymanın Çağatayla gecə klubundakı görüntüləri ortaya çıxdı - VİDEO                        Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı – VİDEO                        “Nə gizlədim, görən kimi Bəxtiyara vuruldum...” – BDU-nun professoru                        Gürcüstanda bütün seçki məntəqələri prezident seçkilərinin ikinci turuna hazırdır                        Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı                        Sosial müavinətlərin məbləği artacaq                        Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olundu                        25 yaşlı rus gözəli 49 yaşlı müsəlman krala ərə getdi – FOTO                        Nazir açıqladı: "Bu qanunun qəbulu əhalinin bank kreditlərinə çıxışını artıracaq"                        Elzadan onu tənqid edən Rasim Balayevə cavab: "Sənə verdi, ona verdi..."                        Venediktov: Kerç böhranı Putinin işinə yarayır                        Spiker yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı nazirə təklif verdi                        2019-cu il üzrə dövlət büdcənin layihəsi II oxunuşda qəbul edildi                        İnam Kərimov: Üç il müddətində 10 minə yaxın aqrar könüllünün iştirak edəcəyi proqram icra olunacaq                        Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib                        Mövlud Çavuşoğlu jurnalist Camal Kaşıkçının qətli ilə bağlı bəzi təfərrüatları açıqlayıb                        “Müharibə edib torpaqlarımızı almalıyıq ki, əsirlərimiz də azad edilsin...”                        Milli Məclisə əlavə 10.1 milyon manat ayrıldı                        Xanım deputat nikbin danışdı: “Böyük uğurlar əldə ediləcək”                        ABŞ şahzadəyə sanksiya tətbiq edəcək                        ABŞ miqrantlara gözyaşardıcı qaz sıxdığını təsdiqlədi                        FHN: Dənizdə qalan balıqçıların xilas edilməsi üçün tədbirlər görülür                        Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb                        Sabah hava əsasən yağmursuz keçəcək                        Karaçidə “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi açılıb                        Kiyev vilayətində 100-dən çox aviabomba zərərsizləşdirilib                        Milli Məclisin növbəti plenar iclası keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-noy-2018 / ( 14:12 )
 
 
Tarix: 15-05-2018, 14:49

1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu hələ də İnterpol xətti ilə axtarılır.

Qafqazinform.az Axar.az-a istinadla xəbər verir ki, o, bir neçə Azərbaycan vətəndaşının ümumilikdə 970 min avro pulunu mənimsəməkdə ittiham edilir. Məlumata görə, İsmayılzadə Cavidan İlham oğlu tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla külli miqdarda pullarını mənimsəyib. Adlarının çəkilməsini istəməyən zərərçəkənlər (bəziləri vəzifə tutur) məhkəməyə müraciət etdiklərini, İsmayılzadə Cavidan İlham oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunduğunu, lakin həbs edilmədiyini bildiriblər. Həbs edilməməsinə səbəb isə İ.Cavidanın Almaniyaya qaçmasıdır.

Məsələnin heyrət doğuran tərəflərindən biri də odur ki, İsmayılzadə Cavidan bu əməllərini nəinki Azərbaycanda, hətta Almaniyada da həyata keçirib. O, təxminən 2 il əvvəl silsilə dələduzluq əməllərinə görə Almaniya polisi tərəfindən saxlanılıb. Buna səbəb Cavidanın yerli supermarketlərdən birindən oğurluq etməsi olub. Azərbaycandan fərqli olaraq, Almaniyada bu tip oğurluqlara görə insanlar cinayət məsuliyyətinə cəlb olunmadığından polislər onun oğurluq etməsi ilə bağlı inzibati protokol tərtib edib və sərbəst buraxıblar.

Məsələnin ən şokedici tərəfi isə İsmayılzadə Cavidanın keçmiş MTN-in polkovnik-leytenantı İlham İsmayılın oğlu olmasıdır. İlham İsmayıl hələ 2016-cı il noyabrın 10-da BakiPost.az-a açıqlamasında Cavidanın oğlu olduğunu təsdiqləmişdi:

“O məsələ həll olunub. Dələduzluq məsələsi deyil. Kiçik bir şeydir, özləriylə danışıb həll etmişik. Məhkəmənin qərarı da var. Hissə-hissə ödənəcək”.

İlham İsmayıl məbləğin hissə-hissə ödəniləcəyini dediyi vaxtdan iki ilə yaxın vaxt keçsə də, zərərçəkənlər bu günə qədər həmin məbləğdən 1 qəpik belə ala bilmədiklərini deyiblər.

İlham İsmayıl elə həmin vaxt oğlunun adının tezliklə İnterpoldan çıxarılacağını da bildirmişdi:

“Mülki işlə İnterpolun axtarışına pul verib yazdırıblar. Məsələ tezliklə həll olunacaq, o zaman adı da İnterpolun axtarışından çıxacaq. Əgər elə bir ciddi şey olsaydı, İnterpol onu çoxdan tapıb göndərərdi. Bu, daxili axtarışdır”.

Lakin təxminən 2 il keçməsinə baxmayaraq, İsmayılzadə Cavidan İlham oğlunun adı hələ də İnterpolun saytında, həm də CM-nin 178.3.2-ci maddəsi ilə (178.3 – eyni əməllər təkrar törədildikdə, 178.3.2 isə külli miqdarda məbləği nəzərdə tutur) axtarışdadır.

İ.Cavidanın başqa bir dələduzluq əməli isə avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb, pulunu mənimsəməsidir.

Onun hələ Azərbaycanda olduğu müddətdə bir neçə il vəzifəli şəxslərin bizneslərini idarə etdiyi, daha sonra Türkiyə, oradan isə Niderland Krallığına qaçdığı bildirilir. Dələduzluq əməllərinə görə axtarılan İ.Cavidan Niderland Krallığında qaldığı müddətdə də bir qrup azərbaycanlını aldadıb və Almaniyaya qaçıb.

Hazırda onun Almaniyada gizləndiyi ehtimal edilir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar