Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 23-04-2018, 13:31

Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq üzvü Ərtoğrul Günay ölkədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyədə iyunun 24-də növbədənkənar seçkilər keçiriləcək. Bu, Türkiyənin gələcəyi üçün nələr vəd edir?

- Bu prezident seçkisinin əvvəlkilərdən çox böyük fərqi var. Bu dəfə sadəcə partiyalar yarışa girməyəcək. Belə ki, Konstitusiyaya edilən sonuncu dəyişikliklərə görə, ölkənin taleyində fövqəladə, önəmli təsiri olacaq bir prezident seçiləcək. Əgər prezident cənab Rəcəb Tayyib Ərdoğan seçiləcəksə, Konstitusiyada edilən sonuncu dəyişikliklər olduğu kimi qüvvəyə minəcək. Beləcə parlamentin, hökumətin və digər bir çox qurumun səlahiyyətlərini təkbaşına Ərdoğan əlində cəmləşdirəcək.

- Bəs müxalifət qalib gəlsə nə olacaq?

- Bununla bağlı hələ ki, bir versiyanı səsləndirmək olar. Müxalifət seçkilərdə qalib gəlsə, Konstitusiyaya dəyişiklik referenduma çıxarılacaq. Və parlamentin səlahiyyətləri artacaq, hökumət əvvəlki statusunda olan işinə davam edəcək. Bir sözlə, əvvəlki siyasi sistem bərpa olunacaq.

- Bir çox ekspert belə iddiadır ki, Türkiyə hakimiyyəti ölkənin milli təhlükəsizliyinə təhdidlər olduğu üçün növbədənkənar seçkilərə getmək haqqında qərar verdi. Həqiqətənmi hazırda Trükiyənin milli təhlükəsizliyinə böyük təhlükə var?

- Türkiyə 2014-cü ilin avqustunda növbəti dəfə prezident seçdi. 2015-ci ilin iyununda və həmin ilin noyabrında parlament seçkiləri, 2017-cı ilin aprelində isə referendum keçirildi. Türkiyə seçki savaşı vəziyyətinə gəldi. Seçkilər qaynaqların və enerjinin sərf olunmasına yol açır. Bunun iqtisadiyyata da çox böyük zərərləri var və bunu hamı da gördü. Bundan başqa Türkiyədə son zamanlarda hüquq sahəsində olan bəzi proseslər ölkədən sərmayələrin çıxarılmasına da səbəb oldu.

Hökumət hazırda ölkədə iqtisadi böhranın başlayacağından narahatlıq keçirir. Siz dediyinizə gəlincə, bildirim ki, Türkiyənin milli təhlükəsizliyinə heç bir təhlükə yoxdur. Türkiyə regionda güclü bir dövlətdir. Qonşularının Türkiyəyə hər hansı bir müdaxilə etməsi mümkün deyil.

Milli təhlükəsizliyə təhdid olacağını demək sadəcə versiyadır və seçkilərin əvvələ keçirilməsinə hesablanmış fikirlərdir. Eyni zamanda xalqda təhlükələrlə bağlı təəssürat yaratmaq üçün uydurulmuş fikirlərdir.

Türkiyə bu yaxınlarda Suriyada əməliyyat keçirdi. Ciddi bir itki olmadı. Şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin! Türkiyə əməliyyatı uğurla həyata keçirdi və dünya birliyindən buna qarşı hər hansı addım görmədi. Türkiyənin bu mənada təhlükəsizlik baxımından heç bir problemi ola bilməz.

- Bu sual bəlkə də bütün dünyanı düşündürür – Cənab Ərdoğanın yenidən seçkilərdə qalinb gəlmək şansı varmı?

- Müxalifət 2014-cü ildə olduğu kimi Türkiyəni tanımayan, siyasətdən başı çıxmayan, kənardan birini gətirib namizəd edərsə (Ekmələddin İhsanoğlunu nəzərdə tutur – A.K) Ərdoğanın qalib olmaq şansı yenidən yüksələcək.

Təbii ki, cənab Ərdoğan böyük bir partiyanın başındadır. Eyni zamanda dağılmaqda olan MHP kütləsini ələ alıb. Yəni Ərdoğanın elektoratı var. Ancaq müxalifətin də böyük seçicisi var. Bununla belə müxalifət dağınıqdır. Müxalifət demokratiya, insan haqları, hüquq dövləti tezislərini önə çəkərsə, seçkilərdə AKP ilə başa-baş gedə bilər. Əgər sandıqda hər hansı bir manipulyasiya olmazsa.

- Son zamanlar Türkiyədə seçkilərin saxtalaşdırılması fikirləri də yayılır. Həqiqətənmi belədir?

- Biz 100 ildir ki, seçkilər keçiririk. 1912, 1946-cı ildə seçkilərdə saxtakarlıq oldu. 2014-cü ildən bu tərəfə olan seçkilərdə də belə şeylərin olduğu bildirilir.

- 2014-cü ildən bu yana keçirilən seçkilərdə konkret saxtakarlıqdan çox, bu haqda deyilənlərə istinad edirsiniz. Gəlin konkretləşdirək, bununla bağlı təkzibolunmaz bir dəlil varmı?

- Türkiyənin Ali Seçki Şurası etbarsız səsləri keçərli qəbul etdikdən sonra başqa hansı dəlil tapa bilərsiniz? Etibarsız səsin özü elə bir dəlildir. Ali Seçki Şurası isə seçki prosesində qərar dəyişdirdi. Biz buna Türkiyə hüququnda “tam qanunsuzluq halı” deyirik. Bu vaxta qədər heç bir seçkidə qəbul edilməyən etibarsız səsləri hesablamaq sandıqda oynamanın ən böyük dəlilidir.

- Müxalifət vahid namizədlə seçkiyə gedəcəksə, bu, sizcə, kim olmalıdır?

- Mən ad çəkmək əvəzinə təklif səsləndirməyə üstünlük verirəm. Hüquq dövlətinə, demokratiyaya, insan haqlarına bağlı adam namizəd olmalıdır. Və bu bağlılığını keçmişdəki bütün ictimai-siyasi vəzifələrində təsdiqləmiş Türkiyə vətəndaşı olmalıdır. Bu elə biri olmalıdır ki, hər hansı bir inanc, siyasi qrupa qarşı ayrı-seçkilik etməsin.

Ərdoğanın qarşısına nitqi çox gözəl olan birini çıxarmaq əvəzinə, Türkiyə xalqının güvənəcəyi, Türkiyəni barışdıracaq bir namizəd irəli sürmək lazımdır.

- CHP “İyi” Partiyaya jest etdi. 15 CHP-li millət vəkili “İyi” Partiyaya keçdi. Bununla AKP-nin planları pozuldumu?

- Müxalifətdə dünəndən bu yana bir canlanmaoldu. İqtidarcəbhəsindən çox ağır ittihamlar səsləndirildiyinə görə, düşünmək olar ki, hakimiyyət çox narahatdır. CHP siz dediyiniz kimi jest etdi. “İyi” Partiya Türkiyədə inkişaf edən, yüksələn bir partiyadır. Növbədənkənar seçkilərin keçirilməsi haqdakı qərar da “İyi” Partiyanın seçkilərə qatılmamasına hesablanmış addım idi. CHP isə bu oyunu pozdu. Lakin bu, kifayət deyil. Bu həmrəyliyi göstərən ağıl və iş birliyi də lazımdır. Bu olarsa, nəticə də əldə edilər.

- MHP rəhbəri Dövlət Baxçalı dərin dövlətin adamı imicini formalaşdırmaq üzrədir – bunu düşünənlər az deyil. Baxçalıya seçkilərdən sonra hər hansı bir yüksək vəzifə verilə bilərmi?

- Düzü, bunu təxmin edə bilmirəm ki, Baxçalıya vəzifə verilsin. Cənab Baxçalının onsuz da başqa vəzifələri var və onları da icra edir.

- Baxçalı dərin dövlətin adamıdırmı?

- Mən dərin dövlətin adını çəkmədim. Sadəcə Baxçalı üzərinə düşən vəzifələri yeri və zamanı gəldikdə icra edir.

- Hansı vəzifələri?

-Bunu hamı bilir və başqa şey danışmaq istəmirəm.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031