Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 21-04-2018, 14:22
Nona Qaprindaşvili: "Şəhriyar Məmmədyarov son iki ildə çox möhtəşəm oyun sərgiləyir"
Vüqar Həşimov Memorialını izləmək üçün Şəmkirə qonaq gələn Gürcüstan şahmatının canlı əfsanəsi, beşqat dünya, on bir dəfə olimpiya çempionu olan Nona Qaprindaşvili "Shamkir Chess 2018" turnirinin rəsmi saytına açıqlama verib.

"Report"un məlumatına görə, məşhur qrossmeyster ilk olaraq superturnir haqqında danışıb:

"Şəmkirdə ilk dəfə qonağam. Əslində, açılışdan sonra Gürcüstana qayıtmalıydım. Lakin iştirakçıların adlarını öyrənəndə bir neçə gün Şəmkirdə qalmağa qərar verdim. Çox güclü heyət formalaşıb. Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Sergey Karyakin və digərlərinin Şəmkirdə yarışması şahmat bayramıdır. Xüsusilə yarışın Vüqar Həşimovun xatirəsinə həsr olunmasını qeyd etmək istəyirəm. Vüqar gənc yaşında bizi tərk etdi. Onun yoxluğunu qəbul etmək çox çətindir. Ona görə də belə turnirlərin təşkili çox vacibdir. Artıq 5-ci dəfə keçilir, deməli, özünəməxsus tarixə malikdir".

Nona Qaprindaşvili Berlində keçirilən İddiaçılar Turnirini izlədiyini və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışını yüksək qiymətləndirdiyini bildirib: "Şəhriyar son iki ildə çox möhtəşəm oyun sərgiləyir. Berlindəki yarışda qələbə qazanmağa çox yaxın idi. Bir məğlubiyyət onu geri saldı. Bununla belə, Şəhriyarın potensialını yüksək qiymətləndirirəm. Bu adam dünya çempionu olmağa qadirdir. Sadəcə, ilk olaraq, çempionla görüşə vəsiqə qazanmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda şahmat inkişafdadır. Daha çox kişi şahmatçıların uğurlarını izləyirik. Məmmədyarov, Rəcəbov, Məmmədov və digərlərinin Avropada güclülər sırasında olmasını unutmaq olmaz. 2017-ci ildə Azərbaycan komandası üçüncü dəfə Avropa çempionu oldu. Adi komanda qitə çempionu ola bilməz".

O, noyabr ayında Londonda dünya şahmat tacı uğrundakı görüşdə ABŞ təmsilçisi Fabiano Karuana ilə dueldə Maqnus Karlseni favorit hesab etdiyini də deyib: "Hər iki şahmatçı çox güclüdür. Amma Maqnusu rəqibindən daha üstün sayıram. Bu gənc oğlan ardıcıl neçə ildir ki, çempion titulunu qoruyur. Deməli, qələbə qazanmağa gücü az deyil. Karlsen çox peşəkar idmançıdır. Onun turnirlərdəki çıxışı, hazırlığına heyranam. Sanki yalnız şahmat haqqında düşünür".

"Shamkir Chess 2018" superturnirinin təşkilatçılığı barədə danışan gürcü şahmatçı iştirakçıları xüsusi qeyd edib: "Azərbaycanda güclü şahmat və təşkilatçılıq ənənələri var. Sizin Ümumdünya Şahmat Olimpiadasını necə keçirməyiniz unudulmayıb. Sizin şahmat yarışlarına xüsusi yanaşmanız var. Superturnir yüksək səviyyədə təşkil olunub. Heyət çox güclüdür. İlk turda zala daxil olanda köhnə illəri yada saldım. İnanın, "Shamkir Chess 2018" kimi turnirdə iştirak etməyi hər şahmatçı arzulayır. Bu heyəti görəndə şahmat oynadığım vaxtlar yadıma düşdü. Bir anlıq mən də bu iştirakçıların yanında olmaq, belə turnirdə qələbə uğrunda yarışmaq istəyərdim".


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031