Son xəbərlər:
Kamil Zeynallı azadlığa buraxıldı - Video                        Metropolitendə bayram konsertləri 3 gün davam edib                        Bakı Nəqliyyat Agentliyi: “BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb                        Novruz şənlikləri zamanı GÜCLÜ PARTLAYIŞ: ölü və yaralılar var                        Baxtadze azərbaycanlılarla Novruz şənliyində                        Sabah hava necə olacaq? - Proqnoz                        “Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”                        Azərbaycana yaz gəldi…                        Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib                        Prezident problemli kreditlərdən DANIŞDI: Fərmanın dünyada bənzəri yoxdur                        Naxçıvanqalada Novruz bayramı münasibətilə ümumxalq şənlikləri davam edir                        Xınalıq yolunda avtomobillər qar uçqunu altında qaldı                        "Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib                        ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfvini alqışladı                        ABŞ səfirinin ölkədən qovulması tələb edildi: "Bizim də səbrimizin hüdudları var”                        Kredit faizlərinə limit qoyulacaq                        Elm dünyasının son kəşfi: Xəstəliklər qoxu ilə müalicə olunacaq...                        Zurabişvili azərbaycanlı deputatla yumurta döyüşdürdü - FOTO                        Yaponiyalı alimlər Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər                        Yaponiya Olimpiya Komitəsinin prezidenti iyunda vəzifəsini tərk edəcəyini elan edib                        Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska məktub göndərib                        Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib                        Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb                        Prezidentin Mətbuat Xidmətinin məlumatı                        Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki                        Dünyanın ən bahalı şəhərlərinin adları açıqlandı                        Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib                        Əli İnsanovun azadlığa çıxması və Qərbi azərbaycanlılar məsələsi - Adıgözəl Məmmədov ŞƏRH EDİR                        Tokayevdən unikal təklif: Paytaxta Nursultan adı verilsin                        Emil Balayev: "Xorvatiyalı futbolçuların bizimlə oyuna necə köklənəcəkləri özümə də maraqlıdır"                       
Xəbər lenti
 
 
 
 
 
21-mar-2019 / ( 15:13 )
 
 
21-mar-2019 / ( 13:11 )
 
 
 
 
 
 
 
 
20-mar-2019 / ( 21:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16-mar-2019 / ( 13:22 )
 
 
 
 
 
 
 
Tarix: 18-04-2018, 08:57
İlham Əliyev and içib - YENİLƏNİB Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib: “Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.

*** 09:37

Aprelin 11-də keçirilən Prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.

“Report”un xəbərinə görə, tədbir Milli Məclisdə keçirilir.

Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və hökumətin yeni tərkibi elan olunacaq.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

Andın mətni belədir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar