Son xəbərlər:
Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı                        Sloveniyada COVID-19 epidemiyasının rəsmən bitdiyi elan olunub                        ABŞ konqresmenləri 28 May - Respublika Günü münasibətilə bəyanatlar yayıblar                        Milli Məclis Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişini təsdiqləyib                        Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn interaktiv tədbir keçiriləcək                        Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma                        Şəki şəhərinin mərkəzində hərəkət edən ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq                        22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı                        Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır                        Deputatlar iclasa maskada gəldilər                        Biləsuvarda gün ərzində 250 hektar taxıl sahəsinin məhsulu yığılır                        Mayın 31-i Dünya Tütünsüz Günü qeyd edilir                        Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov                        Milli Məclisin növbəti plenar iclası keçirilir                        “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub                        Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü                        Hindistanda xüsusi karantin rejimi daha bir ay uzadılıb                        Aydın Mirzəzadə: Sosial şəbəkələr dünyada böyük auditoriya toplasa da onların mənfi tərəfləri də ortaya çıxıb                        Gülay Zeynalova: “Kamilə hər zaman dəstəyəm”                        “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan                        Roza Zərgərli: “48 işçim var”                        Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı                        Britaniyada COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü                        Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”                        "Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı"                        Norveç hökuməti gələcəkdə ölkənin dayanıqlı inkişafı naminə külək enerjisini inkişaf etdirmək niyyətindədir                        Azərbaycanda koronavirusa daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb                        Daşkəsən rayonuna dolu düşüb                        Meksika mətbuatında 28 May-Respublika Gününə həsr olunmuş məqalə dərc olunub                        Ağ Ev çinli tələbələrin ABŞ-a girişini dayandırıb                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
31-may-2020 / ( 11:27 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
30-may-2020 / ( 19:09 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 9-04-2018, 20:33

Almaniyanın “ZDF” televiziya kanalında jurnalist Volfqanq Tsimmerman tərəfindən “Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib” başlıqlı reportaj verilib.

Trend-in məlumatına görə, reportajda İrəvan Universitetinin 33 yaşlı alman dili müəlliməsi Astqik Tarloyanın çətin maddi vəziyyəti, müəllimliklə yanaşı, tərcüməçilik fəaliyyəti ilə məşğul olması, onun dostlarının və tələbələrinin Almaniyaya köçməsi, hətta özünün də Almaniyaya köçmək məsələsini artıq nəzərdən keçirməsi qeyd olunur.

Reportajda aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin 2/3-nin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olmaları bildirilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul olduğu göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir.

Həmçinin “Transparency International”ın korrupsiya indeksinə əsasən Ermənistanın Efiopiya, Makedoniya və Vyetnam ilə yanaşı, 107-ci yeri tutduğu bildirilir. İqtisadiyyatın oliqarxların əlində cəmləşməsi, hakim dairələrlə qohumluq və ya dostluq münasibətlərinə malik olmayanların sahibkarlıq sahəsindəki fəaliyyətinin perspektivinin yoxluğu və ədliyyə sisteminin hakimiyyətdən tam asılılığının investorlar üçün öldürücü olması vurğulanır. Seçkilərdə seçici səslərinin saxtalaşdırılması, vəfat etmiş şəxslərin seçicilər siyahısına salınması qeyd olunur.

Reportajda ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri (hökumətin verdiyi məlumatlara əsasən, hər il 30-40 min nəfər) və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunu və bununla da öz gələcəyini itirdiyi qeyd olunur:

“Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir”.

Yuxarıda göstərilən fikirlərin davamı olaraq, 26 yaşlı Karine Mxitaryan adlı İT mütəxəssisinin də Çexiyada iş tapması və tezliklə Ermənistanı tərk edəcəyi qeyd olunur. K.Mxitaryana istinadən Ermənistanda bütün sahələrdə savadlı gənclərin çatışmazlığı və gənclərin xaricdə daha yaxşı iş imkanlarına ümid edərək ölkəni tərk etmələri vurğulanır.

Reportajın sonunda qısaca olaraq Ermənistanın qonşularla münasibətlərinə və xarici siyasətinə ekskursiya edilir, həmçinin onun xarici siyasəti və qonşularla münasibətləri təhlil olunur. Burada Dağlıq Qarabağ münaqişəsinin Ermənistan xarici siyasətinin əsas problemi olduğu bildirilir.

Daha sonra Ermənistanın Rusiya ilə Avropa İttifaqı arasında seçim etmək dilemması qarşısında qalması, 2013-cü ildə Aİ ilə assosiasiya və azad ticarət müqaviləsinin imzalanmasından az öncə bu sazişdən imtina edərək, Rusiyanın təzyiqi ilə Avrasiya İqtisadi İttifaqına qoşulması bildirilir:

“Çətin dilemmadan çıxmaq ümidi ilə Ermənistan bütün böyük siyasi güclər arasında manevr etməkdə davam edir. O, bir tərəfdən yenidən Avropa ilə yaxınlaşmağa cəhd edərək yeni tərəfdaşlıq sazişi haqqında danışıqlar aparır, digər tərəfdən, Moskva ilə strateji tərəfdaşlığı davam etdirir, NATO ilə isə yaxşı münasibətlər saxlayır. Ermənistan rəhbərliyi bununla çətin vəziyyətdən çıxış yolu tapdığına ümid edir”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}