Son xəbərlər:
Silahlı Qüvvələr döyüşə hazır vəziyyətə gətirildi – Rusiyaya qarşı                        BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü                        Ermənistanda əlil hərbçi təqaüd ala bilmir                        Acundan boşanan Şeymanın Çağatayla gecə klubundakı görüntüləri ortaya çıxdı - VİDEO                        Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı – VİDEO                        “Nə gizlədim, görən kimi Bəxtiyara vuruldum...” – BDU-nun professoru                        Gürcüstanda bütün seçki məntəqələri prezident seçkilərinin ikinci turuna hazırdır                        Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı                        Sosial müavinətlərin məbləği artacaq                        Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olundu                        25 yaşlı rus gözəli 49 yaşlı müsəlman krala ərə getdi – FOTO                        Nazir açıqladı: "Bu qanunun qəbulu əhalinin bank kreditlərinə çıxışını artıracaq"                        Elzadan onu tənqid edən Rasim Balayevə cavab: "Sənə verdi, ona verdi..."                        Venediktov: Kerç böhranı Putinin işinə yarayır                        Spiker yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı nazirə təklif verdi                        2019-cu il üzrə dövlət büdcənin layihəsi II oxunuşda qəbul edildi                        İnam Kərimov: Üç il müddətində 10 minə yaxın aqrar könüllünün iştirak edəcəyi proqram icra olunacaq                        Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib                        Mövlud Çavuşoğlu jurnalist Camal Kaşıkçının qətli ilə bağlı bəzi təfərrüatları açıqlayıb                        “Müharibə edib torpaqlarımızı almalıyıq ki, əsirlərimiz də azad edilsin...”                        Milli Məclisə əlavə 10.1 milyon manat ayrıldı                        Xanım deputat nikbin danışdı: “Böyük uğurlar əldə ediləcək”                        ABŞ şahzadəyə sanksiya tətbiq edəcək                        ABŞ miqrantlara gözyaşardıcı qaz sıxdığını təsdiqlədi                        FHN: Dənizdə qalan balıqçıların xilas edilməsi üçün tədbirlər görülür                        Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb                        Sabah hava əsasən yağmursuz keçəcək                        Karaçidə “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi açılıb                        Kiyev vilayətində 100-dən çox aviabomba zərərsizləşdirilib                        Milli Məclisin növbəti plenar iclası keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-noy-2018 / ( 14:12 )
 
 
Tarix: 6-04-2018, 20:31
“Separatçılığa ilk ilham verənlərdən biri də “şeytan dövləti” adlanan Böyük Britaniya olmuşdur...”

İspaniyanın Kataloniya regionunda baş vermiş separatçılıq hərəkatı nəticəsində Kataloniyanın sabiq lideri Karlos Puçdemon haqqında İspaniya Ali Məhkəməsi tərəfindən həbs qərarı çıxarılmışdır. Bu qərar Qərbin bir sıra dairələri və dövlətləri tərəfindən təqdir olunur və dəstəklənir. Buna baxmayaraq özünü Dağlıq Qarabağın “lider”i kimi təqdim edən və daha cinayətkar əməllər törətmiş, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və ayrıca Xocalı soyqırımının icraçılarından olmuş, silah alverində iştirak etmiş separatçı-terrorçu Bako Saakyan Ermənistan pasportu ilə müxtəlif dünya ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarına viza alaraq səfərlər edir və yüksək dairələrdə görüşlər keçirir. Bu iki separatçı quruma və onun başçılarına münasibəti hüquqi baxımdan müqayisə etmək olarmı? Fərqli məkanlarda baş vermiş, lakin oxşar cinayətlərlə müşayiət olunan belə proseslərə Avropa və dünya təşkilatlarının müxtəlif cür yanaşmasını necə izah etmək olar? Bu da hadisə və proseslərə ikili standartlarla yanaşmanın nəticəsi deyilmi?

Moderator.az-ın ünvanladığı bu suallara cavab olaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru Bəhram Zahidov dünya səviyyəsində tarixən Böyük Britaniya imperiyası tərəfindən dəstəklənən bir bəla kimi separatizmin mahiyyətini açıqlayan və Dağlıq Qarabağda ermənilərin heç bir dövlət qurmaq hüququnun olmadığını, Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı qurumun separatçı-terrorçu lideri Bako Saakyanın həbsi üçün beynəlxalq order vermək haqqını əsaslandıran geniş məqalə ilə çıxış edib. Həmin materialı nəzərinizə çatdırırıq:

“Belə bir aktual və vacib suallara görə Moderator.az saytına təşəkkür edirəm və məsələyə obyektiv və əhatəli cavab vermək üçün bir sıra məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edirəm.
XX əsrin sonlarından etibarən politologiyada tez-tez istifadə edilən “separatizm” termini latınca “separatus”- yəni ayrılmaq, bölünmək mənasını ifadə edir. Bir az geniş mənada “separatizm” azlıqda qalan millətin, yaxud bir coğrafi ərazinin, əyalətin tərkibində olduğu dövlətdən ayrılaraq müstəqil bir dövlət yaratmağa çalışması mənasını ifadə edir. Bu hərəkatın tərəfdarları isə “separatist” yəni, birtərəfli qaydada ayrılmağın tərəfdarı olan insanlar adlanır. Separatizm dağıdıcı, məhvedici bir proses olduğundan o, dünyada əsasən mənfi bir təzahür kimi yolverilməz hesab edilir. Beynəlxalq hüquqda və milli dövlətlərin Cinayət Məcəllələrində belə əməllərə görə bu və ya digər cinayət hüquq normaları müəyyən edilmişdir. Amma təəssüf ki, “separatizmə” görə cinayət qanunvericiliyində hələ də konkret normalar müəyyən edilməmişdir.

XX əsrin sonlarından başlayaraq separatçı meyllər, yəni müxtəlif xalqların və millətlərin, cəmiyyətdə gedən proseslərin nəticəsi olaraq tarixən yaşadıqları dövlətləri müxtəlif bəhanələr adı altında parçalayıb dağıtmağa meyllənməsi sürətlə artmış və genişlənmişdir. Xüsusi ilə xarici kəşfiyyat orqanlarının ciddi səyi ilə çoxmillətli dövlət quruculuğuna sahib olan imperiyanın - SSRİ-nin dağılması, müxtəlif respublikalara, vilayətlərə parçalanmanı daha da sürətləndirmiş və genişləndirmişdir. Onların hamisi qismində isə əsasən böyük dövlətlər və kəşfiyyat orqanları çıxış edir. Separatçı meyillərin ümumiləşməsi göstərir ki, belə qüvvələr çox halda zorakılıqla, qanunsuz olaraq, millətçilik və şovinistlik ruhu ilə qızışdırılır və öz mövqelərini beynəlxalq sənədlərlə - “öz müqəddəratını təyinetmə” hüququ ilə əsaslandırmağa uğursuz təşəbbüslər göstərirlər.
Mənbələr təsdiq edir ki, “öz müqəddəratını təyinetmə” istilahı (termini) ilk dəfə olaraq 1878-ci il Berlin Konqresində aparılan müzakirələr zamanı istifadə edilmişdir. Millətlərin “öz müqəddəratını təyinetmə” hüququ bu gün dünyanın bir çox regionlarında “tam müstəqilliy”ə keçid kimi təqdim olunur. 1896-cı ildə dünyanın “şeytan dövləti” hesab olunan Böyük Britaniyanın paytaxtı Londonda keçirilən konqresdə bu məsələyə diqqətin artırılması xüsusi olaraq vurğulanmışdır. 1918-ci il Brest sülhünün bağlanması zamanı “öz müqəddəratını təyinetmə” hüququna istinad edilmişdir. BMT-nin Nizamnaməsində, Baş Məclisin 14 dekabr 1960-cı il tarixli 1514 saylı qətnaməsində ilk dəfə olaraq “öz müqəddəratını təyinetmə” prinsipi, millətlərin və xalqların müstəmləkəçilikdən azad olma, istismardan qurtarma vasitəsi kimi təsbit edilmişdir. Müstəmləkə zülmündə olan millətlər və xalqlar bu normadan yararlanaraq, xalq iradəsinin azad və tam təzahürü kimi, öz siyasi statuslarını sərbəst formada müəyyənləşdirməyə haqlı hesab edilmişlər. Əlbəttə, bu mənada şərh edildikdə, “öz müqəddəratını təyinetmə” hüququ xeyirxah bir məqsədə xidmət edir. Buna baxmayaraq, onun daha məsuliyyətli və daha dağıdıcı nəticələri də diqqətdən yayına bilməz.

BMT-nin “İnsan hüquqlari və azadlıqları haqqında Ümumi Bəyannaməsi” ilə müəyyən edilmiş hüquqların reallaşdırılması zamanı millətlərin “öz müqəddəratını təyinetmə” hüququ, bəzən əhəmiyyətli rol oynayır. Lakin yadda saxlamaq lazımdır ki, “öz müqəddəratını təyinetmə hüququ” BMT-nin Nizamnaməsi, çoxsaylı konvensiyaları və qətnamələri ilə müəyyən edilmiş hüquq normalarına zidd ola bilməz. Eyni zamanda millətlərin və xalqların bu hüququ zorakılıqla, insan hüquqlarının pozulması ilə, dövləti parçalayıb dağıtmaqla həyata keçirməkdə haqlı hesab oluna bilməz. Çünki xalq dedikdə - bir ölkənin əhalisi mənasını verən, əlahiddə coğrafi əraziyə, sərhədlərə, milli kodu kimi təcəssüm etdirilən etnik dilə, maddi, mənəvi və spesifik sosial və mədəni həyata, iqtisadi və məişət birliyinə əsaslanan, tarixən formalaşmış insan birliyi başa düşülür. Öz müqəddəratını təyin etmək və öz idarəetmə formasını seçmək də məhz xalqın suveren hüququ hesab olunur. Belə xüsusiyyətlər isə Dağlıq Qarabağda məskunlaşmış erməni icması üçün səciyyəvi deyildir. Ümumiyyətlə isə erməni milləti Azərbaycan torpaqları hesabına Ermənistan Respublikasını yaratmaqla artıq öz müqəddəratını təyin etmiş, öz milli hökumətlərini yaratmışlar. Dünyanın heç bir qanununda, normativ -hüquqi aktında icma formasında yaşayan və konkret ərazidə məskunlaşmış əhalinin - xalqın yeni bir dövlət yaratmaq hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının “Dağlıq Qarabağ” adlanan ərazisində Rusiya imperiyasının məkrli siyasəti ilə İrandan köçürülmüş və bu ərazidə artıq məskunlaşmış ermənilər hüquqi baxışdan xalq hesab oluna bilməz. Onlar mövcud vəziyyətdə icma hesab olunurlar. Bu halda isə Dağlıq Qarabağda məskunlaşmış əhalinin yeni erməni dövləti yaratmaq məqsədi, öz müqəddəratını sərbəst təyin etmək, yeni erməni milli dövlətini yaratmaq hüququ yoxdur. Buna görə də Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərin yeni müstəqil dövlət yaratmaq hərəkatı, milli azadlıq hərəkatı deyil, separatçı - millətçi hərəkat səciyyəsi daşıyır.


Bu hərəkətlər insan hüquq və azadlıqlarının zorakılıqla pozulması, ən qəddar soyqırım və terror xarakterli cinayətlərin törədilməsi yolu ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqilliyi və ərazi bütövlüyü tanınmış bir ölkənin – Azərbaycan Respublikasının ərazilərinin işğalı, sərhədlərinin dəyişdirilməsi, əhalinin milli mənsubiyyətinə görə doğma yerlərindən zorakılıqla qovulması, konstitusiya quruluşunun, ərazi bütövlüyünün və suveren hakimiyyətinin, dövlət bütövlüyünün qismən parçalanması, beynəlxalq və milli hüquq normalarının cinayət məsuliyyətinə səbəb olan dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Bu gün çoxsaylı tarixi faktlar, hüquqi təhlillər, “Dağlıq Qarabağ Respublikası”nın yaradılması, zamanı həmin vaxt qüvvədə olmuş SSRİ Konstitusiyasının 78-ci maddəsinin, Azərbaycan SSR Konstitusiyasının, beynəlxalq hüquq normalarının ən kobud şəkildə pozulmasını təsdiqləyir. Bütün bunlara görə də, “Dağlıq Qarabağ Respublikasının” yaradılması tamamilə qanunsuz və əsassızdır. O, indiyə qədər heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamışdır. Bu mövzuda, ümumiyyətlə referendumun keçirilməsi Dağlıq Qarabağın, yaxud, Ermənistan SSR-nin səlahiyyətlərinə aid ola bilməz. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi bir halda referendumun nəticələrini legitim hesab etmək olmaz. Çoxsaylı digər faktlarda vardır ki, bütün bunlar “Dağlıq Qarabağ Respublikası” nın qanunsuz olaraq yaradıldığını təsdiq edir. Onun qondarma dövlət qurumları və vəzifəli şəxsləri də hüquqi baxımdan legitim hesab oluna bilməz.

Vaxtilə silah alveri ilə geniş miqyasda məşğul olmuş cinayətkar Bako Saakyanın, guya bir lider olaraq tanınmamış “Dağlıq Qarabağ Respublikasının” rəhbəri kimi Ermənistan pasportu ilə ABŞ-a getməsi, ona bu məqsədlə viza verilməsi qanunsuzdur. Əslində cinayətkar bir şəxs kimi o, ABŞ-da həbs edilməli idi. Çünki istər ABŞ səfirliyi, istər ABŞ-ın dövlət qurumları, Senatı çox yaxşı bilir ki, Bako Saakyan separatçı və terrorçudur. İkili standartların həyat tərzinə çevrildiyi ABŞ siyasətində bu cür addım Azərbaycanın dövlət suverenliyinə, Konstitusiya quruluşuna və ərazi bütövlüyünə fəal hərəkətləri ilə qəsd edən bir qurumun rəhbəri kimi Bako Saakyanın yüksək dairələr tərəfindən qəbul edilməsi beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir, yolverilməzdir.
Kataloniyanın lideri Karlos Puçdemona tətbiq edilmiş sanksiyalar birmənalı şəkildə Bako Saakyana da tədbiq edilməli və o, İnterpol xətti ilə həbs edilib Azərbaycan Respublikasına ekstradisiya edilməli idi.

ABŞ-da, Qərb ölkələrində, BMT-də, ATƏT-də digər beynəlxalq və regional təşkilatlarda aparılan çoxsaylı müzakirələrdə separatçı qüvvələrin başçısı, Xocalı qətliamının təşkilatçıları və icraçıları Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan və Bako Saakyanın hansı əməlləri törətdiklərini hamı çox yaxşı bilir. Bu barədə Beynəlxalq Təşkilatların hesabatlarında kifayət qədər məlumatlar vardır. Buna baxmayaraq BMT-nin tribunalarından dəfələrlə çıxış edən qeyd etdiyimiz həmin cinayətkarlar haqqında nəinki indiyə qədər heç bir tədbir görülməmiş, habelə məsələn, ABŞ kimi dövlət “Dağlıq Qarabağ”a vaxtaşırı olaraq kifayət qədər yardımlar göstərməklə separatçıları bu gün də ruhlandırır, zərərçəkmişlə qatili bərabər hüquqda görür. Böyük dövlətlərin belə “qayğılar”ı əlbəttə ki, cinayətkar separatçıların himayə olunduğunu təsdiq edir.

Bütün bunlar fonunda biz isə ədalət və haqq axtarır, ATƏT-in Minsk Qrupunun məsələni ədalətli həll edəcəyinə sadəlöhvcəsinə inanırıq. Halbuki, bu qrupun üzvü olan dövlətlərin hər birinin məsələdə maraqlı tərəf olduqları artıq heç kimdə şübhə yaratmır.
Oxşar əməllərə görə İspaniya Konstitusiya Məhkəməsi Belçikaya gedən Kataloniyanın sabiq prezidenti Karlos Puçdemon və 8 nazir barədə artıq həbs qərarı çıxarmışdır. Sabiq nazirlər və prezident hökümətə qarşı üsyanda, dövlət əmlakını çirkin məqsədlərlə istifadədə ittiham edilirlər. Puçdemon 30-45 il həbs təhlükəsi ilə üz-üzədir.

1 oktyabrda keçirilmş “müstəqillik referendumu”ndan sonra Kataloniyanın “müstəqilliyi” elan edilmişdir, buna baxmayaraq İspaniya höküməti Kataloniyanın muxtariyyətinin ləğvi barədə qanunun icrasına start verib və ərazinin idarə olunması mərkəzi hakimiyyətə tapşırılmışdır. Kataloniyada baş vermiş hadisələrə qısa ekskurs həm də onu deməyə əsas verir ki, dünyanın bütün ölkıələrində olduğu kimi, separatçılar mərkəzi dövlətdən ayrılmağın əsas səbəbləri sırasında eyni motivləri- muxtar rejimdə hüquq və azadlıqların pozulması, ayrı-seçkiliyin həyat normasına çevrilməsi, mərkəzin özbaşınalığı, iqtisadi maraqların və əhalinin maddi rifah halının gündən-günə pisləşməsi və digər çoxsaylı səbəblər irəli sürür və muxtariyyətin ayrılması zərurətini əsaslandırmağa çalışırlar.

Şərh edilənlərdən aydın olur ki, son 30 ildə “Dağlıq Qarabağ” münaqişəsi də əsasən oxşar senarilər əsasında baş vermişdir. Hüquqi baxımdan onun əsasında, guya, millətlərin “öz müqəddəratının təyin etməsi” hüququnun reallaşdırılmasına yönəlmiş məqsədlər dayanır. Dağlıq Qarabağ münaqişəsinin və ümumiyyətlə Zaqafqaziyada “erməni məsələsinin”, “ermənilərə qarşı soyqırımın”, “Böyük Ermənistan” yaradılması uğrunda qanlı mübarizənin əsl mənzərəsini obyektiv olaraq öyrənmək üçün çoxsaylı mənbələrdən yaradıcılıqla istifadə etmək zəruridir. Bu mövzuda isə yüzlərlə obyektiv mənbələri xatırlatmaq olar. Belə ümumiləşdirmələr obyektiv nəticə kimi belə bir reallığı təsdiq edir ki, bütün separatçı qurumların yaradılması və bu ideyanın reallaşdırılması böyük dövlətlərin- Böyük Britaniyanın, Rusiyanın, ABŞ-ın, Fransanın və digər bu kimi dövlətlərin, beynəlxalq təşkilatların və birliklərin- BMT-nin, Avropa İttifaqının, Avropa Birliyinin və digər bu qurumların xeyir-duası, ən pis halda isə onların laqeydliyi üzündən baş verir. Münaqişə nəticəsində “Dağlıq Qarabağ”ın, hətta Azərbaycanın bu qurum ətrafında olan və Dağlıq Qarabağa heç bir adiyyatı olmayan digər 7 rayonunun, 17 min kv.km-lik ərazisinin bu gün də işğal altında saxlanılması, BMT-nin 4 qətnaməsinin icra olunmaması, 373-dən çox terror aktının törədilməsi və bunun nəticəsində 1200 nəfərin həlak olması, 1705 nəfərin ağır yaralanması, ümumillikdə isə münaqişə nəticəsində 250 mindən çox azərbaycanlının milli mənsubiyyətinə görə didərgin salınması, 200 min nəfər azərbaycanlının erməni faşistləri tərəfindən qətlə yetirilməsi, 100 min nəfərin yaralanması, onlardan 50 min nəfərinin əlil edilməsi, su hövzələrinin, təbii sərvətlərin, tarixi abidələrin dağıdılması, məhv edilməsi, 4049 nəfərin, o cümlədən onlardan 3273 nəfərin hərbiçi, 771 nəfərin mülki şəxs olması, qadınların, uşaqların, xəstələrin, qocaların öldürülməsi, yandırılması, ümumillikdə isə təxminən 432 milyard zərərin vurulması və bu cinayətləri törədənlərin indiyə qədər cəzasız qalması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir.
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ - Məxəzlərdən oxunmuş tarix”, “İkili standartların dünya nizamı və müasir Azərbaycan”, “Dünya nizamindan nizamsızlığa doğru”, “Ermənilərin mif yaradıcılığı”, pakistanlı Məsud Əxtar Şeyxin - “Yalanlar, yalanlar, bir daha yalanlar”, Castin Makartinin – “Ermənilər və Türklər”, habelə yüzlərlə digər monoqrafiyalar erməni seperatçılarının iç üzünü açır və “Dağlıq Qarabağ münaqişəsinin” böyük güclərin birgə səyi ilə yaradıldığını təsdiq edir. ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və digər bu kimi dövlətlər Azərbaycanın haqq işinə laqeydliklə yanaşırlar. Hər kəs separatçı qüvvələrin başçıları Robert Köçəryanın, Serj Sərkisyanın, Seyran Ohanyanın, Bako Saakyanın və yüzlərlə başqalarının beynəlxalq hüquq normalarını cinayətkarcasına pozduqlarına görə ən ağır cəzaya layiq olduqlarını bilir. “Dağlıq Qarabağ Respublikasının” yaradılması və bu günki fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasına, keçmiş SSR İttifaqının Qanunlarına, Birləşmiş Millətlər Təşkilatının Qərarlarına, BMT-nin Nizamnaməsinə, BMT-nin “İnsan hüquq və azadlıqlarına dair Bəyənnaməsinə” tamamilə ziddir və qanunsuzdur. Ermənistanda, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində və ona bitişik 7 rayonda azərbaycanlı şəxslərə qarşı həyata keçirilən ağır cinayət əməlləri beynəlxalq cinayət məcəlləsi ilə də məsuliyyət yaradır. “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” bu gün dünyanın bir çox ölkələrində artıq “tam müstəqillik” kimi təhrif olunur. Bu ideya öncə dediyimiz kimi, 1896-cı ildə dünyanın “şeytan dövləti” hesab olunan Böyük Britaniyanın paytaxtı Londonda keçirilən konqresdə irəli sürülmüşdür. Rusiya marksistləri tərəfindən inqilabi hərəkatın düsturu kimi qəbul edilərək bir çox faciələrə səbəb olmuş, insanlara zülm və faciə gətirmişdir. Vaxtilə Kautski 1909-cu ildə yazdığı “Hakimiyyətə gedən yol” əsərində milli muxtariyyətin hər hansı bir ölkədə idarəetmə sistemini zəiflədəcəyini və hətta məhv edəcəyini kifayət qədər əsaslandırmışdır. Bununla bağlı Karl Marks həmkarı F.Engelsə yazdığı məktubunda haqlı olaraq göstərir ki, “ “Millətlərin öz müqəddəratını təyin etmə”yə çalışması, millətçilərin öz millətini əvəzolunmaz və ya nümunəvi kimi göstərməyə çalışmaları ilə müşayiət olunacaqlar. Bəzən isə həddən artıq əziyyət çəkmiş, istismar olunmuş millət kimi təqdim edəcəklər”. Buna əsl nümunə bu gün Azərbaycan torpaqlarını işğal edən, yüz minlərlə azərbaycanlını didərgin salan, on minləri işgəncələrlə öldürən, əsir və girov götürən bir qrup separatçı və terrorçu erməninin “ dünyanın əzabkeş milləti” statusunda Dağlıq Qarabağda yaşayan soydaşlarının öz müqəddəratını təyin etməsi hüququnu əsaslandırmağa çalışmasıdır.

Beləliklə, yekun olaraq deyə bilərik ki, bu gün İspaniyada baş vermiş hadisələr bizə 30 ildir ki, tanışdır. Sadəcə, separatçılara qarşı mübarizə gücləndirilməli, beynəlxalq Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq yüzlərlə erməninin separatçı və terrorçu hərəkətlərinə görə cinayət məsuliyyəti müəyyən edilməlidir. Bako Saakyan və başqa separatçılar İnterpol xətti ilə axtarışa verilməli və onların Azərbaycan Məhkəmələri qarşısında cavab verməsi təmin edilməlidir”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar