Son xəbərlər:
Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb                        Aydın Xırdalanlı son mənzilə yola salınıb - FOTO                        Xanım müğənnidən şok açıqlama - "Onunla bir gecəlik münasibətimiz oldu"                        "Mançester Yunayted"in təklifinə “yox” dedi                        Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb                        Zakir Həsənov ABŞ-a səfər edəcək                        Sabah hava buludlu olacaq, arabir yağış yağacaq                        Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"                        "Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır-Alman alimindən iddia                        Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR                        Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO                        İndoneziyada 5,4 bal gücündə zəlzələ olub                        Tereza Meyi devirməyə cəhd edirlər                        Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO                        Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib                        “Disneyland”də “silah səsləri” vahimə yaratdı .                        Pakistanda “Yaşasın Azərbaycan” sədaları                        İlham Əliyev Yunanıstana məktub göndərdi                        “Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər                        Aleyna Tilki Bakıda- VİDEO...                        "Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."                        "Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşdı                        Mehman Əhmədli Aydın Xırdalanlının ölüm xəbəri barədə: “Belə zarafat olar?!”                        110 çoban bir hücumda öldürüldü                        "Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!"                        "Avro-2020": Bu gün seçmə mərhələnin I turuna yekun vurulacaq                        “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - deputatdan çağırış-təklif                        Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...                        Cavanşir Məmmədov "Ulduzlu yayım"-da - "Yağdır mövlam su" - VİDEO                        “Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 00:14 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-mar-2019 / ( 20:46 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 24-02-2018, 20:17

"Fevralın 23-də “Xəzər” telekanalında yayımlanan “Səni axtarıram” proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır. Bu cür məlumatlar sonuncu şəxsin özünün və ailə üzvlərinin məlum bir cinayət işinin ətrafında ictimaiyyəti bilərəkdən aldatmaq məqsədilə yaratdıqları boş hay-küydən, ucuz şoudan başqa bir şey deyildir."


Bunu Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib:

"Əslində məsələnin mahiyyəti asıldığı iddia edilən qızın da aid olduğu Seyidovlar ailəsinin bəzi üzvlərinin, xüsusən babası Mirdavud Seyidovun törətdiyi, sənədlərin saxtalaşdırılmaqla özgənin əmlakının mənimsənilməsi ilə müşayiət olunan bir cinayət işinin zorla xətm olunmasına, hazırda cərimə meydançasında saxlanılan, başqasının halal haqqı olan bir avtomobilin sonuncu şəxsə qaytarılmasına hesablanmış uğursuz bir “piar”, istintaqın gedişatına əsassız, yolverilməz şəkildə qanunsuz bir müdaxilə cəhdidir.

Yayılan məlumatlarda qızın əmisi olduğu deyilən şəxsin intihar etməsinin də guya eyni şəxslər tərəfindən örədilməsi ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Əslində Mirdavud Seyidovun oğlu Paşa həmyerlisi Niyaməddin Məmmədova və qeyrilərinə külli miqdarda borclu olub. Sahiblərin tələb etdiyi pulu qaytara bilməməsi səbəbindən P.Seyidi 2015-ci il tarixdə şəhərin istifadəsiz qalmış “Köhnə bazar” adlı tikilisində özünü asaraq intihar edib.

Məlumat üçün deyək ki, bu faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılmış, nəticəsi üzrə xitam qərarı verilmiş cinayət işinin sonrakı gedişatına şəxsi maraqlarından irəli gələn səbəbdən təzyiq göstərmək məqsədilə M.Seyidov bir neçə ailə üzvü ilə birlikdə 2016-cı ilin dekabr ayında, ikinci dəfə isə 04.05.2017-ci il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən təmas xəttindən düşmən tərəfə keçməyə cəhd göstərib, lakin hər ikisində bu cəhdlərin qarşısı hərbçilər və polis əməkdaşları tərəfindən alınıb.

Oğlunun ölümündə günahkar saydığı N.Məmmədova məxsus “Volksvagen” markalı avtomaşını şantaj və təhdid yolu ilə mənimsəyərək öz adına keçirən M.Seyidov törətdiyi qanunsuzluğa görə cavab verəcəyini bildiyi, lakin bütün vasitələrlə bundan yayınmağa çalışdığı üçün Gəncə ŞBPİ-nin İstintaq Şöbəsində başlanılmış cinayət işinə xitam verilməsi tələbilə müxtəlif instansiyalara əsassız şikayətlər göndərib. Lakin sonuncu dəfə istəyinə nail olmayan bu şəxs yenidən ailə üzvlərini, o cümlədən üç azyaşlı nəvəsini öz avantürasına cəlb edərək təmas xəttini qanunsuz olaraq keçməyə çalışıb.

O ki qaldı asıldığı, təzyiqə məruz qaldığı bildirilən Çiçək Seyidiyə, onunla bağlı yalnız bir fakta toxunmaq istərdik. Cari il fevralın 19-da Naftalanda istirahət edən qonaqların müraciəti əsasında şəhərin mərkəzində cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə qeyri-etik hərəkətlər etdiklərinə, ictimai qaydanı pozduqlarına görə bu qız bir tanışı ilə ŞPŞ-yə gətirilib. Burada hər iki şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə edildikdən və profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Məhz bu olaydan iki gün sonra Ç.Seyidi DİN-nin “102”-Zəng Mərkəzi” Xidmətinə zəng edərək polis əməkdaşları barədə indi bəzi KİV-lərin tirajladığı şantaj xarakterli, biri-biri ilə məntiqi bağlılığı olmayan məlumatlar verib. Çiçəyin babası M.Seyidov, sonuncunun iki gəlini son bir ay ərzində təhdid olunmalarına dair “102” Xidmətinə müxtəlif xarakterli müraciətlər ediblər. M.Seyidovun, ailə üzvlərinin, o cümlədən asıldığı iddia olunan nəvəsinin də həyatlarının təhlükədə olması ilə əlaqədar DİN-də, Naftalan ŞPŞ-də və prokurorluq orqanlarında dəfələrlə araşdırmalar aparılıb, lakin göstərilən xüsusatlar heç bir halda öz təsdiqini tapmayıb.

Lakin təəssüf doğuran digər vacib məqam da ondan ibarətdir ki, ucuz sensasiya və reytinq dalınca qaçan, bundan ötrü bütün vasitələrə əl atan bəzi proqramlar, xəbər saytları doğru-dürüstlüyü elə ilk andaca böyük şübhə doğuran belə məlumatlar ətrafında yersiz şou düzənləyir, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq heç bir dövlət orqanı ilə zəruri dəqiqləşdirmə, yoxlama aparmadan belə dezinformasiyaları yayımlayır, bununla da cəmiyyətdə narahatlıq, vətəndaşlarda çaşqınlıq yaradırlar ki, bu da qətiyyən yolverilməzdir"


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar