Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 1-02-2018, 15:41

Cənubi Qafqazdakı geosiyasi dinamikaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son dərəcə mənfi təsir etdiyini hamı etiraf edir. Problemin həll edilməməsi qeyri-müəyyənliyi daha da dərinləşdirir. Gözləmək olardı ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 2018-ci ildə münaqişənin ədalətli həlli istiqamətində real və səmərəli addımlar atacaqlar. Lakin bu ilin ilk ayından Qərb və Rusiya KİV-də dərc edilən bir sıra analitik yazıya görə, belə bir nikbin əhval-ruhiyyə yoxdur. Əksinə, onlar mövcud vəziyyəti saxlamağa və tərəflərin qəti addım atmamasına çalışacaqlar. Konkret deyilsə, münaqişənin həllini deyil, status-kvonun dəyişməməsini önə çəkməyə cəhd edəcəklər. Təbii ki, bu, dolayısı ilə təcavüzkara dəstək vermək deməkdir. Bu kimi məqamları nəzərə alıb, 2018-ci ildə Dağlıq Qarabağla bağlı hansı proseslərin gedə biləcəyini təhlil etmək aktuallıq kəsb edir.

Kəskinləşmiş münaqişə: “dondurulması” mümkündürmü?

Qərb və Rusiya analitiklərinin son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez məqalələr yazması diqqətdən yayınmır. Müəlliflər müxtəlif proqnozlar verməyə çalışmaqla yanaşı, problemin tarixinə və indiki vəziyyətinə də nəzər salırlar. Onların fikirləri, təbii ki, maraqlıdır, çünki indiyə qədər səsləndirilməyən bir sıra fikirləri daha açıq yazmağa başlayıblar. Belə bir vəziyyət nədən yaranıb?

Burada başlıca faktor kimi qlobal geosiyasətdə proseslərin tədricən yeni məzmun çalarları kəsb etməsini götürmək olar. Xüsusilə Yaxın Şərqdə cərəyan edən hadisələr göstərir ki, dünyadakı vəziyyət heç də BMT TŞ-nin beş daimi üzvünün istəyindən asılı deyil. Elə qüvvələr var ki, onlar baş verənlərin məntiqində düzəlişlər edə bilər. Məsələn, Türkiyə, İran və ya Səudiyyə Ərəbistanı. Biz hələ İsraili demirik.

Digər məqam Cənubi Qafqazda uzun müddətdir ki, mövcud olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq daha geniş geosiyasi məkan üçün təhdidə çevrilməsi ilə bağlıdır. O, Mərkəzi Asiya, Rusiya, Çin, İran, Türkiyə istiqamətləri ilə yanaşı, Avropada da ciddi geosiyasi problemlər yarada bilər.

Nəhayət, dünyanın aparıcı gücləri, görünür, Cənubi Qafqazda geosiyasi nüfuz dairəsini konkretləşdirmək prosesinə başlayırlar. Bu kontekstdə də Dağlıq Qarabağ münaqişəsinin taleyi ciddi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, son dövrlərdə bu məsələyə həsr edilmiş bütün analitik məqalələrdə pərdəarxası olaraq məhz bu məqam qabardılır. Təbii ki, bu, digər vacib faktorların unudulması anlamına gəlmir.

Bunların fonunda Qərb və Rusiya mətbuatında dərc edilən həmin yazılarda 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı proqnozların ifadə edildiyi maraqlıdır. Etiraf edək ki, bizim regionun geosiyasi aktuallığını hər kəs qəbul edir. Eyni zamanda, buradakı proseslərə yerli xalqların deyil, daha çox özlərinin maraqları prizmasından nəzər salırlar. Bu məsələdə Qərb, Rusiya və İran arasında fikir ayrılığı özünü göstərir. Lakin o da çox düşündürücüdür ki, elə ümumi və prinsipial əhəmiyyətli məqamlar var ki, həmin qüvvələrin maraqları üst-üstə düşür. Və bunu onlar açıqca vurğulayırlar.

Həmin məqamlar içərisində mövcud vəziyyətin saxlanması (onlar buna bir ağızdan status-kvonun dəyişməməsi deyirlər) və Azərbaycanla Ermənistan prezidentlərinin heç bir insident olmadan rahatca danışıqlara davam etməsi xüsusi yer tutur (bax: məs., Nagorno-Karabakh’s Gathering War Clouds / The International Crisis Group, Report 244, 1 iyun 2017 və Сергей Маркедонов. Нагорный Карабах – 2018: война, мир или балансирование на грани? / РСМД, 17 yanvar 2018).

Bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun hesabatında yer almış bir fikir diqqəti çəkir. Orada yazılır: "...Rusiyanın nüfuzu Bakı, İrəvan və başqa yerlərdə yüksək olaraq qalır. Ancaq diplomatik iflic vəziyyətinin yaranması (Dağlıq Qarabağla bağlı – red.) çox riskli olar, baha başa gələr və səmərəli vasitəçilik zamanının bitdiyini göstərərdi" (bax: Nagorno-Karabakh’s Gathering War Clouds / The International Crisis Group, Report 244, 1 iyun 2017).

Vasitəçilər: əsas məqsəd nədir?

Deməli, bu təşkilat hesab edir ki, indiyə qədər vasitəçilər səmərəli fəaliyyət göstəriblər və onların arxa plana keçməsi "diplomatik iflic" effekti verərdi ki, bunun da bədəli çox ağır olardı? Kimlərə? Təbii ki, Qərb və Rusiyaya! Buradan hesabat müəllifləri belə nəticə çıxarırlar ki, 2018-ci ildə Dağlıq Qarabağ məsələsində vasitəçilərin fəaliyyəti ilə bağlı heç bir dəyişiklik etməyə ehtiyac yoxdur – hər şey öz qaydasında qalmalıdır. Bu da dolayısı ilə mövcud status-kvonun saxlanması anlamına gəlir.

Moskvanın da ifadələrində məhz bu fikir başlıca yer tutur. Xarici işlər naziri Sergey Lavrov münaqişə zonasında hər hansı kəskin hərəkətin yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Bunun üçün isə həm Qərb, həm də Rusiya diplomatik dairələri hesab edirlər ki, münaqişə zonasında ATƏT-in monitorinqi gücləndirilməli, yeni nəzarət sistemi təşkil edilməlidir ki, hərbi əməliyyatlar olmasın. Ardınca da (həm Qərb, həm də Rusiya analitikləri) onu vurğulayırlar ki, mövcud vəziyyətin dəyişməsində daha çox maraqlı olan Azərbaycandır, çünki o, özünü məğlub hiss edir (bax: əvvəlki iki mənbəyə).

Deməli, analitiklər belə düşünürlər ki, fərqli geosiyasi maraqların olmasına baxmayaraq, Qərb, Rusiya və İran Dağlıq Qarabağda indiki vəziyyətin davam etməsində ortaq mövqedədirlər. Onlar bu münaqişəni yalnız özlərinə sərf etdiyi zamanda aktivləşdirə bilərlər. Bəs münaqişə edən tərəflərin özləri situasiyanı kardinal dəyişmək iqtidarında deyillərmi?

Analitiklər gətirdikləri üç faktorla bu suala əminliklə "yox" cavabı verirlər. Məsələn, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Markedonov hesab edir ki, nə Azərbaycanın, nə də Ermənistanın yaranmış vəziyyətdə ABŞ, Rusiya və Fransanın iradəsinə zidd kəskin davranmaq potensialı yoxdur. Digər bir faktor da əlavə məhdudlaşdırıcı şərt qoyur – Rusiya, ABŞ və Fransa münaqişəyə fərqli mövqedən yanaşdıqlarından bir-birindən çəkinərək tarazlaşmış vəziyyəti dəyişmək istəmirlər. Yəni hələlik bu qeyri-müəyyənliyin qalmasına razıdırlar. Maraqlıdır ki, S.Markedonov İranın da bu fikrə qatıldığını iddia edir (bax: Сергей Маркедонов. Нагорный Карабах – 2018: война, мир или балансирование на грани? / РСМД, 17 yanvar 2018).

Nəhayət, üçüncü məhdudlaşdırıcı faktor kimi rusiyalı mütəxəssis aşağıdakı arqumenti gətirir. O yazır ki, həm Minsk qrupunun həmsədr ölkələri, həm də Türkiyə və İran kimi nüfuzlu dövlətlərin "Qarabağ düyününün açılması üçün geosiyasi sövdələşməyə getmələrinə elə bir əsas yoxdur" (bax: əvvəlki mənbəyə).

Beləliklə, ekspertlər nəticəyə gəlirlər ki, 2018-ci il üçün ən yaxşı variant Dağlıq Qarabağda mövcud "dinamik balans"ın saxlanması olardı. Görünür, bunun üçün onlar əllərindən gələni etməyə çalışacaqlar. Bu isə həmsədr ölkələr də daxil olmaqla, Türkiyədən başqa, digər dövlətlərin dolayısı ilə təcavüzkarı dəstəkləməyə davam etmələri anlamına gəlir. Çünki mövcud status-kvonun hər hansı bəhanə ilə saxlanması strategiyası Ermənistanı birbaşa müdafiə etmək deməkdir. Onun işğalçılığına göz yummaq və Azərbaycanı öz torpaqlarını azad etmək fikrindən döndərməyə çalışmaq deməkdir.

Təsəvvür edin, Qərb və Rusiya analitiklərinin münaqişə ilə bağlı ifadə etdikləri fikirlərdə bir dəfə də olsun BMT TŞ-nin qətnamələrinə əməl edilməsinin, Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsinin zəruriliyi əks olunmur. Belə çıxır ki, 2018-ci ildə vasitəçilər nəinki passiv qalacaqlar, hətta münaqişənin Ermənistanı qane edən formada dondurulmasına cəhd etməkdə davam edəcəklər.

Əgər bu proqnoz özünü doğrultsa, faktiki olaraq həmsədr ölkələr Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyin qalmasında maraqlı olacaqlar. Bu da real olaraq həm vəziyyətin nəzarətdən çıxmasına, həm də terror dalğasının meydana gəlməsinə yardım etmək deməkdir. Konkret olaraq, müxtəlif radikal qruplarla erməni terror təşkilatları təxribat törədib, region dövlətlərini çətin duruma salmağa cəhd edə bilərlər. Onda bütün məsuliyyət indi status-kvonu saxlamağa çalışanların üzərinə düşəcək.

Bunlarla yanaşı, analiz edənlər Azərbaycan faktorunu, Bakının siyasətini tam ciddiyyəti ilə nəzərə almırlar. Azərbaycan rəhbərliyi kifayət qədər qətiyyət və əzmlə milli maraqları üstün tutaraq, münaqişənin ədalətli həllinə çalışacaq. O cümlədən son anda erməni işğalçıların hərbi yolla ərazilərdən çıxarılması variantına kimsə etiraz edə bilməz!

Newtimes.az


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar