Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 22-12-2017, 09:22

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyi ilə bağlı “Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Fonddan APA-ya bildirilib ki, sərgiyə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də qatılıblar.

Sərginin açılışında Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov birinci vitse-prezident Mehriban Əliyevanın Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri vurğulanıb, görkəmli incəsənət xadiminin xalqımızın mənəvi təkamülünə, gənclərimizin estetik tərbiyəsinə mühüm töhfələr verdiyi, Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirdiyi qeyd edilib. Bildirilib ki, Ömər Eldarov uzun illər ərzində milli mədəniyyətimizin təbliği ilə bağlı böyük səylər göstərib, Azərbaycan heykəltəraşlıq sənətini bütün dünyada layiqincə təmsil edib, ölkəmizdə yeni sənətkarlar nəslinin yetişdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması və onlarda bədii-estetik zövqün formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyət göstərib.

Tədbirdə çıxış edən yubilyar əməyinə verilən yüksək qiymətə görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq rəssamı deyib ki, bu günlər onun üçün xüsusilə əlamətdardır. Bir çox mükafatlara layiq görüldüyünü xatırladan Ömər Eldarov vurğulayıb ki, Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyur. Görkəmli heykəltəraş ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqətdən də söz açıb. Altı yaşından təsviri incəsənət sahəsinə maraq göstərdiyini deyən Ömər Eldarov sərgidə nümayiş olunan əsərlərin onun iç dünyasını, baxışlarını tərənnüm etdiyini söyləyib.

Sonra görkəmli heykəltəraşın ailəsi adından onun oğlunun yaratdığı rəsm əsasında tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış xatirə hədiyyələri xalq rəssamına təqdim olunub.

Əməkdar memar Rasim Əliyev Ömər Eldarovun zəngin yaradıcılığından söz açaraq söyləyib ki, onun bütün əsərləri orijinallığı ilə seçilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.

Ömər Eldarov ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Ekspozisiyada Xalq Rəssamının bürünc, ağac, daş və digər materiallardan hazırladığı 30-dan çox heykəltəraşlıq nümunəsi sərgilənir.

Ömər Eldarov Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən heykəllərin, abidələrin müəllifidir. O, hər bir əsərində təsvir etdiyi şəxsin fərdi xüsusiyyətlərini üzə çıxarır, portret oxşarlığı yaratmaqla yanaşı, öz qəhrəmanının mənəvi və insani keyfiyyətlərini ifadə edir. Görkəmli rəssam insanın daxili dünyasının özəlliklərini təxmin etməyə imkan verən xarakterik duruşu, jesti, həmin şəxsin davranışındakı xüsusiyyətləri əsərlərinə həkk edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarüstü abidəsi və onun xatirəsinə həsr olunan “Elegiya” Ömər Eldarovun məşhur əsərləridir.

Ömər Eldarov dövlət tərəfindən bir sıra mükafat və fəxri adlarla təltif olunan görkəmli monumentalistdir. O, 1960-cı ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 1967-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1980-ci ildə tacik yazıçısı və maarifçisi Sədrəddin Ayninin Düşənbə şəhərində ucaldılmış abidə-ansamblını yaratdığına görə SSRİ Dövlət Mükafatı ilə təltif olunub. 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatı, 1997-ci ildə “İstiqlal” ordeni, 2009-cu ildə Heydər Əliyev Mükafatı, 2017-ci ildə isə “Heydər Əliyev” ordeninə layiq görülüb.

Onun yaradıcılığının coğrafiyası Azərbaycanla məhdudlaşmır. Sevastopolda II Dünya müharibəsi zamanı Sapun dağından başlamış hücumun iştirakçısı olmuş 77-ci Azərbaycan diviziyasına həsr edilən abidənin müəllifi Ömər Eldarovdur. Heykəltəraşın müəllifi olduğu əsərlər bir neçə ölkədə ucaldılıb.

Ömər Eldarov yalnız monumental abidələrin müəllifi deyil. O, həm də bir sıra dəzgah heykəltəraşlığı nümunələri yaradıb.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}