Son xəbərlər:
Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb                        Mik Şumaxer “Ferrari” Akademiyasına daxil olub                        Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”                        Erkən ölümün qarşısını almağın yolu tapıldı                        "Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"                        Hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib                        Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu                        Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"                        Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı                        Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi                        Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO                        “Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”                        Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək                        Avropa İttifaqı Yunanıstanı 200 milyon avro məbləğində cərimələyib                        Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib                        Vladimir Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq                        Güclü külək əsəcək, sulu qar, qar yağacaq                        Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb                        Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq                        Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir                        Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi                        Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı                        Putin niyə smartfon işlətmir? - Peskov açıqladı                        “Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...”                        Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib                        Emeri Məsut Özildən imtina edib                        SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək                        Rusiyanın Şaxtı şəhərində yanvarın 16-da matəm günü elan edilib                        Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar                        Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 16:30 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-yan-2019 / ( 11:01 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 13-12-2017, 10:32
Bratçikov: "Xəzərin şimal hissəsinin bölünməsi formulu cənub hissəsi üçün uğurlu nümunədir"
Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı çoxtərəli danışıqlarda Rusiya nümayəndə heyətinin rəbəri, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun APA-nın Moskva müxbirinə müsahibəsi

- Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinə qədər konkret hansı hazırlıq prosedurları həyata keçiriləcək?

- Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin dekabrda Moskvada keçirilən iclasında Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsini tam razılaşdırmağa nail olduq. İndi tərəflər 2018-ci ilin birinci yarısında Qazaxıstanda keçiriləcək V Xəzər sammiti çərçivəsində ali səviyyədə bu Konvensiyanı imzalamaq üçün hazırlıq prosesini təşkil etməlidirlər. Bunun üçün əvvəlcə Konvensiyanın mətninin redaktəsini bitirmək, mətni Xəzəryanı ölkələrin milli dillərinə tərcümə etmək lazımdır. Sonra isə sənədin operativ şəkildə tərəflərdən hər birinin qanunvericiliyinə - daxili dövlət prosedurlarına uyğunluğunu yoxlamaq lazımdır. Hesab edirik ki, bunlar çox vaxt tələb etmir, operativ şəkildə keçəcək.

- Nazir Sergey Lavrov Xəzəryanı ölkələrin XİN başçılarının iclasının yekunlarına həsr olunan mətbuat konfransında Konvensiya layihəsində uzun müddətdir açıq qalan əsas məsələlərin razılaşdırıldığını açıqladı. Razılaşdırılmamış hər hansı xırda məsələlər varmı və bunlar nədən ibarətdir?

- Həqiqətən də bir sıra əsas məsələlər vardı ki, onlarsız Konvensiya layihəsini hazırkı kompromisli formada təsəvvür etmək mümkün olmazdı. Bu məsələlər XİN başçılarının iclasında şəxsən nazirlər tərəfindən razılaşdırıldı. Bununla belə, məlum sənədin yəqin ki, daha "asan" bəndləri barədə razılıq əvvəlcədən, XİN başçılarının görüşü öncəsi ekspertlər səviyyəsində əldə olunmuşdu. İndi Konvensiyanın mətni tam hazırdır.

- Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində Konvensiya ilə yanaşı, bir sıra sazişlərin imzalanması gözlənilir. Bu sazişlərə nələr daxildir?

- Hazırda "Xəzər beşliyi"nin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini nizamlayan bir sıra beştərəfli sənədlərin üzərində iş gedir. Onların bir hissəsi mövcud danışıqlar tempinin qorunması və tərəflərin konstruktiv əhval-ruhiyyəsinin davam etməsi halında Qazaxıstanda keçiriləcək V Xəzər sammitində imzalanacaq paketə daxil edilə bilər. Burada söhbət hər şeydən əvvəl Rusiyanın təşəbbüskarı olduğu, Xəzər dənizində insidentlərin qarşısını almaq barədə sazişdən, eləcə də türkmənistanlı həmkarlarımız tərəfindən hazırlanan Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihələrindən gedir. 2010-cu ildə imzalanmış Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişə əlavə olunacaq bir və ya bir neçə sahəvi protokolları sammitin gündəliyinə daxil etmək üçün yaxşı şans mövcuddur. Məlum kontekstdə işin prioritet istiqamətləri terrorçuluq, mütəşəkkil cinayətkarlıq və brakonyerliklə mübarizə, Xəzər akvatoriyasında çimərlik təhlükəsizliyinin təmin olunması, eləcə də sərhəd qoşunlarının əməkdaşlığından ibarətdir.

- Sergey Lavrov mətbuat konfransında Xəzərin dəniz mühitinin qorunması ilə bağlı Tehran çərçivə sazişinin icrasındakı problemlərə toxunaraq bu məsələ ilə bağlı yeni protokolun imzalanacağını açıqladı. Bu sənəd nədən ibarətdir və onun imzalanması nə vaxta gözlənilir?

- 2003-cü il tarixli Xəzərin dəniz mühitinin qorunması ilə bağlı çərçivə sazişi (Tehran çərçivə sazişi də adlanır), adından da göründüyü kimi, əlavə protokolların nəticələrini, onun konkretləşdirilməsini nəzərdə tutur. Hal-hazırda dörd prioritet protokol işlənib hazırlanıb. Onlardan birincisi - insidentlər, neft çirklənməsi zamanı əməkdaşlığa regional hazırlıq (Aktau protokolu, 2011) 2016-cı ilin iyulunda qüvvəyə minib. Növbədə transsərhəd kontekstində ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi ilə bağlı vacib Protokoldur. Onun imzalanmasını ya Konvensiyanın imzalanması ilə eyni vaxtda, ya da ona qədər olan müddətdə gözləyirik.

- Bildiyimiz kimi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə cənubda Azərbaycan-İran və Azərbaycan-Türkmənistan arasındakı mübahisəli yataqlar ətrafında fikir ayrılıqlarının olması mənfi təsir göstərirdi. Konvensiya bu fikir ayrılıqlarının tezliklə həll edilməsinə yardım edəcəkmi?

- Sahilyanı dövlətlər arasında sahil sularının yurisdiksiyası probleminə 2014-cü ilin sentyabrında Xəzəryanı dövlət başçılarının IV Həştərxan sammitində ətraflı baxılmışdı. O zaman Xəzəryanı ölkələrin dövlət başçıları belə anlaşdılar ki, məlum məsələyə iki fərqli müstəvidə baxılacaq. Prezidentlərin razılığına əsasən, dəniz sahilyanı dövlətin milli suverenliyi altında 15 dəniz mili enində və ona bitişik 10 mil ölçüsündə dəniz məkanına ayrılacaq və burada sahilyanı dövlət bioresursların hasilatı, ümumi su məkanı ilə bağlı müstəsna hüquqlara malik olacaq. Xəzərin dibi və səthinin delimitasiyası sxemi isə prinsipial şəkildə fərqlidir: onların bölünməsi dəniz dibinin istifadəsi məqsədilə sahilyanı və qarşı bucaqlarda yerləşən dövlətlər arasında ikitərəfli, üçtərəfli formatlarda həyata keçirilir. Rusiya, Azərbaycan və Qazaxıstan tərəfindən bu istiqamətdə uğurlu presedent yaradılıb, bu ölkələr 1998-2003-cü illərdəki razılaşmalar üzrə Xəzərin səthinin və təkinin bölünməsini razılaşdırıblar. Daha sonra onlara Türkmənistan da qoşulub və 2014-cü ildə Qazaxıstanla müvafiq saziş imzalayıb. Aydındır ki, bu “şimal formulu” cənub üçün də qarşılıqlı faydalı həll üçün yol göstərə bilər.

- Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinə kimi xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun görüşləri planlaşdırılırmı?

- Xüsusi işçi qrup Xəzəryanı ölkələrin liderlərinin görüşü ərəfəsində Konvensiyanın ayrı-ayrı müddəalarının redaktəsi, tərcümə olunmuş mətnlərin yoxlanılması ilə məşğul olacaq, görüşün yüksək səviyyədə keçirilməsi ilə bağlı müzakirələr keçirəcək.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar