Son xəbərlər:
İt döyüşlərini təşkil edənlər saxlanılıblar                        Türkiyədə COVID-19 xəstələrinin ölüm nisbəti 2,8 təşkil edir                        Rəsulzadənin nəvəsi: "Atam babamın dəfninə getmədi..."- VİDEO                        Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar                        Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib                        "28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb"                        “Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel                        Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib                        “Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlayıb                        Birjalarda neftin qiyməti                        Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib                        Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
28-may-2020 / ( 10:17 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 29-11-2017, 20:38

Ər-Riyadda rəsmən Səudiyyə Ərəbistanı başda olmaqla hərbi koalisiya elan edilib.“Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, koalisiyaya Pakistanın keçmiş ordu komandanı Rahil Şərif rəhbərlik edəcək.İslam Ölkələrinin Antiterror Koalisiyası (İÖAİK) müdafiə nazirlərinin ilk yığıncağı da baş tutub.Tədbirə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salman başçılıq edib.Əsasən sünnilər olmaqla 41 müsəlman ölkənin qoşulduğu koalisiyanın rəsmi bəyanatında bildirilib ki, üzv ölkələr qlobal terrorizm və zorakı ekstremizmlə mübarizədə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.Tədbirdə imzalanmış sənəddə bildirilir ki, görüş koalisiyanın işinin rəsmi başlanğıcına və üzv ölkələr arasında əməkdaşlığı möhkəmləndirilməsinə təməl qoydu.

Rahil Şərif görüş iştirakçılarına müraciətində bildirib ki, koalisiya antiterror əməliyyatları və üzv ölkələrin kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə terrorizm əleyhinə mübarizəyə platforma olacaq.Koalisiyanın tətbiqi Pakistanda diqqət mərkəzindədir.Pakistanlı skeptiklər koalisiyanın işinə qruplaşma kimi şübhə ilə baxır və bunu İran, Suriya və İraq kimi şiə ölkələrə qarşı koalisiya hesab edir.Qurumun tərəfdarları bunu “Müsəlman NATO-su” adlandırıblar.

Hərbi koalisiyanın hədəfləri

Ərəb ölkələri arasında hərbi koalisiyanın qurulması məsələsi Səudiyyə Ərəbistanının İrandan dəstək alan qiyamçı Husilərin qiyamı nəticəsində Yəməndə mövqelərinin zəifləməsindən sonra gətirilib. Suriyada istədiyi nəticəni əldə edə bilməyən Səudiyyənin Yəməndə də fiaksoya yaxın olması, bu zərurəti ortaya çıxartdı.ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri və bu ərəfədə ərəb dövlətləri ilə keçirdiyi konfransdan sonra isə bölgə ölkələri demək olar ki, bununla bağlı yekdil rəy ortaya qoydular.“Müsəlman NATO-su” adlandırılan hərbi koalisiyanın qurulmasını razılaşdırdılar. Tramp bölgədə olarkən baş verən bu proseslər daxilində Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb dövlətlərinin İranı və müttəfiqlərini terrorizmə dəstəkdə verməkdə ittiham etmələri isə koalisiyanın fəaliyyət istiqamətini əvvəldən göstərdi.

İsrail və ABŞ kəşfiyyatı pərdə arxasında

Suriya və Yəməndə müttəfiqlərindən istədiyi dəstəyi ala bilməyən Səudiyyə Ərəbistanı uzun müddət idi çıxış yolu axtarırdı.Bu çıxış yolunu da “Müsəlman NATO-su”nu qurmaqda görürdü.Bu çərçivədə hələ 2015-ci ilin dekabr ayının 15-də təktərəfli formada digər ərəb dövlətlərinin də adından Terrorizmə qarşı İslam Koalisiyasını elan etdi. Lakin bura qədər ABŞ Ər-Riyadın “Müsəlman NATO-su” təklifinə qarşı çıxsa da Suriya və Yəməndə Rusiya və İranın lehinə dəyişən vəziyyət və Trampın bölgəyə səfərindən sonra Vaşinqton da rəsmi qaydada buna dəstək verdi. Halbuki Tramp bölgəyə gələnədək İsrail və ABŞ kəşfiyyatlarının, beyin mərkəzlərinin pərdəarxasında bu məsələni müzakirə etdikləri də istisna deyildi.Digər yandan isə Misir, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ İsrail kəşfiyyatına yaxın KİV-lərin gündəmə gətirdiyi bu təklif ətrafında açıq müzakirələr aparırdılar.ABŞ mənbələrinin iddialarına görə hərbi koalisiya üçün nəzərdə tutulmuş konsepsiyanın mahiyyəti bölgədə etnik qarşıdurmanı qızışdırmaq təşkil edir.Koalisiyanın ancaq sünni ölkələri tərəfindən qurulması da bu ehtimalı gücləndirir.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Barak Obamanın İrana qarşı “yumşaq siyasəti”ndən imtina edilməsi də Yaxın Şərq üçün yeni planının hazırlandığı iddialarını gündəmə gətirdi.Trampdan fərqli olaraq Obama bu kimi təkliflərə məsafəli davranırdı. Tramp isə hakimiyyətinin ilk günlərində İranla yanaşı, Qətəri də terrorizmə dəstək verməkdə ittiham etməsi, vəziyyəti kökündən dəyişdi, digər yandan da Suriya və İraqda İran və müttəfiqlərinin (Rusiya və “Hizbullah”) lehinə dəyişən situasiya Amerikanı maraqlarını bölgədəki müttəfiqləri vasitəsilə təmin etmək istiqamətinə yönəltdi. “Müsəlman NATO-su”nun mahiyyətində bu amillərin dayandığına isə artıq şübhə yoxdur.

Şahzadələr Ağ Evdə

Donald Tramp Ər-Riyadda səud hökuməti ilə görüş keçirən ərəfədə (bu ilin may ayında) yeni ordunun qurulduğu elan edildi.Ərəb - İslam Amerika sammitinin yekun sənədi (“Ər-Riyad deklorasiyası”) kimi qəbul edilən bu sazişə 55 ölkənin imza atdığı bildirildi.Sənədin imzalanmasından sonra Tramp açıqlama verərək bildirdi ki, bölgədə sülh istəyən bütün vicdanlı dövlətlər terrorizmi dəstəkləyən İrana qarşı mübarizədə birləşməlidirlər.Sammitin yekun sənədində də o məsələyə yer verildi ki, bölgənin təhlükəsizliyi üçün İrana qarşı birgə mübarizə aparılmalıdır.Bölgə dövlətləri arasında hərbi koalisiyanın qurulması da sənəddə öz əksini tapdı.Trampın səfərindən əvvəl Amerikada “Müsəlman NATO-su” məsələsi ətrafında geniş müzakirələr aparılırdı. Yəməndəki müharibənin ortaya çıxmasında əhəmiyyətli rol oynadığı iddia edilən şahzadə, müdafiə naziri Məhəmməd ibn Salman və regional müharibələrdə Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi müdafiə edən BƏƏ şahzadəsi, vəliəhd Məhəmməd ibn Zayed əl-Nəhyan Ağ Evdə olmuşdular. Hər iki şəxslə görüşdə müzakirələr İran ətrafında aparıldı.

Trilyonluq silah bazarı

İsrail və ABŞ belə bir koalisiyanın qurulmasında maraqlıdır.Hər iki ölkənin ortaq marağı İrandır. İsrail və Amerika “terrorizm” deyəndə ilk İranın adını çəkmələri və üstəgəl, koalisiyanın may ayında elan edilmiş konsepsiyasında İrana qarşı regional mübarizənin təşkil edilməsi məsələsinə yer verilməsi də buradan qaynaqlanır. Digər yandan, 41 müsəlman ölkəni özündə birləşdirən koalisiya üçün 3 milyonluq canlı qüvvə nəzərdə tutulub ki, bu da böyük həcmdə silah-sursat tələb edir və bu, həm də Amerikanın silah şirkətləri üçün böyük bazar deməkdir. Təkcə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında imzalanmış son silah anlaşmasının dəyəri 380 milyard dollardır.Koalisiyanı təşkil edən dövlətlərin böyük əksəriyyətinin neft zəngini olan ərəblər olduğunu nəzərə alsaq, ABŞ bu koalisiyanın silahlandırılmasından 1 trilyon dollardan çox gəlir əldə edə bilər.Hələlik nəzəri formada olan koalisiyanın heç bir silahının olmadığını nəzərə alsaq, İsrail və ABŞ-ın silah şirkətləri bu nəhəng bazarı böyük gəlirləri üçün heç bir ölkəyə güzəştə getməyəcək.Digər yandan da ABŞ Suriya və İraqda rəqiblərinin (Rusiya, İran və “Hizbullah”) sıxışdırılması planının icrasında sürət qazanacaq.

Cebhe.info


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}