Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 21-10-2017, 14:05

İnsan yaşadığı müddətdə qazandığı maddi nemətlərin əksəriyyəti dəyər vahidi kimi pula çevrilir. Numizmatika bu sahəni öyrənən maraqlı elm sahəsidir və onun 300 ilə yaxın yaşı var. Lakin digər sahələrə nisbətən gənc olmasına baxmayaraq, tarixin tətbiqi sahəsinə çevrilə bilib. İnsanın yaratdığı digər maddi-mədəniyyət qalıqları zamanın və təbiətin təsiri altında həmişə acınacaqlı şəkildə məhv olur. Amma sikkələr nə qədər məhv olub, itib-batsalar da, bir qismi salamat qalır və tarixin qaranlıq səhifələrinə işıq saçır.

Tanınmış numizmat, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva AZƏRTAC-a verdiyi müsahibədə bu barədə deyib:

- Artıq 2500 ildən çoxdur ki, insan həyatında pul əhəmiyyətli rol oynayır. Vaxtilə Lidiya dövlətində kəşf edilən ilk pullar ən vacib dəyər vahidi kimi indi də qalır.

Dünyada elə qədim xalqlar var ki, onların dövlətləri olsa da, özlərinə məxsus pulları olmayıb. Ölkəmizin ərazisində tapılan sikkələr isə göstərir ki, əcdadlarımız ən qədim zamanlardan pulun dəyərini başa düşüblər və ehtimal ki, elə həmin vaxtlardan da ondan düzgün istifadə etməyi öyrənməyə çalışıblar...

- Bu istiqamətdə hansı işlər aparılıb? Necə oldu ki, İçərişəhərdəki Çin məscidində numizmatika muzeyi yaradıldı?

- Ölkəmizdə numizmatikaya həsr olunan muzeyin, yaxud ekspozisiyanın olmaması bütün ziyalıları, xüsusilə, bu sahə ilə məşğul olan mütəxəssisləri həmişə narahat edirdi. Qonşu Gürcüstanda numizmatika ekspozisiyası yaradılsa da, müstəqil deyil, mərkəzi bankın nəzdində fəaliyyət göstərib. Əlbəttə ki, belə şəraitdə onun ziyarətçisi olmaq heç də hamıya müyəssər olmur.

Altı-yeddi il əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi qarşısında bu barədə qaldırdığımız təşəbbüs müsbət qarşılandı. Öz qapılarını seyrçilərin üzünə açan muzeyin yaranması həmin vaxta təsadüf edir.

Dövlət xəzinələri kiçik məscidlərdə gizlədilirdi

- Numizmatika muzeyi kimi niyə məhz Çin məscidi seçildi?

- Bizə İçərişəhərdə tarixi binalardan birini seçmək icazəsi verilmişdi. Məlum olduğu kimi, İçərişəhər Şirvanşahlar dövlətinin mərkəzlərindən biri, Çin məscidi isə müharibələr dövrü həmin dövlətin gizlin saxlanc yeri olub. Ümumiyyətlə, həmin dövrdə dövlət xəzinələri belə kiçik məscidlərdə gizlədilirdi, çünki dini kompleks olaraq məscidlərə, hətta işğalçılar da daxil olmur və orada hansısa saxlanc olduğu onların belə ağlına gəlmirdi. Bu səbəbdən də Şirvanşahlar sarayının aşağı həyətində yerləşən, cəmi bir otaqdan ibarət minarəsiz, məhəllə məscidi olan Çin məscidinə üstünlük verdik. Həmçinin, həmin tarixi məqamlarla yanaşı, müasir dövrdə onun gediş–gəliş yolunun üstündə olmağını da nəzərə aldıq.

Tariximizi yaşadan qədim sikkələr

- Ölkəmizin ərazisində tapılan ən qədim sikkə neçənci əsrə aiddir?

- Ötən əsrin axırlarında İçərişəhərin ərazisində Məhəmməd məscidi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı qədim sikkə aşkar edilib. Misdən hazırlanan, dünya numizmatika elmində "xalk" adlanan həmin nadir tapıntı eramızdan əvvəl V əsrdə Əhəməni imperatoru Kserksin dövründə zərb edilən ən qədim sikkə nümunəsidir. Hazırda qədim tariximizin bir parçası olan həmin sikkə muzeyin numizmatika ekspozisiyasında nümayiş olunur.

Üzərində "Azərbaycan" sözü olan ilk sikkələr isə ərəb işğalının ilk illərində, VII əsrdə Əməvilər dövründə zərb edilib. Həmin pullar ölkəmizin əksər bölgələrində tapılıb. Ərəblərdən sonra Azərbaycanda qısamüddətli də olsa, bütöv dövlət yaradan Sacilər qızıl və gümüş pullar zərb ediblər. Bunlar onu göstərir ki, hələ qədimdə Azərbaycanda mövcud olan şəhərlərdə zərbxanalar olub...

Əmir Teymur dövründə Azərbaycanda 36 zərbxana

- Azərbaycan ərazisində zərb edilən pullar hansı səciyyəvi elementlərinə görə fərqlənir?

- Pulların üzərində məxsusi elementlər var ki, Albaniya və Atropatena dövləti adından zərb olunub və eramızdan əvvəl III əsrdə Makedoniyalı İsgəndərin vaxtındakı pullara oxşayır. Bu, çox əhəmiyyətli faktdır və həmin sikkələrə başqa yerlərdə rast gəlmək mümkün deyil. Ərəblərdən sonra pulların üzərindəki bu özünəməxsusluğa XI əsrdə Səlcuqlar dövründə də rast gəlmək olar. Ornamentasiyada sırf oğuz türklərinə aid tamğa işarələri var. Sonrakı dönəmlərdə səlcuqların gəlişi ilə pullar üzərində atlı obrazı yaranıb. Türklər ona “akınçı”, biz isə “atlı” deyirik. Bundan başqa, Şirvanşahlar dövlətində pullar üzərindəki ikidişli və üçdişli silah növlərinin eskizləri sırf türklərə məxsus elementlərdir. Pul həmin faktları özündə əks etdirir. Yaxud, Əmir Teymurun zamanında Azərbaycanın 36 zərbxanasında hazırlanan pulların üzərində “Mənim sözüm”, “Mənim yarlığım” kimi ərəb əlifbası ilə yazılmış sözlər var. Bu, artıq bütün türkdilli xalqlara aid ortaq türk dilinin pullar üzərində tam şəkildə özünütəsdiqidir.

Ölkəmizə məxsus sikkələr dünya muzeylərində

- Dünya muzeylərində həmin pullara rast gəlinirmi?

- Onlara kifayət qədər, hətta bizdə olduğundan da çox rast gəlmək olar. Dərbənd, Termez, Sankt-Peterburq və Moskva muzeylərində ölkə zərbxanalarının məhsullarını araşdıraraq sikkələrin dünyada yayılması ilə əlaqədar xəritə tərtib etmişəm. Avrasiyanın demək olar hər yerində rast gəlinən həmin sikkələr xəritədə də öz əksini tapıb. Həmçinin Afrikanın şimal-şərqində, Misir ərazisində həmin pulların olması barədə məlumat da var. Azərbaycan antik dövrdən başlayaraq ticarət əlaqələrində dünya ölkələri arasında çox güclü rəqib olub. Ölkəmizə məxsus sikkələr dünya çapında da tanınıb. Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilərə aid sikkələrin 90 faizi Skandinaviya ölkələrinin muzeylərində saxlanılır. Bunun da başlıca səbəbi X əsrin əvvəllərində dünyada gümüş böhranının yaşanması və həmin pulların ticarət əlaqələrində şərqdən Avropa ölkələrinə kütləvi şəkildə daşınması idi.

“İşbazlar” həmişə olub

- Maraqlıdır, qədim dövrlərdə saxta pullar zərb edilibmi?

- Saxta pulların tarixi əsl pulların tarixi qədər qədimdir. “İşbazlar” həmişə olub və həmişə də onları ciddi cəza gözləyib, necə deyərlər, onların əli bu işdən soyumayıb... Görünür, pul və pul işinin həmişə çox cəlbedici və gəlirli olması faktı insanları bu işə vadar edir.

Azərbaycanda pul sistemi tarixində ilk saxta pul Parfiya dövləti zamanı II Mitritatın adından zərb olunub. Elm həmin pulun saxtalığını sübut edib və indi bunu müəyyən etmək o qədər də çətin deyil...

İsgəndərin dövrünə aid dəfinə yeni tarixi faktları ortaya çıxaracaq

- Son illər bu sahədə hansı yeniliklər var?

- Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu altı ildir ki, Şəmkirdə arxeoloji qazıntılar aparır və burada tapılan sikkələri araşdırmaqla məşğulam. İndiyə qədər Şəmkir şəhərinin VII əsrdə salınması barədə şübhələr var idi, lakin son illər arxeoloji qazıntılar zamanı tapılan pul nominalı şəhərin həmin dövrdə salınmasını sübut etdi.

Numizmatika ekspedisiyasını yaradarkən Hollandiya sikkələrinin Rusiyada zərb edilmiş nümunələrini əldə etdik. XVII əsrdə Hollandiya ilə Azərbaycan arasında güclü ticarət əlaqələri mövcud olub. Səfəvilər dövlətinin süqutuna yaxın pul çatışmazlığından xarici ölkələrin pulları, o cümlədən “çevron” adlanan qızıl pullardan istifadə olunsa da, bu, təsdiqini tapmamışdı. Bu yaxınlarda Ağsuda arxeoloji qazıntılar zamanı holland “çevron”larından ibarət böyük bir dəfinənin tapılması həmin pulların Rusiyada zərb edilərək ticarət əlaqələrində istifadə olunmasını təsdiqlədi.

Həmçinin bu yaxınlarda arxeoloqlar İmişlidə Makedoniyalı İsgəndərin dövrünə aid dəfinə tapıblar. Güman edirəm ki, həmin nümunələri araşdırarkən imperiyanın tərkibində olan ərazilərin ticarət əlaqələrinə dair yeni faktlar əldə etmək mümkün olacaq...


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031