Son xəbərlər:
ARB-nin yeni direktorunun adı bilindi                        Qohum dəfnində iştirak etmək üçün 23 min SMS göndərilib                        Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü                        Türkiyədə maska pulsuz paylanacaq, Atatürk hava limanında xəstəxana tikilir                        Çernobıl yanır, radiasiya ətrafa yayılır - VİDEO                        Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanıldı                        İtaliyada pandemiya qurbanlarının sayı 16,5 mini ötdü                        Çində karantin qadağaları azaldı, insanlar küçələrə axışdı - FOTO                        UEFA Çempionlar Liqasının qalibi müəyyənləşdi                        Dünya dövlətlərinin aldıqları qızılın miqdarı bəlli olub                        Yazıçısı Coan Roulinq koronavirusa yoluxub                        Ermənistanda 6 polis koronavirusa yoluxdu                        Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı sərtləşdirilən karantin rejiminə əməl etməyə çağırır                        Əfv olunanlar arasında ömürlük həbs edilən 2 nəfər var                        Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır                        Mart ayında Böyük Britaniyada avtomobil satışları 44 faiz azalıb                        Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah                        İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi                        "Əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir"                        İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçildi                        Koronavirusun yaranma versiyası açıqlandı - “Məqsədli şəkildə sızdırılıb”                        Vidadi Zeynalov əfv edildi                        Pensiya, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri dəyişdirilib                        Akif Çovdarov əfv edildi                        İlham Əliyev əfv sərəncamı imzaladı                        Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırıldı                        Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı                        Bir gün oyanacağıq ki, Qarabağ Azərbaycandadır - Akopyan                        Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI - VİDEO                        Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi-YENİLƏNİB                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
06-apr-2020 / ( 17:40 )
 
 
06-apr-2020 / ( 17:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
06-apr-2020 / ( 14:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 20-10-2017, 10:31

Qərb ölkələrində hər hansı bir xarici ölkənin nümayəndəsinə qarşı iddia irəli sürülərkən, bu iddianı hökumət orqanları sübuta yetirir. Yəni həmin şəxsin öz günahsızlığını sübuta yetirmək üçün müxtəlif əşyayi-dəlillər gətirməsinə ehtiyac yoxdur. Bu, hakimiyyət orqanlarının işidir. Mətin Topuz barədə də ABŞ prosesin bu şəkildə aparılmasını istəyir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Türkiyə və ABŞ arasında viza böhranının həll edilməsi üçün aparılan danışıqlar zamanı ABŞ-ın irəli sürdüyü 4 şərtə aydınlıq gətirərkən deyib. O bildirib ki, ABŞ-ın İstanbuldakı Konsulluğunun işçisi Mətin Topuzun “Gülən işi” istintaqı çərçivəsində Türkiyə hakimiyyət orqanları tərəfindən həbsi iki dövlət arasında ciddi problemlərin yaranmasına səbəb olub:

“Hətta ABŞ və Türkiyə qarşılıqlı şəkildə vizaların verilməsini dayandırıb. Türkiyə tərəfi hesab edir ki, Topuz FETÖ-çudur və 15 iyul hadisələrində iştirak edən və onu yönləndirən şəxslərdən biri olub. Bunlar çox ağır iddialardır. Çünki Topuz uzun müddətdir ki, ABŞ-ın Baş Konsulluğunda işləyir. ABŞ-ın tələbi onunla bağlı olan iddialar sübut edilərkən istintaq prosesinin şəffaf aparılmasıdır. Topuzla bağlı aparılan istintaq proseslərində konsulluğun və yaxud ABŞ-ın xüsusi seçəcəyi nümayəndənin də iştirak etməsini tələb etməsi normaldır. ABŞ-ın qorxduğu ən ciddi təhlükə isə Topuza qarşı işgəncə və ya hər hansı fiziki güc tətbiq edilməsi və ona qarşı psixoloji təzyiqlərlə bağlıdır. Onun təkadamlıq kamerada saxlanılması və psixoloji cəhətdən ona müxtəlif üsullarla təzyiq göstərilməsi barədə Amerika mətbuatı məlumatlar yayır”.

Politoloq qeyd edib ki, Topuz barədə ABŞ prosesin iki ölkənin hakimiyyət orqanları tərəfindən həll edilməsini istəyir:

“Əgər Topuzun agent olması və ABŞ-a işləməsi barədə, xüsusilə 15 iyul hadisələri dövründə FETÖ qüvvələrinə qarışması ilə bağlı ortaya təkzibedilməz sübutlar qoyularsa, ABŞ əlbəttə öz iddialarını geriyə götürə bilər. Ancaq sadəcə bir ittihamla insanı həbs etmək və onunla bağlı məhkəmə hökmü vermək olmaz. Fikrimcə, qardaş ölkə ABŞ-ın tələblərini qəbul etməlidir. Türkiyənin əlində lazım olan qədər faktlar varsa, bunu ABŞ-dan və dünyadan gizlətməyə ehtiyac yoxdur, əksinə, bu faktları göstərməklə, qarşı tərəfi ifşa etmək olar. Bütün bunlar onu göstərir ki, məhkəmə istintaqı və prokurorluqda aparılan araşdırmalar tək Türkiyə hakimiyyət orqanlarının deyil, eyni zamanda ABŞ-ın da göndərdiyi müşahidəçi şəxslərin iştirakı ilə həyata keçirilməlidir. Belə olduqda iki ölkə arasında olan bu tipli gərginliklər yaşanmaz. Sübut edilmiş məsələlər tezliklə hökm qüvvəsi ala bilər”.

Qeyd edək ki, ABŞ nümayəndə heyəti Türkiyə ilə viza probleminin həlli üçün 4 şərt irəli sürüb. ABŞ-ın Ankara qarşısında qoyduğu ilk şərt həbs olunan konsulluq əməkdaşı Mətin Topuzla bağlı sübutların Vaşinqtona təqdim edilməsidir. Rəsmi Vaşinqton Ankaradan həmçinin təmasların ABŞ-ın istəyi ilə olub-olmamasının öyrənilməsini, rəsmi Vaşinqtonun tapşırığı ilə qurulan təmaslara görə işçinin həbs edilməməsini və işçilərə dair istintaq aparılarkən ABŞ tərəfinə məlumat verilməsini tələb edib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}