Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 18-10-2017, 23:25
Tahir Gözəl: "Əminəm ki, bütün dünya bu oyunu alqışlayacaq"
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Bakıda İspaniya "Atletiko"su ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Klub rəsmisi əvvəlcə oyun barədə danışıb...
- Hamımız şahidi olduq və "Qarabağ" bir daha sübut etdi ki, dünyanın, Avropanın ən nəhəng klubları ilə yaxşı mübarizə aparan, onları müdafiə olunmağa məcbur edən, güclü əks-hücumlara çıxan komandadır. Bu komanda Azərbaycanı, Qarabağı doğrudan da layiqincə təmsil etdi. Bu, xalqımızın, Azərbaycanımızın, cənab prezidentimizin gücüdür. Əminəm ki, bütün dünya bu oyunu alqışlayacaq. Belə gözəl oyun mübasibətilə klubumuzu, xalqımızı və cənab prezidentimizi təbrik edirəm. Doğrudan da buradan qürurla ayrılırıq. Kaş qələbə olaydı...Çoxlu fürsətlər oldu, amma alınmadı.

Nəticəyə görə təəssüfləndiniz?

- Əlbəttə, çox təəssüfləndim. Bir neçə epizodumuz var idi. Deməzdim ki, Dino Ndlovunun epizodunda 100 faizlik penalti var idi. Amma baş hakimə baxır. Penalti verə bilərdi, vermədi. Qırmızı vərəqəyə görə narahat oldum. "Atletiko"ya qarşı 18 dəqiqə 10 nəfərlə, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən bu gün "Qarabağ"ı mənəvi cəhətdən qalib sayıram.

Bu oyunla "Qarabağ"ın qrup 3-cüsü kimi Avropa Liqasının 1/16 finalına vəsiqə şansı qalır?

- Futbolda şans amili də var. Hesab edirəm ki, "Qarabağ"ın şansı hələ də qalır. Buradakı oyunu Madriddə də sərgiləsək, orada da ilk dəqiqələrdən pressinq etsək, buradakı özünəinamı ora da daşısaq və uğurlu nəticə göstərsək, inanıram ki, qrupdan çıxma şansımızı qoruyacağıq. Baxmayaraq ki, biz nəhəng klublarla üz-üzəyik. Amma çox çətindir. Etiraf etməliyik ki, biz ən ağır qrupa düşmüşük. Bunun adı "ölüm qrupu"dur. Amma artıq ilk xal var. Daha bir oyundan nəticə ilə ayrılsaq, hesab edirəm ki, şansımız olacaq. Bəli, bu gün biz iddialıyıq!

Ndlovu qırmızı vərəqə aldığı üçün Madriddə oynamayacaq. Onun yoxluğu hiss olunacaqmı?

- Bu, artıq texniki məsələdir və Qurban Qurbanova aiddir. Bəli, Ndlovunun yoxluğu bizim üçün itkidir. Amma vəziyyətə baxacağıq.

"Atletiko"nu digər rəqiblərlə müqayisədə "Qarabağ" üçün ən uyğun rəqib sayırsınız?

- "Atletiko" əks-hücumları ilə tanınan, tez refleks verən bir klubdur. Amma bütün rəqiblərimiz çox çətin, dünya səviyyəlidirlər. Bu yaxınlarda "Barselona" ilə heç-heçə etmiş komandaya qarşı çıxış etmişdilər. Əhval-ruhiyyədən də çox şey asılıdır. Hesab edirəm ki, "Qarabağ" bütün imkanlarını, gücünü ortaya qoymalıdır. Belə etsək, şansımız da olacaq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}