Son xəbərlər:
Kamil Zeynallı azadlığa buraxıldı - Video                        Metropolitendə bayram konsertləri 3 gün davam edib                        Bakı Nəqliyyat Agentliyi: “BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb                        Novruz şənlikləri zamanı GÜCLÜ PARTLAYIŞ: ölü və yaralılar var                        Baxtadze azərbaycanlılarla Novruz şənliyində                        Sabah hava necə olacaq? - Proqnoz                        “Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”                        Azərbaycana yaz gəldi…                        Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib                        Prezident problemli kreditlərdən DANIŞDI: Fərmanın dünyada bənzəri yoxdur                        Naxçıvanqalada Novruz bayramı münasibətilə ümumxalq şənlikləri davam edir                        Xınalıq yolunda avtomobillər qar uçqunu altında qaldı                        "Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib                        ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfvini alqışladı                        ABŞ səfirinin ölkədən qovulması tələb edildi: "Bizim də səbrimizin hüdudları var”                        Kredit faizlərinə limit qoyulacaq                        Elm dünyasının son kəşfi: Xəstəliklər qoxu ilə müalicə olunacaq...                        Zurabişvili azərbaycanlı deputatla yumurta döyüşdürdü - FOTO                        Yaponiyalı alimlər Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər                        Yaponiya Olimpiya Komitəsinin prezidenti iyunda vəzifəsini tərk edəcəyini elan edib                        Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska məktub göndərib                        Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib                        Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb                        Prezidentin Mətbuat Xidmətinin məlumatı                        Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki                        Dünyanın ən bahalı şəhərlərinin adları açıqlandı                        Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib                        Əli İnsanovun azadlığa çıxması və Qərbi azərbaycanlılar məsələsi - Adıgözəl Məmmədov ŞƏRH EDİR                        Tokayevdən unikal təklif: Paytaxta Nursultan adı verilsin                        Emil Balayev: "Xorvatiyalı futbolçuların bizimlə oyuna necə köklənəcəkləri özümə də maraqlıdır"                       
Xəbər lenti
 
 
 
 
 
21-mar-2019 / ( 15:13 )
 
 
21-mar-2019 / ( 13:11 )
 
 
 
 
 
 
 
 
20-mar-2019 / ( 21:22 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
16-mar-2019 / ( 13:22 )
 
 
 
 
 
 
 
Tarix: 18-10-2017, 17:02

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.

Bu barədə Movqe.az-a eksklüziv olaraq sahibkarlar özləri məlumat verib. Məlumata görə, "Azərsu" ASC onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir”.

Movqe.az xəbəri dəqiqləşdirmək üçün "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Anar Cəbrayıllı faktı təsdiqləyərək onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: " "Azərsu" ASC-ə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, “Azərsu” ASC-nin kanalizasiya lüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu" ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb”.

Anar Cəbrayıllı bildirib ki, bu sahibkarların narazılığına səbəb olsa da, “Azərsu” ASC qanuna müvafiq addım atıb: “Həmin kommersiya obyektləri dövlətin streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi. Hardakı qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər bizim işimizi çətinləşdirir, o kommersiya obyektlərinin sökülməsi üçün iddia qaldırılıb”.

O ki qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, “Azərsu” rəsmisi bunu belə şərh edib: “Biz məhkənə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq. Streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar