Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 11-10-2017, 14:22
Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu tərəfindən statistik məlumatlar əsasında Azərbaycanın demoqrafik (uzunömürlülük) xəritəsi hazırlanıb.

İnstitutun direktoru Ulduz Həşimova APA-ya açıqlamasında bildirib ki, bu yaxınlarda yeni xəritə ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı Azərbaycanın müəyyən bölgələrində uzunömürlülük populyasiyasının, fenomeninin doğrudan da mövcud olmasına dair maraqlı faktlar aşkarlanıb. U.Həşimova qeyd edib ki, ölkədə uzunömürlülərlə bağlı belə tədqiqatlar ilk dəfə 1979-cu ildə aparılıb, ondan sonra belə tədqiqat olmayıb: “Keçmiş SSRİ Elmlər Akademiyası tərəfindən uzunömürlü insanların yaşadığı regionlar öyrənilmişdi. Bizim bu gün apardığımız tədqiqatlar əvvəllər alınan nəticələri bir daha təsdiqləyir. Yəni, müəyyən regionlarda uzunömürlülük fenomeni tarixən müşahidə olunur”.

U.Həşimova vurğulayıb ki, Azərbaycanın bəzi rayonlarında başqa regionlara nisbətən əhalinin orta ömür müddəti daha yüksəkdir. Onun sözlərinə görə, belə regionlar arasında xüsusilə dağlıq zonalar üstünlük təşkil edir: “Uzunömürlüyün ən yüksək göstəriciləri Dağlıq Qarabağın ən yüksək dağlıq ərazisi olan Şuşa, Xocavənd, aran zonalarından Ağdam rayonunda müşahidə olunub. Həmin regionlardan olan insanlar müharibə stressini yaşasalar da, onların təbii potensialları bu gün məskunlaşdıqları ərazilərdə uzunömürlü həyat sürmələrinə şərait yaradır. Uzunömürlülüklə bağlı nisbətən aşağı göstəricilər cənub zonası, Azərbaycanın şimal-qərb bölgəsi, İsmayıllı rayonu ərazisi ilə bağlı qeydə alınıb. Sadalanan bölgələrdə insanlar kütləvi şəkildə 90 və ondan yuxarı yaşlara çatırlar. Belə insanlar aktiv həyat sürür, düzgün qidalanır və genetik potensial onların bu yaşa rahat çatmasına imkan yaradır”.

İnstitut direktoru əlavə edib ki, uzunömürlülüklə bağlı ən aşağı göstəricilər Abşeron ərazisində qeydə alınıb. U.Həşimovanın sözlərinə görə, bunun səbəbləri arasında ətraf mühitin çirklənməsi, qida rejimi, stress vəziyyətləri və digər amillər var.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031