Son xəbərlər:
Vasif efirlərdən gileyləndi: "Bayağı müğənniləri çağırırsız"                        Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə görüşüb                        Zamirə Hacıyeva məsələsi parlamentdə səsləndirildi                        Gürcüstanın Azərbaycana borcu açıqlandı                        500-ə yaxın məhkum elektron qolbaq daşıyır                        Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi                        “Əlimi üzünə çəkmək istədim, qoymadılar” - Ötən il ölən alpinistin anası - VİDEO                        Kartof yükünün içərisindən külli miqdarda pirotexniki vasitə aşkarlandı                        Narkomaniyaya qarşı mübarizəyə cəmiyyətin bütün təbəqələri cəlb olunmalıdır                        Camal Xaşoginin qətli ilə bağlı yeni telefon danışığı üzə çıxdı                        Vəkili Cahangir Hacıyevlə görüşdü - Sabiq bankir arvadına görə narahatdır                        Əfəndiyevdən Floraya növbəti cavab: "Görünən dağa bələdçi lazım deyil"                        ACEAN ölkələrinin liderləri regional təhlükəsizlik və azad ticarət zonasının yaradılmasını müzakirə edəcəklər                        “Bank of Baku”ya borcu olan Qarabağ qazisi böyrəyini satışa çıxarmaq istəyir - Ölkə rəhbərliyinə şikayət                        "İnterpol"un axtardığı azərbaycanlı Türkiyədə tutuldu: Bakıya gətirildi - FOTO                        Lukaşenkonun Bakı ilə KTMT müzakirəsi İrəvanı hürkütdü                        Ədliyyə Nazirliyi rəhbərlərinə qarşı şantaj əməliyyatı                        Ziyad Səmədzadə: “Banklar faiz dərəcələrini azaltmalıdır“                        Ukraynanın hərbi silah bazası yaxınlığında daha bir təhlükə qeydə alınıb                        İranın vitse-spikeri: Xəzər dənizinin resursları region xalqlarının mənafeyinə xidmət etməlidir                        Sabah respublikanın bəzi bölgələrində yağış yağacaq                        Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq                        Ermənistanda dəmiryolçular tətil elan ediblər                        IX “START”da “Üç üz” filminin Azərbaycan premyerası olacaq                        Bakıda “Volkswagen”lə qadını vurub qaçan sürücü ələ keçdi                        Aramsız yağışların törətdiyi fəsadlar aradan qaldırılır                        Fahriye Evcen uşağına görə telefondan imtina etdi                        Makronun çıxışına Trampdan reaksiya                        Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında                        Vahid Ələkbərov: “Lukoyl” sanksiyalar aradan qaldırılmayanadək İranla müqavilə imzalamayacaq"                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11-noy-2018 / ( 18:28 )
 
 
 
 
11-noy-2018 / ( 17:31 )
 
 
 
 
 
 
 
 
 
11-noy-2018 / ( 15:17 )
 
 
 
 
 
 
Tarix: 10-10-2017, 21:50

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postuna seçki yürüşündən çıxmağı qərara alıb. O, bununla əlaqədar mətbuata bəyanat verib. Bəyanatda deyilir:

“Mən ölkəmiz tərəfindən YUNESKO-nun baş direktoru postuna namizəd irəli sürülməyindən qürur duyuram, hökumətə və şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mənə göstərilən yüksək etimada və dəstəyə görə minnətdaram.

Seçkilərə qədər olan çox qısa vaxt ərzində biz intensiv seçkiqabağı kampaniya təşkil etdik. Bu çətin işdə mənə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm.

YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər təşkil edildi, onlarca görüşlər, çıxışlar və təqdimatlar keçirildi, beynəlxalq nəşrlərdə məqalələr dərc olundu, burada Azərbaycan Respublikasının namizədinin YUNESKO-nun gündəliyi və təşkilatın gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, böyük diqqət və dəstəklə qarşılanan məsələlər üzrə mövqeyi işıqlandırıldı.

Seçkiqabağı kampaniyanın gedişində YUNESKO-nun İcraiyyə Komitəsinin bir çox üzvləri tərəfindən ifadə edilən dəstək bizim uğur qazanmağa ümid bağlamağımıza əsas verdi.

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda yüksəkrəqabətli mübarizədə Azərbaycanla yanaşı, Çin, Fransa, Misir kimi böyük dövlətlər, ümumilikdə 8 dövlət, o cümlədən BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü iştirak edib. Çox təəssüflər olsun ki, biz seçkiqabağı kampaniyanın uğurunu inkişaf etdirə və lazimi miqdarda səs toplamağa nail ola bilmədik.

Ona görə də mən seçki yürüşündən çıxmağı təəssüflə qərara aldım, lakin bunu borcumu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı olan bütün mümkün və zəruri olan hər şeyi etmişəm.

YUNESKO bütün dünyanın əsas humanitar təşkilatı olaraq, bütün qitələrin bütün ölkələrində təhsilin, elmin, mədəniyyətin və kommunikasiyaların inkişafında böyük rol oynayır. Bu nüfuzlu təşkilatın rəhbəri vəzifəsinə irəli sürülməsi faktının özü istənilən insanın həyatında böyük nailiyyətdir. Onunla qürur duymaq olar ki, postsovet tarixində bu yüksək vəzifəyə irəli sürülən və seçimdən keçən ilk yaradıcı insanam.

Düşünürəm ki, bu hadisə gənc Azərbaycan diplomatiyası üçün böyük məktəbdir. Bu yolda məni dəstəkləyən hər kəsə səmimi qəlbdən bir daha minnətdarlığımı bildirmək istəyirəm”.

Qafqazinform.az


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930