Son xəbərlər:
Rəsulzadənin nəvəsi: "Atam babamın dəfninə getmədi..."- VİDEO                        Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar                        Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib                        "28 may mənə ona görə əzizdir ki, atam onda Azərbaycanın bayrağını Qız qalasında qaldırıb"                        “Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel                        Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib                        “Boeing” “737 MAX” təyyarələrinin istehsalına yenidən başlayıb                        Birjalarda neftin qiyməti                        Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib                        Türkiyə ordusunun hərbçisi Suriyada həlak olub                        Çarter reyslə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib                        Litvada koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb                        Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb                        Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib                        Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı                        Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib                        "Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."                        Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək                        Azərbaycanda indiyədək 280 mindən çox koronavirus testi aparılıb                        Xalq artistinin İnstaqram hesabı təsdiqləndi - FOTO                        Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib                        Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir                        İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib                        Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib                        “Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova                        Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər sağalıb                        Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum olub                        “Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova                        Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu                        Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
28-may-2020 / ( 10:17 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-may-2020 / ( 20:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 10-10-2017, 10:06

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində müşahidə etmək üçün oktyabrın 10-dan bu ölkəyə səfər edir.

Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bu il avqustun 9-da ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurts Azay Quliyevin Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etməsi üçün onu ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi vəzifəsinə təyin edib. Azay Quliyev Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək. O, səsvermə gününədək Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq. Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Oktyabrın 16-da Azay Quliyev seçkilərin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq.

Səfər oktyabrın 17-si yekunlaşacaq.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}