Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 3-10-2017, 14:35
Qüdrət Həsənquliyev: “Las-Veqasda ölənlər siyasi korrupsiyanın qurbanlarıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Las-Veqas şəhərində, “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddokun izdihama atəş açması nəticəsində çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan qətliama münasibət bildirib.

APA-nın xəbərinə görə, Q. Həsənquliyev partiyanın mətbuat xidmətinə bildirib ki, bu faciənin ciddi səbəbləri var.

İlk növbədə faciə qurbanlarının yaxınlarına başsağlığı verən, yaralılara şəfa diləyən BAXCP sədri qeyd edib ki, geniş anlamda Las Veqasda baş verən faciədə ölən və yaralanan dinc insanlar Amerikadakı siyasi korrupsiyanın qurbanlarıdır: “Bu faciə hansısa bir psixopatın törətdiyi qətliam deyil. Artıq uzun illərdir ki, ABŞ-da silah satışına məhdudiyyətlər qoyulması ilə bağlı müzakirələr gedir. 1975-ci ildən bu proses daha geniş vüsət alıb. Artıq ABŞ-da hər kəs başa düşür ki, silah satışına dövlətin ciddi nəzarəti olmalıdır. Yəni müəyyənləşdirilməlidir ki, silah kimlərə satıla bilər, silah alan adamın keçmişi və hazırki psixoloji durumu necədir və s. Lakin ictimai etirazlara baxmayaraq silah satışında mövcud olan xaosun qarşısı alınmır. Bu səbəbdən baş verən faciələrin miqyası isə kifayət qədər genişdir. Bununla bağlı son statistikaya nəzər saldım. Təkcə bu ilin 9 ayı ərzində ABŞ-da 8673 nəfər odlu silahla qətlə yetirilib. 2014-cü ildə bu rəqəm 8124 olub. Yəni hər il bu rəqəm daha da artır. ABŞ mətbuatında bununla bağlı müqayisələrin aparıldığı bir yazıya rast gəldim. Avropada 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı hər milyon nəfərə orta hesabla 1-2 nəfər təşkil edir. Bəzi inkişaf etmiş qərb ölkələrində, məsələn Kanada, Portuqaliya və Yunanıstanda bu rəqəm maksimum 4-5 nəfərə çatır. Məsələn, götürək elə bizim ölkəmizi. Şübhəsiz ki, biz hələ Avropa ölkələri kimi inkişaf etmiş ölkə deyilik. Əslində Azərbaycanda bu rəqəm artıq da ola bilər. Amma bizim ölkədə 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı orta Avropa göstəricilərindən də aşağıdır. Amma ABŞ-da bu göstərici 1 il ərzində hər milyon nəfərə haradasa 31 nəfər təşkil edir. Təsəvvür edirsiniz bu nə deməkdir? ABŞ-da bu göstərici Avropada və bizim ölkəmizdə olduğundan 16 dəfə yüksəkdir. Bu da şübhəsiz ki, ABŞ-da sadə vətəndaşları, vicdanlı insanları ciddi narahat edir. Təbii ki, belə olduğu halda oluna bilər ki, o zaman nədən ABŞ-da silah satışının məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunmur? Mən elə buna görə də fikrimi Las-Veqasdakı qətliamın qurbanlarının əslində siyasi korrupsiyanın qurbanları olduğunu deməklə başladım. Nəzərinizə çatdırım ki, Amerikada 1871-ci ildə Milli Tüfəng Assosiasiyası (National Rifle Association - NRA) yaradılıb. Hazırda bu Assosiasiyanın 5 milyona yaxın üzvü var. Assosiasiyanın rəhbərliyi də əsasən Respublikaçılar Partiyasının təmsilçilərindən təşkil olunub. Bir faktı xatırladım ki, Donald Trampın ABŞ prezidenti seçilməsində bu assosiasiyanın müstəsna xidmətləri olub. Yəni Trampa verdikləri dəstək baxımından. Dünyada istehsal olunan ikinci elə bir məhsul yoxdur ki, onun satışından 2 min faiz, yəni maya dəyərindən 20 dəfə artıq gəlir götürülsün. Misal üçün deyirəm: 5 dollara başa gələn silah 100 dollara satılır. Bu səbəbdən də dünyada silah satışı ən gəlirli sahə hesab olunur”.

Q. Həsənquliyev qətliam qurbanlarının siyasi korrupsiyanın qurbanı olduqlarını faktlarla əsaslandırıb: “ABŞ-da bu istiqamətdə aparılan bütün araşdırmalara görə, Respublikaçılar partiyasının 88 faizinin, demokratların isə 11 faizinin karyera qazanmasında bu assosiasiyanın müstəsna xidmətləri var. Yenə də araşdırmalara görə, respublikaçıların 47 faizi Milli Tüfəng Assosiasiyasının onların seçki kampaniyasına verdiyi dəstəkdən başqa, yəni əlavə olaraq bu assosiasiyadan pul alırlar. Təsəvvür edin ki, Barak Obama prezidentliyinin 8 ili ərzində nə qədər cəhd etdisə silah satışına məhdudiyyətlərin qoyulması ilə bağlı qanunun qəbuluna nail ola bilmədi. Milli Tüfəng Assosiasiyası və bu assosiasiyanın korrupsiya yolu ilə ələ aldığı konqresmenlər buna imkan vermədi. Görürsünüz ki, az qala hər gün ABŞ-da ya valideynlərindən, ya müəllimindən, ya da məktəbdə sinif yoldaşından narazı qalan, evdə ailəsi, yaxud işdə müdiri ilə dalaşan hər hansı bir şəxs odlu silahla kütləvi qətllər törədir. Həm də bu qətlləri məktəblərdə, universitetlərdə, insanların kütləvi toplaşdığı yerlərdə həyata keçirir ki, cəmiyyətə daha böyük stress yaşatsın. Heç bir səbəb olmadan uşaqları, günahsız insanları güllələyirlər. Və bütün bunlara baxmayaraq ABŞ-da silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanun qəbul olunmur. Baxın, dünyaya korrupsiyaya qarşı mübarizə haqqında dərs keçməyə çalışan həmin o konqresmenlər özləri bilə-bilə ki, qanunun qəbul edilməməsi səbəbindən ABŞ vətəndaşı olan günahsız insanlar, uşaqlar qətlə yetirilirlər, amma yenə də bu addımı atmırlar. ABŞ Konstitusiyasına 2 saylı əlavəyə istinad edirlər ki, vətəndaşların silah saxlamaq hüququ var. Şübhəsiz ki, Konstitusiyaya 2 saylı əlavə korporativ maraqları ört-basdır etmək üçün bəhanədən başqa bir şey deyil. Səbəb isə odur ki, silah istehsalı və satışı ilə məşğul olan qurumlar bundan nəhəng gəlirlər əldə edirlər. Bu gəlirlərin də bir hissəsi korrupsiyaya bulaşmış həmin o konqresmenlərə çatır. Bu baxımdan, birmənalı şəkildə qeyd etmək olar ki, ABŞ-da baş verən son faciə də siyasi korrupsiyanın qanlı nəticəsidir. 1975-ci ildən bu yana silah satışına məhdudiyyət qoyulması ilə bağlı yeni qanunların qəbulu üçün bəlkə də 10 dəfə müxtəlif təşəbbüslər olub, amma hər dəfə bu təşəbbüslərin qarşısını Milli Tüfəng Assosiasiyası və bu assosiasiyaya lobbiçilik edən konqresmenlər alıb. Xatırladım ki, həmin Assosiasiyanın tərkibində adı hər şeyi ifadə edən “Siyasi Qələbə Fondu” da yaradılıb. Yəni siyasi qələbə qazanmaq üçün fond... Bu fondun vasitəsi və digər yollarla silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanunun qəbul edilməsinin qarşısı alınır. Bu isə dünyanın lider dövləti, özünü demokratik bir ölkə hesab edən ABŞ üçün utancverici bir faktdır. Hesab edirəm ki, onlar başqa ölkələri korrupsiyada ittiham edəndə bir az düşünməli və xəcalət çəkməlidirlər”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}