Son xəbərlər:
Bayram günləri işə çağırılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA                        Kəmaləddin Heydərov: Yanğın artıq məhdudlaşdırılır, alovun qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb                        Bakının Nizami rayonu ərazisindəki yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub                        Qiyamət günü yalnız bu MƏKAN "DAĞILMAYACAQ" - FOTOLAR                        Yardımlı qara büründü - Möhtəşəm GÖRÜNTÜLƏR - FOTO                        Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər                        Türkiyə Moldovanı darmadağın etdi                        Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO                        Dünya çempionumuzun qardaşı yol qəzasında öldü - Video                        Heydər Əliyev: Hansısa bir terrorçu gülləsi... - Video                        Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq                        Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video                        Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var                        Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq                        Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub                        Ana doğuş zamanı öldü: Yaxınları xəstəxanaya hücum çəkdi                        Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub                        Kikboksçumuz Almaniyada qələbə qazanıb                        Tarkana 5 milyon təklif olundu - 8 aylıq...                        Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı                        Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO                        “Idai” qasırğası nəticəsində ölənlərin sayı 700-ü keçib                        Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür                        Azərbaycan döyüşçüsü nüfuzlu “M-1 Challenge 101” turnirində çıxış edəcək                        Tarkana 5 milyon təklif olundu                        Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb                        Necati Şaşmaz: "Hər zaman keşikdəyik"                        O dünyadan qayıdan 9 adam - FOTOLAR                        Pakistan-Hindistan gərginliyi: Sərhədə raketlər yerləşdirildi                        Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-mar-2019 / ( 22:19 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 2-10-2017, 10:33

Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, o cümlədən tanınmış jurnalistlər və media təmsilçiləri, eyni zamanda ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub.

BAMF-ın mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel döyüşləri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərlə tanış olublar. Kənddə yeni tikilən və yeni tədris ilində istifadəyə verilən məktəbin önündə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, MŞ-nin sədr müavini Umud Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Cocuq Mərcanlının ölkə başçısının müvafiq sərəncamları ilə ən qısa zamanda yüksək səviyyədə yaşayış məntəqəsinə çevrildiyini bildirən U.Mirzəyev arzu edib ki, ən qısa vaxtda Prezident tərəfindən oxşar sərəncamlar işğal altında olan digər bölgələrimiz, o cümlədən onun doğulub boya-başa çatdığı, bir hissəsi hələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barəsində də verilsin.

Milli Məclisin deputatı, MŞ-nin sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra öz normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınan yaşayış massivi, infrastrukturun həm də Qarabağa qayıdışın bir əlaməti olduğunu qeyd edib. Kənd sakinlərinə müjdə verən MŞ-nin sədri yaxın gələcəkdə Şuranın Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiklərini bildirib: “Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun”.

Milli Məclisin deputatı Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib: “O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar”.

BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirib. Qeyd edib ki, bu məktəbdə oxumaq, bu kənddə yaşamaq qədər fədakarlıq nümunəsidir.

Məktəblilər qarşısında çıxış edən BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin redaktor müavini İsmayıl Hacıyev, “Region+” jurnalının baş redaktoru Namiq Mayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvləri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırıblar.

Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti təhsil ocağına bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olunub.

Səfər zamanı nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini də ziyarət edərək burada erməni təcavüzkarları tərəfindən xarabalığa çevrilmiş ərazilərə, o cümlədən kəndin qəbiristanlığına baş çəkdilər. Təəssüf ki, bu qəbiristanlıqda çoxlu sayda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən tanınmaz hala salınıb və qəbirüstü baş daşları güllələnib. BAMF sədrinin ötən il dünyasını dəyişən atası da məhz bu kəndin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Səfər çərçivəsində nümayəndə heyəti, eyni zamanda, Füzuli və Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissələri ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbçilərimizlə görüşüb, onlarla birgə nahar edib və fikir mübadiləsi aparıblar.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031