Son xəbərlər:
Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                        Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər                        İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb                        Məşhur bank müdiri koronavirusdan öldü - İşçilər karantinə alındı...                        “Türkiyə Suriya ilə genişmiqyaslı müharibəyə başlasa, Rusiya PKK-ya dəstək verəcək”                        Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib                        İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb                        Operativ Qərargah: martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək                        2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        “Barselona” klubu işçilərinin iş saatı və maaşlarının azaldılmasını açıqlayıb                        "Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."                        Hava şəraiti dəyişəcək                        Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq                        İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü                        ABŞ koronavirusa yoluxanların sayına görə bütün dünyanı geridə qoydu                        AFFA futbol hakimləri üçün onlayn dərslərə start verib                        Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb                        Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub                        Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib                        Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib                        Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir                        Rusiyada yeni koronavirus infeksiyasına yoluxanların sayı min nəfəri ötüb                        Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb                        Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər                        Haftar ordusu hücuma keçdi: Türkiyənin müttəfiqindən ağır zərbə                        Cəlilabadda aptek müdiri saxlanıldı                        Koronavirusdan ölənlərin sayı 10 000-i ötdü                        YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək                        DİN karantindən qaçan həkimlə bağlı məlumat yaydı                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
20-mar-2020 / ( 13:24 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
19-mar-2020 / ( 21:53 )
 
 
 
Tarix: 22-09-2017, 21:27

ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanununun müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri David Valadao, Frank Pallone və Tulsi Qabbardın adları arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Onun sözlərinə görə, bu qanunsuz səfərlə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri beynəlxalq hüququn norma və prinsiplərini, Helsinki Yekun Aktını pozaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizlənməsinə, aqressiv separatizmə bəraət qazandırır və dəstək vermiş olurlar: "Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar. Onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir".

H.Hacıyev deyib ki, bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika erməni milli komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər: "Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır. Həmçinin, mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresinin nümayəndələr palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq".


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}