Son xəbərlər:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO                        Gizli xəstəlikləri ifşa edən qidalar                        Güclü külək əsəcək, yağış yağacaq - SABAHIN HAVA PROQNOZU                        "Həmin radikallar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi..."                        Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz                        “Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib                        "Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."                        Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi                        "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb                        Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər                        Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb                        Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub                        Avqustun 2-si Azərbaycan Kinosu Günüdür                        Könül Nurullayeva: Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı                        Ermənistanın təxribatı tam fiaskoya uğradı - Hikmət Hacıyev                        Susuzluğu ən yaxşı yatıran içkilər məlum oldu                        İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək                        Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib                        ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb                        Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı                        Ukraynada koronavirusa yoluxanların sayı 71 mini, ölənlər isə 1700-ü ötüb                        Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı                        Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib                        Dövlət vəsaiti hesabına malları satınalan təşkilatlara müraciət edilib                        Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb                        AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir                        Paulo Dibala İtaliyada ötən ayının ən yaxşı futbolçusu seçilib                        İyulun 29-da və 30-da keçirilən imtahanların nəticələri elan olunub                        Zurabişvili ölkə müsəlmanlarını təbrik etdi                        Hərbi təyyarələr yanacaq bazarını vurdu                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 1-08-2020, 01:35
Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır“Politnavigator” saytında Aleksandr Rostovtsevin “Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır” sərlövhəli məqaləsi dərc edilib.Qafqazinform.az həmin məqaləni ixtisarla təqdim edir.

İyulun 18-də rusiyalı jurnalist Marqarita Simonyan öz “Telegram-kanal”ında Paşinyan administrasiyasına müraciət edib, “İnqilabçı” siyasi xadimləri Rusiyaya xəyanətdə, rusofobiyanın yayılmasında, əsas məsələlərdə şimaldakı müttəfiqlərindən tam asılı olmaqda ittiham edib.

Müraciətin mətni çox emosional alınıb və Paşinyanın, onun ətrafındakıların siyasətinin ağrılı yerlərinə toxunub. Rusiyalı jurnalisti sosial şəbəkələrdə sıxışdırmağa başlamış erməni maydaunlar dərhal Simonyana hücum ediblər. Ona öz soyadını dəyişmək, özünü daha erməni hesab etməmək, Ermənistanı həmişəlik unutmaq, ən yaxşısı – “böyük erməni millətini biabır etməmək” üçün sakitcə yoxa çıxmaq təklif edilib.

Paşinyana dəstək qrupundakı şərhçilərin əksəriyyətinin fikrincə Simonyanın prinsip etibarilə özünü erməni hesab etməyə haqq yoxdur, çünki özünün etiraf etdiyi kimi erməni dilini bilmir və Rusiyanı özünün vətəni hesab edir. Bu qatı millətçilərin fikrincə, “əsl ermənilər” harada yaşamalarından asılı olmayaraq yalnız Ermənistanı özlərinin vətəni hesab edirlər.

Paşinyanın qatı millətçi tərəfdarlarının məntiqinə görə Şarl Aznavur, müğənni Şer, tennisçi Andre Aqassi və öz əcdadlarının dilini bilməyən və Ermənistanı yalnız televiziyada xəbərlərə baxarkən xatırlayan bir sıra başqa məşhur diaspor nümayəndələrini ermənilərin siyahısından çıxarmaq lazımdır, lakin bu halda “əsl ermənilərin” qürurlanması üçün səbəb qalmayacaq, çünki onlar öz siyasi kumirləri ilə bərabər heç kimdirlər və onları necə adlandırmağı bilən yoxdur.

“Kavkazskiy uzel” portalının siyasi şərhçisi və jurnalist Karen Mirzoyan Simonyana və bütün Rusiyaya ünvanlanmış isterik, cəfəng və təhqirlərlə dolu cavab dərc etdirib. Diskussiyada belə üsuldan adətən dikbaş uşağı danlamaq üçün yaşlı əmisinin mövqeyindən tətbiq edilir. Paşinyan deyib: “Rusiyada başa düşməlidirlər ki, Ermənistanda Rusiyanın müttəfiqi nə Paşinyandır, nə Petrosyan, nə Poqosyan, nə Sarkisyan, nə də Koçaryan. Rusiyanın müttəfiqi və tərəfdaşı erməni xalqıdır. Bu, çox mühüm məqamdır”.

Belə təsəvvür yaranır ki, ya Marqarita Simonyanın müraciətini Paşinyan üçün pis tərcümə ediblər, ya da Paşinyan rus dilində çox pis bilir. Məsələ burasındadır ki, Simonyanın müraciətində Ermənistan xalqına heç bir irad yoxdur və Paşinyanın izahatı olmadan da məlumdur ki, Ermənistan xalqı Rusiyanın müttəfiqi və tərəfdaşıdır.

Paşinyanın rəhbərlik etdiyi Ermənistanda mühüm vəzifələrə yerləşdirilmiş oyuncaq fiqurların ipini dartmaqda Sorosa heç kəs mane olmur. Ermənistan hökumətində Rusiyaya rəğbət bəsləyən adamlar demək olar ki, qalmayıb. Respublika Parlamentində yeganə şərti rusiyapərəst fraksiya Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” fraksiyasıdır, lakin bu fraksiyanın liderini 2020-ci ilin iyununda deputat toxunulmazlığından məhrum ediblər ki, müxalifətçiyə qarşı cinayət işi qaldırmaq mümkün olsun.

Belə çıxır ki, Paşinyan “Ermənistan xalqı” dedikdə yalnız öz məsləkdaşlarını, pərəstişkarlarını və Qərbin təsir agentlərini nəzərdə tutur.

Dağlıq Qarabağın tanınması problemində nüanslar çoxdur. Məsələn, bu tanınmamış qondarma respublika Azərbaycan ilə müharibə nəticəsində Ermənistanın köməyi ilə Azərbaycanın bir neçə rayonunu tutaraq öz tərkibinə daxil edib, halbuki həmin rayonlar heç vaxt Ermənistanın və ya Dağlıq Qarabağın tərkibində olmayıb.

Digər tərəfdən qrant həvəskarlarının “sizin pullarınız xatirinə hər bir şıltaqlığınıza dözərik” prinsiplərini nəzərə alsaq Paşinyanın ətrafındakıların beynində kök salmış ikiqütblülük mövqeyinə heyrətlənməyə dəyməz.

Beləliklə, Paşinyan öz səhvlərini etiraf etmək və məsuliyyəti öz sələflərinin üzərinə yıxmaq əvəzinə bir daha Rusiyaya düşmən münasibətini sübut edib, rusiyalı jurnalist xanımı diplomatik formada da olsa təqib edənlərə qoşulub. Hərçənd, başqa cür ola da bilməzdi. Axı maydaun – diaqnozdur.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
{sape_links}{sape_article}