Son xəbərlər:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO                        Gizli xəstəlikləri ifşa edən qidalar                        Güclü külək əsəcək, yağış yağacaq - SABAHIN HAVA PROQNOZU                        "Həmin radikallar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi..."                        Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz                        “Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib                        "Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."                        Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi                        "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb                        Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər                        Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb                        Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub                        Avqustun 2-si Azərbaycan Kinosu Günüdür                        Könül Nurullayeva: Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı                        Ermənistanın təxribatı tam fiaskoya uğradı - Hikmət Hacıyev                        Susuzluğu ən yaxşı yatıran içkilər məlum oldu                        İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək                        Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib                        ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb                        Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı                        Ukraynada koronavirusa yoluxanların sayı 71 mini, ölənlər isə 1700-ü ötüb                        Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı                        Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib                        Dövlət vəsaiti hesabına malları satınalan təşkilatlara müraciət edilib                        Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb                        AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir                        Paulo Dibala İtaliyada ötən ayının ən yaxşı futbolçusu seçilib                        İyulun 29-da və 30-da keçirilən imtahanların nəticələri elan olunub                        Zurabişvili ölkə müsəlmanlarını təbrik etdi                        Hərbi təyyarələr yanacaq bazarını vurdu                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 17-07-2020, 18:08
Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatıİyulun 17-də Şimali Kipr Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirərək, onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa dilədiyini ifadə edib. Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Cümhuriyyət Məclisinin sədri Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulayıb. Sonda Teberrüken Uluçay Azərbaycana daimi rifah və qələbə arzuladığını bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində göstərilən diqqət və dəstək üçün Teberrüken Uluçaya dərin təşəkkürünü ifadə edib. Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində güclü orduya malik Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına dərhal və adekvat cavab verib.

Milli Məclisin sədri əminliklə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edəcək və qələbə çalacaq. Sonda Sahibə Qafarova Cümhuriyyət Məclisinin sədrinə telefon zəngi üçün təşəkkür edib.


Ana səhifəyə qayıt

{sape_links}{sape_article}