Son xəbərlər:
Böyük Britaniyada koronavirusa yoluxanların sayının artması ilə əlaqədar karantin rejimi gücləndirilir                        “Beynəlxalq təşkilatlar öncə işğalçı ilə işğala məruz qalana fərq qoymalıdır”                        Fransada tibb işçilərinin etiraz aksiyası keçirilir                        Buraxılış imtahanlarının nəticələri elan olunub                        Avropa İttifaqı 14 ölkə ilə sərhədləri açacaq                        "Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı                        Tanınmış dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib                        Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşü olub                        Yaqut Qarayeva: Sərt karantin rejimi tətbiq olunmasaydı, yoluxma hallarının ikiqat artımını müşahidə edə bilərdik                        “Azersky” peykinin orbitə buraxılmasından 6 il keçir                        TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil                        Səhiyyə Nazirliyi Aparatının rəhbəri: COVID-19 elə bir infeksiyadır ki, qısa zamanda xəstənin vəziyyəti dəyişə bilər                        DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib                        Hikmət Hacıyev: Dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsünü çox vacib bir təşəbbüs kimi qiymətləndirir                        Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü                        Çin Kommunist Partiyası üzvlərinin sayı 92 milyona yaxınlaşır                        Prezidentin köməkçisi: Xüsusi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı rəylər var                        Azərbaycanla Rusiya arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqinə dair müzakirələr aparılıb                        Fransanın sabiq Baş Naziri 5 il həbs cəzasına məhkum olunub                        Neftçalada “Könüllü qonaq” layihəsi davam edir                        Yaponiyada 70 mindən çox insan torpaq sürüşmələri ilə bağlı təxliyə xəbərdarlığı alıb                        Füzuli rayonunda mərmi aşkarlanıb                        TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı                        "İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130 ölkə dəstəkləyib"                        Karantin rejimini pozduğuna görə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib                        Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub                        Özbəkistanda koronavirusdan ilk həkim ölümü qeydə alınıb                        Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir                        Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub                        Azərbaycanda koronavirusa daha 534 yoluxma faktı qeydə alınıb, 307 nəfər sağalıb                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 30-06-2020, 20:43
Tanınmış dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edibTanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilova “Aspara Fashion Week”in beşinci mövsümü çərçivəsində kəlağayıdan hazırlanmış üst geyimdən ibarət “İpək sərvət” adlı eksklüziv kolleksiyasını təqdim edib.

Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkənin dizaynerlərinin iştirakı ilə dördgünlük “Aspara Fashion Week” (Qazaxıstan, Taraz) onlayn rejimdə təşkil olunub. Nümayişdən qabaq iştirakçılara ingilis dilində müraciət edilib.

Moda evinin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova deyib: “Mənim müxtəlif kolleksiyalarım buna qədər Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə keçirilmiş Dəb həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim olunub. Mən bu kolleksiyanı da beynəlxalq podiumlarda göstərməyi planlaşdırmışdım, lakin məlum olduğu kimi koronavirus pandemiyası ilə əlaqədar bütün tədbirlər ləğv olunub.

“Aspara Fashion Week” layihəsinin təsisçisi, Qazaxıstanın tanınmış dizayneri Aydarxan Kaliyevə göndərdiyi dəvətə görə minnətdarlığımı bildirmək istərdim. Layihə yüksək səviyyədə keçirildi və biz çoxlu parlaq və maraqlı kolleksiya gördük. Həmkarlarıma gələcəkdə yaradıcılıq uğurları arzulayıram, beynəlxalq arenada görüşənədək”.

Xatırladaq ki, bu kolleksiya ilk dəfə 2019-cu ilin noyabr ayında təqdim olunub. Layihə Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə “Azerbaijan Kelagayi” (“Azərbaycan kəlağayısı”) milli brendi ilə birlikdə həyata keçirilib. Tədbir ənənəvi sənət və rəmz olan kəlağayının, onun hazırlanmasının və geyinilməsinin Azərbaycan tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına beş il əvvəl daxil edilməsinə həsr olunub. Kəlağayıdan hazırlanmış üst geyimi ilk dəfə göstərilib. Medianın simaları və ulduzlar modellər qismində çıxış ediblər. Kəlağayı Azərbaycanın milli qadın baş örtüyüdür. O, yerli istehsal olan bükülməmiş saplardan hazırlanan ipək şaldır və ənənəvi üsulla üzərinə mum vasitəsilə basma naxışlar vurulur.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
{sape_links}{sape_article}