Son xəbərlər:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO                        Gizli xəstəlikləri ifşa edən qidalar                        Güclü külək əsəcək, yağış yağacaq - SABAHIN HAVA PROQNOZU                        "Həmin radikallar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi..."                        Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz                        “Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib                        "Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."                        Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi                        "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb                        Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər                        Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb                        Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub                        Avqustun 2-si Azərbaycan Kinosu Günüdür                        Könül Nurullayeva: Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı                        Ermənistanın təxribatı tam fiaskoya uğradı - Hikmət Hacıyev                        Susuzluğu ən yaxşı yatıran içkilər məlum oldu                        İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək                        Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib                        ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb                        Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı                        Ukraynada koronavirusa yoluxanların sayı 71 mini, ölənlər isə 1700-ü ötüb                        Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı                        Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib                        Dövlət vəsaiti hesabına malları satınalan təşkilatlara müraciət edilib                        Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb                        AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir                        Paulo Dibala İtaliyada ötən ayının ən yaxşı futbolçusu seçilib                        İyulun 29-da və 30-da keçirilən imtahanların nəticələri elan olunub                        Zurabişvili ölkə müsəlmanlarını təbrik etdi                        Hərbi təyyarələr yanacaq bazarını vurdu                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 28-06-2020, 21:11
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunubXalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub.

Türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən romanın redaktoru Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasdır. "Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alan əsər "PEM" və "Epubli" nəşriyyatlarında yayımlanıb.

Alman naşirlər romanı "Şərqin sirləri Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına veriblər.

Kitabın redaktoru Orhan Arası isə “Sehrbazlar dərəsi”nin təqdimatını belə verib: “Hər səhifəsində, hər sətrində bizim keçmişimizdən və ruhumuzda gizli qalan düşüncələrdən səs, ahəng və fikir olan belə bir romanın almanca nəşri ədəbiyyatımıza yeni bir zənginlik qatacaqdır”.

İlk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

İtaliyalı professor, məşhur şərqşünas alim və yazıçı Franko Kardini, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberq, rusiyalı alim Lyudmila Lavrova, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenaru, professor Aydın Talıbzadə və başqaları roman haqqında yüksək fikirlər söyləyiblər.

İtaliyanın Florensiya Universitetinin professoru Franko Kardini roman haqqında fikirlərini bu şəkildə bildirib: “Nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Dostum və həmkarım Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə də bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır”.

Qeyd edək ki, “Sehrbazlar dərəsi” romanı Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013), Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), ABŞ-da (2015), İtaliyada (2016), Rumıniyada çap olunub və bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib. Almaniya romanın çap olunduğu 11-ci ölkədir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}