Son xəbərlər:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO                        Gizli xəstəlikləri ifşa edən qidalar                        Güclü külək əsəcək, yağış yağacaq - SABAHIN HAVA PROQNOZU                        "Həmin radikallar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi..."                        Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz                        “Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib                        "Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."                        Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi                        "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb                        Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər                        Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb                        Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub                        Avqustun 2-si Azərbaycan Kinosu Günüdür                        Könül Nurullayeva: Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı                        Ermənistanın təxribatı tam fiaskoya uğradı - Hikmət Hacıyev                        Susuzluğu ən yaxşı yatıran içkilər məlum oldu                        İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək                        Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib                        ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb                        Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı                        Ukraynada koronavirusa yoluxanların sayı 71 mini, ölənlər isə 1700-ü ötüb                        Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı                        Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib                        Dövlət vəsaiti hesabına malları satınalan təşkilatlara müraciət edilib                        Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb                        AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir                        Paulo Dibala İtaliyada ötən ayının ən yaxşı futbolçusu seçilib                        İyulun 29-da və 30-da keçirilən imtahanların nəticələri elan olunub                        Zurabişvili ölkə müsəlmanlarını təbrik etdi                        Hərbi təyyarələr yanacaq bazarını vurdu                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 25-06-2020, 16:43
"Özü də yadımdadır ki, Tamerlan Qarayev 15 iyun iclasını aparmaqdan imtina etdi, rəhmətlik Afiyəddin Cəlilov apardı..."
"T.Qoltsun Heydər Əliyevin spiker seçilməsinə qarşı danışmağımdan yazdıqları cəfəngiyyatdır”
Bu günlər Moderator.az-da tanınmış Amerika jurnalisti Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabından 4 iyun 1993-cü il Gəncə hadisələrindən sonrakı müddətdə baş vermiş olay və proseslərdən bəhs edən epizodları təqdim edirik. "Bizim başımızı poeziya və yalanla aldadırsınız!”- Yaqub Məmmədov qışqırdı..." başlıqlı parçada eks-spiker Yaqub Məmmədovun 15 iyun 1993-cü ildə Azərbaycan Ali Soveti binasında Gəncə səfərindən yenicə dönmüş Heydər Əliyevin parlament sədri seçildiyi iclasdakı çıxışlarına toxunulub. Əyanilik üçün həmin parçaları bir daha nəzərinizə çatdırırıq:

“Tamerlan adbaad səsverməyə başladı və yetərsay olduğunu müəyyən etdi. Təəccüblü deyildi ki, o, Heydər Əliyev Gəncəyə səfər etməzdən əvvəl müzakirəsi yarımçıq qalmış məsələdən, yəni İsa Qəmbərin qəfil istefasıyla əlaqədar olaraq yeni sədrin seçilməsinin müzakirəsinə keçdi...

“Bəs Gəncə hadisələrinin və hökumətin törətdiyi cinayətin müzakirəsi necə oldu?! Siz bizim başımızı poeziya və yalanla aldadırsınız!”- deyə Yaqub (“dollar”) Məmmədov qışqırdı.

1992-ci il mayın 14-dən bəri ilk dəfə idi ki, o, parlamentdə görünürdü və burada olmasında məqsəd onun Heydər Əliyevin seçilməsindən qabaq seçki prosedurlarına əngəl törətmək cəhdi idi. Onun ikinci çağırışı bu şübhəni təsdiq etdi:

“Mən Azərbaycan xalqı tərəfindən qayda-qanuna uyğun və demokratik surətdə seçilmiş konqresin – Ali Sovetin iclasının çağırılmasını tələb edirəm!”

Rəhim Qazıyev də Yaqub Məmmədovun təklifini dəstəklədi...”

Növbəti hissədə də T.Qolts həmin iclasda Y. Məmmədovun adını daha bir məqamda çəkib:

“Yaqub Məmmədov Məclisin buraxılması və Ali Sovetin bütünlüklə yenidən bərpa olunması tələbini təkrar etdi – məgər onun başına gələnlər deputatların yadında deyil? Lakin onun üstünə qışqırıb yerində oturtdular və deputatlar 34 səs lehinə, 2 əleyhinə və 1 səs bitərəf olmaqla səs verərək öz saylarını daha bir nəfərlə - Heydər Əliyevlə artırdılar...”

Azərbaycan parlamentinin keçmiş rəhbəri Yaqub Məmmədov Amerika jurnalistinin onun çıxışları barədə öz kitabında yazdıqlarını “cəfəngiyyat” adlandırıb.

“O Amerikalı jurnalistin mənim guya 1993-cü il iyunun 15-də parlamentdəki çıxışlarım barədə yazdıqları yalandır, cəfəngiyyatdır. Mən həmin iclasda elə bir çıxış etməmişəm. Özü də yadımdadır ki, o iclası aparmaqdan Tamerlan Qarayev imtina etdi, rəhmətlik Afiyəddin Cəlilov apardı. Və ən əsası, mən Heydər Əliyevin parlament sədri seçilməsinə qarşı heç bir etiraz etməmişəm. Əksinə, mən əvvəldən Heydər Əliyevin Bakıya -hakimiyyətə qayıdışının tərəfdarı olmuşam. Və hələ onun dönüşündən əvvəl Milli Məclisdəki çıxışlarımdan birində AXC hakimiyyətini sərt tənqid etmişəm...

Tomas Qolst deyilən müxbir yazır ki, guya Rəhim Qazıyev mənim hansısa çıxışımı dəstəkləyib. Yadımdadır ki, Rəhim Qazıyev o iclasda yox, sonrakı –iyulda keçirilən iclasların birində Heydər Əliyevin vəzifə təklifindən sonra ona qarşı kəskin çıxış etmişdi...”- deyə Y.Məmmədov bildirib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}