Son xəbərlər:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO                        Gizli xəstəlikləri ifşa edən qidalar                        Güclü külək əsəcək, yağış yağacaq - SABAHIN HAVA PROQNOZU                        "Həmin radikallar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi..."                        Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz                        “Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib                        "Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."                        Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi                        "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb                        Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər                        Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb                        Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub                        Avqustun 2-si Azərbaycan Kinosu Günüdür                        Könül Nurullayeva: Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı                        Ermənistanın təxribatı tam fiaskoya uğradı - Hikmət Hacıyev                        Susuzluğu ən yaxşı yatıran içkilər məlum oldu                        İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək                        Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib                        ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb                        Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı                        Ukraynada koronavirusa yoluxanların sayı 71 mini, ölənlər isə 1700-ü ötüb                        Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı                        Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib                        Dövlət vəsaiti hesabına malları satınalan təşkilatlara müraciət edilib                        Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb                        AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir                        Paulo Dibala İtaliyada ötən ayının ən yaxşı futbolçusu seçilib                        İyulun 29-da və 30-da keçirilən imtahanların nəticələri elan olunub                        Zurabişvili ölkə müsəlmanlarını təbrik etdi                        Hərbi təyyarələr yanacaq bazarını vurdu                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 30-05-2020, 20:31
“Hərbi əməliyyatlara başlamaq üçün Azərbaycanın qarşısında heç bir əngəl qalmayıb”
"Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı"Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik yenidən artır. Xüsusilə, Ermənistan beynəlxalq hüquqa məhəl qoymayan davranışları, separatçı rejimin Şuşada qondarma “andiçmə” mərasimi təşkil etməsi Azərbaycan cəmiyyətində çox ciddi etirazlara səbəb olub.

Mövzu ətrafında ayna-nın suallarını Azərbaycan Respublikası Prezidentinin katibliyinin keçmiş rəhbəri, sabiq Prezident köməkçisi, “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti, politoloq Eldar Namazov cavablandırıb.

- Eldar müəllim, bəzi media orqanlarında yayılan məlumatlara görə, Amerikada fəaliyyət göstərən bir sıra ermənipərəst QHT-lər Azərbaycan ilə İsrail arasındakı münasibətləri korlamaq üçün hərəkətə keçib, üstəlik Fələstinlə Qarabağ arasında paralellər aparılır. Azərbaycan-İsrail münasibətlərinin ermənilərin və onlara yaxın təşkilatların səyləri ilə pozula biləcəyini necə qiymətləndirirsiniz?

- Azərbaycan ilə İsrail arasındakı münasibətləri korlamaq üçün təxribatçı ifadələrdən istifadə edən erməni mediası, ekspertlər, lobbiçilər və ermənipərəst maliyyə qruplarının təxribatlarına uymamalıyıq. Bəzi təxribatçı mesajlar üçün beynəlxalq hüququn müəyyən məsələlərdə olan incəliklərini izah etməməliyik. Bununla da ermənilər gündəmi dəyişməyə çalışırlar və gündəmdə bir məsələ var - müharibə. Ermənistan rəhbərliyi məsələni müharibəyə gətirib çıxardı. İndi gündəmi bu şəkildə dəyişdirməyə çalışırlar, amma bu cür təxribatlara uymamalıyıq. Əsas məsələ Qarabağ və torpaqlarımızın azad olunmasıdır, ermənilər isə istədiklərini yaza və edə bilərlər.

- Paşinyanın Şuşadakı son təxribatı fonunda Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Bugünkü vəziyyət fırtınadan əvvəlki sakitlikdir. Artıq danışıqlar fayda vermir, konkret və qətiyyətli tədbirlərin görülməsinin vaxtıdır. Azərbaycan tərəfi Şuşada baş verən son erməni təxribatına yüksək səviyyədə rəsmi cavab vermədi. Görünür, danışıqlar prosesində böyük dözümlülük göstərən Azərbaycan tərəfi bütün “qırmızı xətlərin” keçdiyini hesab etdi və Paşinyan hakimiyyəti ilə danışmaq üçün heç bir şey qalmadı. İnanıram ki, nəinki Azərbaycan rəhbərliyi belə düşünmür, əgər ATƏT-in Minsk Qrupuna diqqət yetirirsinizsə, o zaman da görünür ki, onlar da ciddi sükunətlərini qoruyurlar.

Əslində, Paşinyanın hərəkətləri ATƏT-in Minsk Qrupunun uzun illər davam edən fəaliyyətinin üzərindən xətt çəkdi. ATƏT-in Minsk Qrupu Paşinyana izah etməyə çalışdı ki, təxribatçı hərəkətlərə yol verilməməlidir. Son hadisələrdən bir qədər əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov münaqişənin mərhələli şəkildə nizamlanmasına dair sənədin danışıqlar masasında olduğunu və sənəddə işğal olunmuş ərazilərin azad edilməsinə aid olan bir neçə detalın yer aldığını açıqladı. Beləliklə, o, Ermənistan hakimiyyətinə danışıqlar prosesinə məhəl qoymağın vacibliyi və danışıqlar masasına qayıtmağın lazım olduğu mesajını çatdırdı. Paşinyan isə buna Şuşada təşkil etdiyi yeni təxribatla cavab verdi. Buna görə də mövcud vəziyyətə "fırtınadan əvvəlki sükut" adı vermək olar, çünki Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı.

- Bəzi ekspertlər hesab edirlər ki, indi ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququndan istifadə etmək niyyətində olan Azərbaycanın qarşısında əngəl qalmayıb. Bəziləri isə müəyyən əngəllərin olduğunu (məsələn, pandemiya) və bunların rəsmi Bakını müvəqqəti olaraq saxladığını qeyd edirlər. Sizin fikrinizcə, Azərbaycanın qarşısında hansısa əngəllər var?

- Mənə elə gəlir ki, artıq qarşımızda məhdudlaşdırıcı amillər yoxdur. Azərbaycan üçün yeganə yol qalıb - ölkənin özünümüdafiə hüququndan istifadə etmək və ərazilərini azad etmək üçün hərbi əməliyyata başlamaq. Pandemiya və digər problemlər Azərbaycanı dayandıran səbəblər deyil. Bizə - vətəndaş cəmiyyətinin nümayəndələrinə Azərbaycanın bu zəruri addımı nə zaman atacağı barədə məlumat verilmir. Bir qayda olaraq, bu sualın cavabı gizli saxlanılır və həm bizim üçün, həm də düşmən üçün gözlənilməz hər şey baş verə bilər.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}