Son xəbərlər:
Böyük Britaniyada koronavirusa yoluxanların sayının artması ilə əlaqədar karantin rejimi gücləndirilir                        “Beynəlxalq təşkilatlar öncə işğalçı ilə işğala məruz qalana fərq qoymalıdır”                        Fransada tibb işçilərinin etiraz aksiyası keçirilir                        Buraxılış imtahanlarının nəticələri elan olunub                        Avropa İttifaqı 14 ölkə ilə sərhədləri açacaq                        "Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı                        Tanınmış dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib                        Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşü olub                        Yaqut Qarayeva: Sərt karantin rejimi tətbiq olunmasaydı, yoluxma hallarının ikiqat artımını müşahidə edə bilərdik                        “Azersky” peykinin orbitə buraxılmasından 6 il keçir                        TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil                        Səhiyyə Nazirliyi Aparatının rəhbəri: COVID-19 elə bir infeksiyadır ki, qısa zamanda xəstənin vəziyyəti dəyişə bilər                        DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib                        Hikmət Hacıyev: Dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsünü çox vacib bir təşəbbüs kimi qiymətləndirir                        Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü                        Çin Kommunist Partiyası üzvlərinin sayı 92 milyona yaxınlaşır                        Prezidentin köməkçisi: Xüsusi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı rəylər var                        Azərbaycanla Rusiya arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqinə dair müzakirələr aparılıb                        Fransanın sabiq Baş Naziri 5 il həbs cəzasına məhkum olunub                        Neftçalada “Könüllü qonaq” layihəsi davam edir                        Yaponiyada 70 mindən çox insan torpaq sürüşmələri ilə bağlı təxliyə xəbərdarlığı alıb                        Füzuli rayonunda mərmi aşkarlanıb                        TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı                        "İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130 ölkə dəstəkləyib"                        Karantin rejimini pozduğuna görə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib                        Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub                        Özbəkistanda koronavirusdan ilk həkim ölümü qeydə alınıb                        Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir                        Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub                        Azərbaycanda koronavirusa daha 534 yoluxma faktı qeydə alınıb, 307 nəfər sağalıb                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 27-05-2020, 16:55
Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edirAzərbaycanda davam edən ictimai-siyasi proseslər təkcə ölkəmizdə deyil, bəzi xarici dairələrdə də Prezident İlham Əliyevin reallaşdırdığı kadr islahatları böyük maraqla izlənilir və yüksək qiymətləndirilir.

Cənab Prezident hələ 2015-ci ilin sonlarında demişdi ki, bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaq. Özü də yüksək səviyyədə.

Lakin, əldə olunan uğurlar, aparılan uğurlu kadr siyasəti görünür həmişə olduğu kimi müəyyən dairələri yenə də narahat etməkdədir. Bunu Ağstafa rayonuna yeni təyin olunan icra başçısı Seymur Orucova qarşı aparılan "qara piar"dan aydın görmək olar.

Yeni təyin olunan icra başçısı haqqında cılız, məntiqsiz fikir yürüdənlər yaxın keçmişdə qonşu Gürcüstan Respublikasında kadr islahatları aparılan zaman Azərbaycanda da yaşlı kadrların yerinə gənclərin rəhbər vəzifələrə irəli çəkilməsinin vacib olduğunu söyləyirdilər. Bəs görəsən bu gün nədən narazı və narahatdılar? Bir neçə ildə nə dəyişdi? Öz dediklərini təkzib edən bu insanların məqsədinin nədən ibarət olduğunu aydın şəkildə görmək mümkündür. Fikir birdir: son vaxtlar aparılan uğurlu kadr siyasətinə kölgə salmaq.

Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi təqdirəlayiq haldır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür.

Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb. Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da əhəmiyyətlidir.

Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər.

Sonda "qara piar"a qoşulanlara cənab prezidentin fikirləri ilə cavab vermək istəyirəm: "Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik.İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Vüqar Hümbətov
Qafqazinform.az



Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
{sape_links}{sape_article}