Son xəbərlər:
Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu - Vətəndaşlıq üçün ildə 100 avro                        Arxeoloqlar Misirdə ana və körpəsinin məzarını aşkar ediblər                        Azərbaycan qonşu Gürcüstan və Türkiyənin əsas təbii qaz təminatçısıdır                        Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb                        Amerikanı fəth edən azərbaycanlı zabit kimin oğludur? - FOTOLAR                        Abel Məhərrəmovun vəzifədən çıxarılmasının əsas səbəbi- VİDEO                        Tramp göstəriş verdi: "Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin"                        Diktatorun ölümünə səbəb olduğu yəhudi qızla fotosu rekord qiymətə satıldı                        “İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” - Millət vəkili                        Seçki İrəvana neçəyə başa gələcək?                        Avropada ən çox məvacib ödəyən 10 futbol klubu - SİYAHI                        Alim Qasımov və Fərqanə Qasımova London teatrının səhnəsində çıxış ediblər                        Sevgilisi üçün 2 uşağını qaynar suya atdı                        "Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"                        Gürcüstan vətəndaşı 290 il müddətinə həbs edildi                        Səudiyyə Türkiyəni ittiham etdi                        ABŞ-ın Səudiyyəyə sanksiyası başladı                        XİN-dən Saakyanın Fransa səfərinə münasibət                        Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib                        Ronaldo nişanlandı - Fotolar                        Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi                        Qarabağın Azərbaycanlı İcmasından sərt bəyanat                        Fransa beynəlxalq hüquqa qarşı: bu ölkə həmsədrlikdən çıxarılmalıdır                        İrəvan reallığı dərk edib, siyasətini dəyişməlidir - Kılıç                        BDU-da seminar: dillə bağlı fərman müzakirə edildi                        Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib                        Ən etibarlı avtomobillər - Siyahı                        “Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..                        Qaşıqçını öldürmək əmrini kim verib?                        Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 20:17 )
 
 
 
 
15-noy-2018 / ( 19:25 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 15:22 )
 
 
 
 
 
 
 
15-noy-2018 / ( 14:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 15-09-2017, 15:10
BƏƏ-nin “Etihad Airways” şirkəti 2018-ci ildən Azərbaycana uçuşlara başlayacaq
İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ş. Mustafayev bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Qeyd olunub ki, ölkəmiz BƏƏ ilə iqtisadi əməkdaşlığın genişlənməsinə önəm verir. Artıq BƏƏ-də Azərbaycanın ticarət nümayəndəsi təyin olunub: “Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Dubayda keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsullarına iş adamları tərəfindən böyük maraq göstərilib və yerli məhsullarımızın xarici bazarlara çıxarılmasına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Son 2 il ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb”.

Görüşdə Ş. Mustafayev əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.

Mohamed Hamel Alqubaisi Azərbaycanla əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Səfir BƏƏ-nin “Etihad Airways” şirkətinin 2018-ci ildən Azərbaycana uçuşlara başlayacağını və bunun əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, maliyyə, təhsil, sənaye parkları və zonalarına investisiya qoyuluşu sahəsində əməkdaşlıq, Abu-Dabidə keçirilməsi nəzərdə tutulan investisiya forumunun təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930