Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 27-04-2020, 20:17
Assanjın məhkəməsi pandemiyaya görə təxirə salındı...London Məhkəməsi Culian Assanjın işi üzrə mayda keçirilməsi nəzərdə tutulan prosesi qeyri-müəyyən vaxta təxirə salıb.

Hakim Vanessa Bareytser pandemiya dövründə belə bir prosesə tələsik baxılmasının əleyhinə olduğunu və ekstradisiya ilə bağlı Assanjı müdafiə edən vəkillərin Kovid-19 ucbatından hazırlıqlı olmadıqlarını söyləyib.

Məhkəmə həmçinin təqsirləndirilən şəxsin fiziki və psixoloji vəziyyəti, səhhəti barədə həssas olmağı vacib sayır. Hakim müxtəlif ölkələrdən olan 60 həkimin Culian Assanj barəsində narahatlığını xatırladıb, eyni zamanda onun səhhətində problem olmadığını da bildirib.

Xatırladaq ki, Culian Assanj məşhur “Vikiliks” saytının təsisçisidir. “Vikiliks” saytı 2006-cı ildə yaradılıb və ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc etməklə populyarlaşıb. ABŞ-da buna görə Culian Assanja cinayət işi qaldırılıb. İsveçdə isə jurnalistə zorlama ittihamı verilib. 2010-cu ildə Culian Assanj Londonda bu iş üzrə tutulub, girov müqabilində azadlığa buraxılıb. 2011-ci ildə məhkəmə onun İsveçə təhvil verilməsi haqda qərar çıxarıb, bu iş 2012-ci ilin iyun ayınadək uzanıb. Culian Assanj həmin il iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə sığınıb və o vaxtdan orada yaşayıb. 2019-cu ilin aprel ayında Ekvador hökuməti siyasi sığınacağın başa çatdığını bəyan edib və Culian Assanjın səfirlikdən çıxmasını istəyib. Aprelin 11-də polis əməkdaşları Ekvadorun Londondakı səfirinin dəvəti ilə diplomatik nümayəndəliyə gələrək jurnalisti tutublar. Culian Assanjın həbsinin ABŞ-da və İsveçdə qaldırılmış cinayət işləri ilə bağlı olduğu da açıqlanıb. ABŞ-a eksdrasiya ediləcəyi təqdirdə Assanjı bu ölkədə 18 maddəlik ittiham üzrə 175 il həbs cəzası gözləyir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}