Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 27-04-2020, 18:32
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi, icra nümayəndəsi tutulduKoronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Trend xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}