Son xəbərlər:
Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video                        Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb                        Sabah paytaxtda 27 dərəcə isti olacaq                        "Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur"                        Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək - Nazirlər Kabineti açıqladı                        "İftar vermək – gözəl savabdır, amma israf olmasa..."                        Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub                        Sabahın HAVA PROQNOZU açıqlandı                        Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək                        Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak etdi - MARAQLI FOTOLAR                        Bakının bu ərazisində su olmayacaq                        Ramazan ayının 16-cı gününün DUASI                        Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı                        “Qırmızı Körpü” gömrük postunun rəisi işdən uzaqlaşdırıldı - RƏSMİ                        Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”                        Mehriban Əliyeva və qızı ziyarətgahda - Foto                        Ordumuz 10 minlik heyətlə savaşa başladı - Video                        Sabaha olan hava proqnozu açıqlanıb                        Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək                        Səsimdə problem oldu – Çingizdən ilk açıqlama                        Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub                        Novxanıda yanğın: 5 nəfər xilas edildi                        “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO                        “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib                        Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb                        Prezident icra başçısını təltif etdi                        Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı                        Məktəblilərə geyim mədəniyyətimizin tarixi haqqında məlumat verilib                        İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı                        Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü                       
Xəbər lenti
 
 
 
 
 
 
 
21-may-2019 / ( 13:20 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18-may-2019 / ( 19:11 )
 
 
 
 
 
 
 
 
 
 
 
17-may-2019 / ( 11:07 )
 
 
 
 
 
 
 
 
 
16-may-2019 / ( 14:02 )
 
 
 
 
 
 
 
 
Tarix: 15-09-2017, 13:18

Bu gün Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür.

Qafqazinform Axar.az-a istinadla xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Bakının 15 sentyabr - erməni-bolşevik qatillərindən azad olunması gününə münasibət bildirərkən qeyd edib. O bildirib ki, Qafqaz İslam Ordusu Bakının Azərbaycan şəhəri kimi qalmasını təmin edib:

“Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər. Mart qırğınının qisasını layiqincə düşməndən alıblar. Sonra da bu şəhəri ciblərinə qoyub aparmayıblar, dərhal paytaxta çevirmək üçün yeni yaranmış Azərbaycan Milli Hökumətinə təhvil veriblər”.

Millət vəkili qeyd edib ki, gələn il bu vaxt Bakının işğaldan azad olunmasının 100 illik yubileyidir:

“Təbii ki, tariximizdə olub-keçmiş ən şərəfli zəfər günü olmasına baxmayaraq, rəsmi bayram kimi layiqincə bu il də qeyd olunmayacaq, ola bilsin ki, 100 illik yubileyində də göyə görüntü üçün 5-6 fişəng buraxılacaq. Ancaq bunlara düşüncəmizi yönəltmək vacib deyil. Əsas olan millətin yaddaşıdır. Hər kəs Azərbaycanı, Bakını xilas etmiş türk əsgərinin ruhuna dualarını əsirgəməsin. Müəllimlər orta məktəbin, kollecin, universitetin auditoriyasında iki dəqiqə də olsa bu şərəfli günümüz barədə, milli qəhrəmanımız Nuru Paşa barədə övladlarımıza bilgi versin, imkanı çatanlar Şəhidlər Xiyabanında qəhrəman türk əsgərinin abidə-məzarlığını ziyarət etsin. Qoy Allah bizləri xilas etmiş bu şəhid qəhrəmanların ruhu qarşısında millət olaraq, ayrıca Azərbaycan vətəndaşı olaraq duyarsız davranışımıza görə günahımızı bağışlasın”.

Millət vəkili Qənirə Paşayeva şanlı zəfərlə bağlı bu sözləri yazıb:

“Səni heç bir zaman unutmadıq və unutmayacağıq. Nur içində yat, Nuru Paşa! Nur içində yatın, Türk Qafqaz İslam Ordusu əsgərləri! Şəhidlərimiz və qazilərimiz, sizi hər zaman sayğı ilə anacağıq. Sadəcə, 15 Sentyabr Bakının qurtuluş günündə deyil, hər gün, hər zaman!”

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edib.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031