Son xəbərlər:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO                        Gizli xəstəlikləri ifşa edən qidalar                        Güclü külək əsəcək, yağış yağacaq - SABAHIN HAVA PROQNOZU                        "Həmin radikallar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi..."                        Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz                        “Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib                        "Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."                        Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi                        "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb                        Balakənli gənclər ana dilimizin saflığının qorunmasına yönələn layihə həyata keçiriblər                        Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb                        Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub                        Avqustun 2-si Azərbaycan Kinosu Günüdür                        Könül Nurullayeva: Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı                        Ermənistanın təxribatı tam fiaskoya uğradı - Hikmət Hacıyev                        Susuzluğu ən yaxşı yatıran içkilər məlum oldu                        İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək                        Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib                        ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb                        Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı                        Ukraynada koronavirusa yoluxanların sayı 71 mini, ölənlər isə 1700-ü ötüb                        Qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı                        Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib                        Dövlət vəsaiti hesabına malları satınalan təşkilatlara müraciət edilib                        Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb                        AQTA qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi məntəqələrdə baytarlıq nəzarət tədbirlərini davam etdirir                        Paulo Dibala İtaliyada ötən ayının ən yaxşı futbolçusu seçilib                        İyulun 29-da və 30-da keçirilən imtahanların nəticələri elan olunub                        Zurabişvili ölkə müsəlmanlarını təbrik etdi                        Hərbi təyyarələr yanacaq bazarını vurdu                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 23-04-2020, 15:55
“Ən gözəl kitablar belə çox vaxt Bakıdan kənara çıxa bilmir”
Sabir Rüstəmxanlı: “Nəşriyyatların sayı artdqıca, kitabxanaların sayı azalır ki, bu da ağlasığan bir şey deyil”

“20 ildir ki, yazdığım şeirlərə mahnı oxunur, lakin insanlar bilmir ki...”“Yazçılara qonarar verilməli, yeni əsərlərin kitabxana və rayonlara getməsi təmin edilməlidir”

23 aprel – "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"dür.

Moderator.az olaraq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətimizdə ölkəmizdə kitaba olan maraq, müəllif hüquqlarının təmini sahəsindəki vəziyyət və s. kimi məsələləri şərh etməyə çalışdıq.

-Sabir bəy, bildiyiniz kimi, bu gün "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"dür. Kitab, onun istənilən xalq və toplum üçün önəmi nədən ibarətdir? Ən əsası, bu gün cəmiyyətdə kitaba olan maraq sizi qane edirmi?

-Kitab elə bir sərvətdir ki, hər şey keçib gedir, amma kitab qalır. Yəni kitab millətin var olmasının, xoşbəxt olmasının, dünya xalqları arasında öünəməxsus yer tutmasının əsas amillərindən, şərtlərindən biridir.

Bizim cəmiyyətdə kitaba maraq xeyli azalmışdır. Görünür bu, müəyyən şərtlərlə bağlı idi. Əlifba dəyişikliyi və s. kimi məsələlər ortaya çıxdı ki, ola bilsin, bunun da bu məsələyə təsiri oldu. Ailələrdə kitabın təbliği, uşaqlara kitab oxutdurmaq ənənəsi zəifdir. Halbuki, Azərbaycan vaxtıykən, SSRİ dönəmində ən çox oxuyan respublika və xalqlardan biri olub. Təəssüf ki, indi bu ənənə bir qədər zəifləyib.

-Kitabla bağlı ənənəvi problemlərdən biri də onun tirajının azlığı ilə bağlıdır. Hansı ki, əksəriyyət bunu insnaların kitaba olan marağının azlığı, kitabların az satılması ilə izah edir. Sizcə doğrudanmı bu problemin kökündə kitab alışının azlığı amili dayanır?

-Kitablarımızın tirajı həqiqətən də çox azdır və adətən 500-1000 arasında dəyişir. Lakin bu məsələ ilə bağlı sadəcə oxuculardan nələrsə ummaq düzgün deyil. Bununla bağlı aydın dövlət siyasəti olmalıdır. O da bundan ibarətdir ki, kitabların bir hissəsini dövlət almalı, kitabxanalara göndərməlidir. 4 min kitabxana varsa, gərək ki, bu kitabxanaların hər birinə bir nüsxə də olsa yeni kitablardan getsin. Bu, tirajn yüksəldilməsi, yazıçının vəziyyətinin yaxşılaşması deməkdir. Dövlətin qayğısı olmadan kitab işini istənilən səviyyəyə qaldırmaq olmaz.

Ən gözəl kitablar belə çox vaxt Bakıdan kənara çıxa bilmir. Rayonlarda kitabxanaların sayı azalır. Kitab dükanları isə yoxdur. Sadəcə dəftərxanalar var. Ona görə də burada xalqdan incimək, xalqdan ummaq məncə, düzgün deyil. Insanlara kitab gedib çatmalıdır ki, o da bu kitabı oxusun. Təbii ki, istərdim ki, kitaba qayğı artsın.

-Sizcə nəşriyyatlarla bağlı vəziyyət nə dərəcədə qənaətbəxşdir?

-Kitabın nəşri məsələləri yaxşıdır. Mətbəələrimiz normaldır. Nəşriyyatların sayı artır. Lakin nəşriyyatların sayı artdqıca, kitabxanaların sayı azalır. Bu paradoks ağlasığan bir şey deyil. Bu məsələni də qaydasına qoymaq laızmdır. Əslində müəllif hüququ da elə budur. Sən kitab yazırsan, lakin bu kitab xalqa gedib çata bilmir. Bu da müəllif hüququnun pozulmasıdır.

Dünya ölkələri ilə kitabların tərcüməsi və nəşri sahəsində SSRİ dönəmindəki əlaqələri, qarşılıqlı nəşr işinə marağı bərpa etmək lazımdır. Hər hansı bir dövlət sənin kitabını çap edirsə, sən də onun kitabını çap etməlisən və bu, müqavilə ilə tənzimlənməlidir. Yazıçılarımızın kitablarını Mədəniyyət Nazirliyi, dövlət özü xarici ölkələrə tövsiyyə etməlidir. Onların tərcüməsi və nəşrinə yardım etməlidir. Vaxtiylə bunların hamısı olub. Təəssüf ki, bunlar unudulub.

-Necə hesab edirsiniz, yazıçı yazdığı kitaba görə qonarar almalıdırmı? Bu sistemin yenidən bərpası nə dərəcədə faydalı olar?

-Yazıçıya qonarar verilməlidir. Bizdə qonarar sistemi yoxdur. Klassiklərimizin, yaxud yaşlı nəslin nümayəndələrinin kitabları böyük tirajlarala çap edilir. Ordan əldə edilən pullar hara gedir? Adətən bu vəsaitlərin hesabına gənclərin kitabları çap edilməlidir. Gənc yazıçılara müəyyən miqdarda qonarar verilməlidir. Zənnimcə, gec-tez dövlət bunu edəcək. Dövlətimiz məktəblilər üçün dərs vəsaitlərinin nəşri və onun pulsuz paylanmasını təmin edir. Inşallah yazıçılara da müəyyən prinsiplər daxilində bəlli miqdarda qonarar verilməsi də təmin olunar. O zaman müəllif hüquqları da tam şəkildə qorunar.

-Sabir bəy, bəs mahnıya çevrilən şeirlərimizlə bağlı vəziyyət nə yerdədir? Şairlərimiz notlara köçürülən bu şeirlərdən hansısa fayda əldə edə bilirmi və ya etməlidirmi?

-Şeirlərə mahnılar yazılır, hansı ki, mənim də bir çox şeirə mahnı yazılıb. Bu mahnılar 10 ildir, 20 ildir ki, oxunur, lakin insanlar bilmir ki, onun sözləri mənimdir. Çünki bunu nə müəllif deyir, nə onun buraxdığı albomun üstündə bu barədə nəsə yazılıb. Hətta radio və televiziyada səslənəndə də demirlər ki, bu mahnının sözləri kimindir. Məgər mahnı öz-özünə yaranır? Bu məsələdə də müəllif hüquqları ciddi şəkildə pozulur. Illər uzunu oxunan bu mahnıların gəlir gətirib-gətirmədiyi, gətirirsə, bu gəlirin hara getdiyin də məlum deyil.

Mən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibəti ilə kitabla bağlı olan hər kəsi təbrik edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə müsbət dəyişikliklərə şahid olacağıq və qeyd etdiyimiz məsələlər öz müsbət həllini tapacaq.


Ana səhifəyə qayıt

{sape_links}{sape_article}