Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 22-04-2020, 15:41
Cəlil Xəlilov: “Prosesin məntiqi sonluğuna çatması üçün beynəlxalq təşkilatlaırn da öz səylərini artırması zəruridir”
“Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur”Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.

Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi:

“Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi.

Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.

Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}