Son xəbərlər:
ABŞ-da son sutkada 1307 nəfər koronavirusdan ölüb                        Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb                        "10 sot torpaq aldım, amma aldadıb vermədilər" - Sevda Ələkbərzadə                        Siyavuş Novruzov: "YAP həbs edilən məmurlarla bağlı qərarını onların məhkəməsindən sonra verəcək"                        İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib                        Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı                        Nazirliyin 40 əməkdaşı işdən çıxarıldı                        Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar                        Türkiyədə qəzada 3 azərbaycanlı öldü                        Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxub, 107 nəfər sağalıb, 3 nəfər ölüb                        Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi -                        Naxçıvanın yeni Baş Naziri o oldu                        Bayram günü güclü külək əsəcək                        Külək elektrik xətlərinə ziyan vurdu - Fotolar                        Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır                        DOST rəsmi saytını təqdim etdi                        WhatsApp-da yeni funksiya işə düşəcək                        Fidan Hacıyevaya daha bir vəzifə verildi - Foto                        Prezident yeni icra başçılarını videoformatda qəbul etdi.                        Temperatur 10 dərəcə enəcək - Nazirlikdən xəbərdarlıq                        Prezident Rüstəm Usubovu təltif etdi                        Əbülfəs Qarayev vəzifəsindən azad edildi                        Sabah 36 dərəcə isti olacaq                        Britaniyada koronavirusdan ölənlərin sayı 35 mini keçdi                        Çində koronavirusla bağlı son vəziyyət açıqlandı                        Poroşenkoya qarşı cinayət işi açıldı                        İngiltərə futbol klubunun məşqçisi koronavirusa yoluxdu                        Biləsuvarda 4 otaqlı ev yanıb                        Moskvada daha 75 nəfər koronavirusdan öldü                        Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-may-2020 / ( 19:59 )
 
 
 
 
 
 
 
21-may-2020 / ( 13:24 )
 
 
 
 
 
20-may-2020 / ( 01:32 )
 
 
 
 
 
 
 
 
 
 
18-may-2020 / ( 19:02 )
 
 
 
 
 
 
18-may-2020 / ( 13:20 )
 
18-may-2020 / ( 13:17 )
 
18-may-2020 / ( 11:42 )
 
 
 
 
16-may-2020 / ( 13:42 )
 
 
 
 
 
 
 
 
 
Tarix: 9-04-2020, 14:45
Sumqayıtda modul tipli xəstəxana yaradılırDünyanı cənginə alan koronavirus (COVİD-19) pandemiyası səngimək bilmir. Vətəndaşların sağlamlığının təhlükəsizliyi, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının aprelin 7-də imzaladığı Sərəncamla koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması üçün Maliyyə Nazirliyinə 14,8 milyon ayrılıb.

Sumqayıt şəhərində modul tipli 190 çarpayılıq hospitalın tikintisinə start verilib. Artıq ərazi müəyyənləşib və hazırlıq işləri aparılır.

Sumqayıtın 45-ci məhəlləsində yerləşən 1 saylı Şəhər Xəstəxanasının 3 hektarlıq ərazisində somatik və infeksion korpuslar arasında tikilən hospital üçün hazırlıq işləri artıq başa çatıb. Tibb müəssisəsinin normal fəaliyyətini təmin edəcək su, təbii qaz, kanalizasiya, elektrik enerjisi xətləri çəkilib və ərazi tam hazır vəziyyətə gətirilib.

Bu yer heç də təsadüfi seçilməyib. Dövlət tərəfindən əsaslı təmir olunan Şəhər Xəstəxanası geniş infrastruktura malikdir. Burada poliklinika, infeksion korpus, doğum evi və digər şöbələr fəaliyyət göstərir.

Vacib missiyanın təcili yerinə yetirilməsi zərurəti nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidəki ağacların bir qisminin köçürülməsi, mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.

Bəzi insanlar ağacların hansı məqsədlə kəsildiyini bilmədikləri üçün, bunu haqlı olaraq narahatlıqla qarşılayıblar. Amma, sağlam həyatın təminatçısı, elə insan zəhməti ilə əkilib bəslənən yaşıllıq bu dəfə insanların həyatını cəllad kimi qıran koronavirus infeksiyasından qorumaq üçün özünü sanki qurban verib. Nazirlikdən bildirilib ki, ərazidə kəsilən ağacların yerinə əlavə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib.

Qeyd edək ki, bununla yanaşı 1 saylı Şəhər Xəstəxanasının nəzdində koronavirus infeksiyasının dəqiq diaqnostikasını apara bilən müasir laboratoriya da yaradılır.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}