Son xəbərlər:
Türkiyədə virusa yoluxan daha 73 nəfər dünyasını dəyişib                        Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır                        “Ford” 49 min avtomobili geri çağırır                        “China Daily” qəzeti Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizədən yazıb                        İtaliyada koronavirus qurbanlarının sayı 15,8 min nəfəri ötdü                        UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi                        Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma... - Sınaqlara azı bir il vaxt lazımdır                        Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb                        Aprelin 6-sı üçün teledərslərin cədvəli müəyyənləşdirilib                        ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü                        Gəncədə qadının əri tərəfindən yandırılmasının təfərrüatları məlum oldu                        “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ                        Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib                        Gəncədə qadın boşanmaq üzrə olduğu əri tərəfindən yandırıldı                        Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu                        Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları...                        Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR                        Qubada bədbəxt hadisə ölümlə nəticələnib                        Türkiyə vaksinin ilk sınağını keçirdi                        İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib                        Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb                        İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimələnib                        Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı                        İranda son 24 saat ərzində koronavirusdan 151 nəfər ölüb                        Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır                        Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək                        Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib                        ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq                        Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 20-03-2020, 13:49
Azərbaycanda ətin bahalaşmasının səbəbləriBu qış bölgələrdə havaların quraqlıq və mülayim keçməsi heyvandarlıqla məşğul olan kəndli-fermerləri çıxılmaz vəziyyətdə qoyub. Bu ayın əvvəlindən ot bazarında qiymətlər artıb. Fermerlər vəziyyətdən çıxmaq üçün yağışın yağmasını arzulayırlar.

Virtualaz.org ölkədə ot bazarındakı vəziyyəti və bunun ətin qiymətinə təsirini araşdırıb. Bəlli olub ki, hazırda təbii otun bağlaması 4 manat-4 manat 50 qəpiyə, yonca bağlaması 6, Aran və Qərb bölgəsində isə 6 manat 50 qəpik-7 manata satılır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azı 1-2 manat bahadır. Fermerlər bildiriblər ki, martın ikinci ongünlüyüdür, amma bəzi ərazilərdə ot hələ göyərməyib. Lakin onların fikrincə, hava şəraiti və yemə təlabatın artması ətin qiymətinin bahalaşması üçün əsas deyil. Rayonlarda hazırda mal ətinin kiloqramı 9 manat-9 manat 50 qəpikdən təklif edilir.

Bərdəli fermer: Təlabatın artmasından istifadə edənlər də var

Bərdəli fermerin sözlərinə görə, otun bahalaşması xərcləri artırıb. Çünki heyvandarlıqda xərclərin təxminən 70 faizi yemin payına düşür: “Bazarda qiymətlər artır, hazırda arpa da 45 qəpiyədir. Örüş sahələri olmadığından yemin ümüdinə qalmışıq. Hazırda zərərlə işləyirik. Yemə təlabatın artmasından istifadə erdərək qiymətləri qaldıranlar da var”.

Fermer əlavə edib ki, 1500-ə yaxın iribuynuzlu heyvanı var. Qışda quraqlıq olduğundan ot tədarükü yaxşı olmayıb. “Bir inək günə bir bağlama yeyir, indi xərci siz özünüz hesablayın. Ət və süd satışından qazanırıq. Kənddə südün litri 90 qəpik-1 manatdır. Ona görə də heyvan saxlamaq çətindir”,-fermer söyləyib.

Amma ətin bahalaşmasına səbəb yoxdur...

Onun sözlərinə görə, yemin qiymətinin 1-2 manat artması ətin bahalaşması üçün ciddi səbəb deyil. O və digər fermerlər mal ətinin kiloqramını 9 manat-9 manat 50 qəpikdən təklif edirlər. Diri çəki isə 4 manat 60 qəpiyə düşür. “Bizdən 9 manatdan alırlar, Bakıda 12-13 manatdan satırlar. Yol xərci, daşınması, yer haqqı nəzərə alınsa belə qəssablar bir inəkdən min manatdan artıq pul qazanırlar. Buna görə də Novruz bayramı ərəfəsi ətə təlabatın artmasından istifadə edib qiymətləri qalsdırmağa əsas yoxdur”,-fermer belə izah edib.

Digər fermer Sahib Əliyev isə bildirib ki, çətini yağış yağanadəkdir, uzaqbaşı aprelin birinci ongünlüyünədək qiymətlər enəcək: “Pambıqçılıqda yaxşı qazanc var, buna görə də yoncaya maraq azalıb. Amma yenə də çətini aprelin əvvəlinədəkdir”.

Dərdimiz tək quraqlıq deyil...

Ağdaşlı fermer isə bildirib ki, təkcə quraqlıqla iş bitmir. 1 hektar sahəyə təxminən 200 kilo gübrə vurulur. “Ötən il 50 kilosunu 8 manatdan aldığımız gübrə bu il 27 manat oldu. Yəni 108 manat təkcə gübrəyə xərcləyirik”,-yonca, arpa əkini ilə məşğul olan fermer əlavə edib. Amma onun sözlərinə görə, yoncanın 7 manatdan satılması iddiası doğru deyil, “Əgər 7 manatdan istəyən olarsa qazancımız yaxşı olar”, -fermer belə söyləyib.

Onun sözlərinə görə, digər bitkilərdən fərqli olaraq yonca 1 dəfə əkilir, 4 dəfə biçilir. “Yonca əziyyət tələb edən işdir, sahəni ziyanvericilərdən, gəmiricilərdən qorumaq lazımdır, qulluq edilməlidir. Ziyanvericilər, quraqlıq nəzərə alınmasa 4 dəfə biçindən sonra 960-1000 manat qazanc qalır. Quraqlıq olanda yükümüz artır”.

Ekspert: Gübrə bahalaşmayıb, əksinə...

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə bildirib ki, bu il qışın quraqlıq keçməsi ümumilikdə bütün kənd təsərrüfatı məhsullarına təsirsiz ötüşməyib. Eləcə də hazırda bazarda yoncanın, quru otun, arpanın cüzi də olsa bahalaşması müşahidə edilir: “Bu il qışın mülayim keçməsindən istifadə edənlər oldu. Fikirləşirlər ki, quraqlıq davam edəcək. Qarışıq ot həmişə 3 manat- 3 manat 50 qəpik olub, amma indi 4 manat- 4 50 qəpikdən satırlar. Eləcə də təmiz yonca 5 manatdan baha olmurdu, amma artıq 6 manata təklif edilir”.

Dövlət fermerin işin asanlaşdırıb

Ekspert gübrə, azot, yaxud yanacaq, motor yağlarının birdən-birə bahalaşması və bunun yemlərin qiymətinə təsiri ilə bağlı fermerlərin iddialarını da izah edib. Onun sözlərinə görə, gübrənin, yanacağın, yaxud motor yağının qiyməti artmayıb. Sadəcə sistem dəyişib: “Əvvəlki illərdə dövlət həmin mal və məhsulları subsidiyalaşdırırdı, fermer sənədlərini göstərməklə məsələn gübrəni 70 faiz güzəştlə 7-8 manatdan alırdı, real qiymətlərdən xəbərsiz idi. Əslində azot gübrəsinin real qiyməti elə 27-33 manat arasında olub. Bu ildən subsidiyalar əsaslı şəkildə artırılıb, həmin vəsait fermerin özünə verilir. Ölkədə 21 təhcizatçı şirkət var, indi fermerlərə imkan verilib ki, yanacağı, gübrəni bazarda kimdən istəyir alsın. Məsələn, 250 kiloqram yemləmə gübrəsi alınmalıdır, həmin məbləğ fermerin kartına köçürülür. Ona görə də fermerə elə gəlir ki, qiymətlər ötən ilə nisbətən artıb. Əslində isə fermerin işi asanlaşıb”.

Nəsirli əlavə edib ki, əvvəl fermer subsidiya məbləğini xərcləyirdi, əkin vaxtı pul tapa bilmirdi. İndiki sistem fermeri məcbur edir ki, dövlətin verdiyi subsidiyanın 75 faizini toxuma, gübrəyə, texnikaya, becərillməyə xərcləsin. Yəni fermer karta köçürülən məbləğin 75 faizini xərcləyə bilmir. “Fermer elektron kabinetində o xidmətləri sifariş edir, şirkət təsdiqləyir, sənədləşdirmə aparılır. Göstərilən xidmətləri sistemdə fermer, şirkət, eyni zamanda aidiyyatı qurumlar izləyə bilir. Xidmətlərə görə fermer 75 faizini alır”,-Nəsirli bildirib.

Ət niyə bahalaşır?

Nəsirli hesab edib ki, hər il Novruz ərəfəsi ətin bahalaşması məsələsi qaldırılır. Çünki bayramda ətə təlabat artır. Amma bahalaşmaya əsas yoxdur: “Nazirlər Kabineti bu günlərdə çox mühüm bir bəyanat verdi, ölkədə istehlak bazarına ciddi şəkildə nəzarət olacaq. İndiki məqamda ətin qiymətinin artırılmasına səbəb yoxdur”.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır məqsədilə dövlət proqramı, eləcə də digər tədbirlər həyata keçirilir. Onlardan biri də örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına sahəsində işlərin aparılmasıdır. Yaxın gələcəkdə heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək.


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}