Son xəbərlər:
Türkiyədə virusa yoluxan daha 73 nəfər dünyasını dəyişib                        Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır                        “Ford” 49 min avtomobili geri çağırır                        “China Daily” qəzeti Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizədən yazıb                        İtaliyada koronavirus qurbanlarının sayı 15,8 min nəfəri ötdü                        UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi                        Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma... - Sınaqlara azı bir il vaxt lazımdır                        Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb                        Aprelin 6-sı üçün teledərslərin cədvəli müəyyənləşdirilib                        ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü                        Gəncədə qadının əri tərəfindən yandırılmasının təfərrüatları məlum oldu                        “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ                        Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib                        Gəncədə qadın boşanmaq üzrə olduğu əri tərəfindən yandırıldı                        Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu                        Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları...                        Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR                        Qubada bədbəxt hadisə ölümlə nəticələnib                        Türkiyə vaksinin ilk sınağını keçirdi                        İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib                        Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb                        İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimələnib                        Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı                        İranda son 24 saat ərzində koronavirusdan 151 nəfər ölüb                        Koronavirusun sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır                        Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək                        Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib                        ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq                        Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası                        Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
27-mar-2020 / ( 16:13 )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix: 20-03-2020, 12:59
Şıxəli Qurbanovun müəmmalı ölümü: Onu Novruz bayramına görə izləyirdilərAzərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi, filosof alimi, dövlət və ictimai xadimi Şıxəli Qurbanov (1925-1967) Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Böyük Vətən müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. “A. S. Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1958-1963-cü illərdə “Rəis məşğuldur”, “Birdən belə olmaz” adlı satirik əsərləri Musiqili Komediya Teatrında səhnəyə qoyulub. “Sənsiz” tamaşası isə ölümündən az sonra 1967-ci ilin iyunun 2-də tamaşaya qoyulub. Bu əsər Stalinizmin qurbanlarına həsr edilmişdi.

Ş. Qurbanov 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə 26 Bakı Komissarları rayonunun və Voroşilov rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində işləyib. 26 mart 1957 - 24 may 1967-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri olub. Eyni zamanda o, 1966-1967-ci illərdə Azərbaycan KP MK-nın katibi və Büro üzvü olub.

Ş. Qurbanov bu vəzifələrdə işlədiyi dövrdə özünü millətini, vətənini, onun tarixini sevib dəyərləndirən şəxs kimi təsdiq edib. Onun ciddi səyi ilə 1950-ci illərdə Azərbaycan Mətbuatının banisi Həsən bəy Zərdabinin unudulmuş məzarı axtarılıb tapılıb və Fəxri Xiyabanda yenidən dəfn edilib.
Ş. Qurbanov MK katibi vəzifəsində olarkən 1967-ci ildə yaradıcı gənclər üçün “Ulduz” jurnalı çap edildi, bundan əvvəl 1966-cı ildə isə İranda yaşayan böyük şair Şəhriyarın “Heydərbabaya salam” poeması Bakıda çap olundu.

Ş. Qurbanov 1960-cı illərdə Azərbaycanın milli ruhlu ziyalıları ilə sıx əlaqə saxlayır, onlara dəstək olmağa çalışırdı.

Siyasi fəaliyyətinə görə 1960-cı illərin sonlarında həbs edilmiş Rafiq Turabxanoğlu xatirələrində yazır ki, biz bir neçə Azərbaycan millətçi və ziyalıları ilə birlikdə tez-tez onunla görüşür, Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi edirdik. (O, bu ziyalılardan Nigar Rəfibəylinin və Əzizə Cəfərzadənin adını qeyd edir).

1967-ci ilin martından isə Ş. Qurbanovun xüsusi fəallığı ilə Azərbaycanda bolşeviklərin 1920-ci illərdə rəsmi olaraq qadağan etdiyi Novruz Bayramı keçirildi. 1967-ci ilin 20 martında Bakıda, Qız Qalası ətrafında keçirilən bu möhtəşəm Novruz Bayramı Moskvadakı Sovet rəhbərliyini narahat etdi. Ş. Qurbanovu Moskvaya dəvət edib, izahat verməsini tələb etdilər. O, yazdığı 22 səhifəlik izahatda Novruz Bayramının dinlə heç bir əlaqəsi olmadığını sübut etdi.

Bu hadisədən sonra Ş. Qurbanova qarşı üç dəfə qəsd edilsə də, o, sağ qaldı. 1967-ci ilin mayın 24-də sui-qəsd olaraq, dişini müalicə edən həkim tərəfindən vurulan iynə (bu iynə öldürücü sianid turşusu imiş) onun həyatına son qoydu.

Ş. Qurbanovun həyat yoldaşı Xavər xanım qeyd edir ki, o, Azərbaycan KP MK-nın 1967-ci ilin iyununda keçiriləcək növbədənkənar plenumunda Birinci katib seçilməli idi. Lakin buna imkan verilmədi. Ş. Qurbanov Fəxri Xiyabanda dəfn edildi.

Ş. Qurbanovun ölümündən sonra xanımı Xavər Qurbanova Moskvaya gedib şikayət edir. SSRİ Prokurorluğundan gələnlər isə həqiqəti üzə çıxarmırlar. Qəzetdə isə Ş. Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə məlumat dərc edilmişdi.

Ş. Qurbanovun dəfnində çoxlu sayda insan iştirak edirdi.

Bu hadisədən bir il sonra 1968-ci ildə Bakıda Azərbaycan Dövlət Universiteti tələbələrinin keçirmək istədikləri kütləvi Novruz Bayramının dövlətin göstərişi ilə milislər dağıdır, yandırılmış tonqalı isə yanğınsöndürənlər söndürürlər. Tələbələrlə qarşıdurmada milislər də yaralanır. Həbs edilən tələbələri isə Vəli Axundovun göstərişi ilə azad edirlər.

Qeyd edək ki, sonrakı illərdə də tələbələr, ziyalılar hər Novruz Bayramında Şıxəli Qurbanovun məzarını ziyarətə gəlidilər. Xalq şairi B. Vahabzadə, alim X. Məmmədov da bura gələnlər arasında olardı.
Şıxəli Qurbanov bütün varlığı ilə milli ruha, milli tarixə bağlı bir şəxsiyyət idi. Ana xətti ilə Bakının Novxanı torpağına bağlı olan Ş. Qurbanovun yazdığı bir şeirin misraları buradakı məzarlıqda uyuyan, 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun sıralarında Bakının və Azərbaycanın çoxlu sayda bölgələrini düşmənlərdən azad edən qəhrəman Türk əsgərinin məzar daşına həkk edilib:

Eşidib fəryadın Azərbaycanın,
Tərəddüd etmədən dada yetişdim.
Xalqımın yolunda keçib canımdan,
Əbədi şöhrətə-şana yetişdim.


Azərbaycan KP MK-nın Katibi və Azərbaycan SSR Ali Sovetinin
deputatı Şıxəli Qurbanovun vəfatı ilə bağlı Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər Sovetinin tədbirləri haqqında qərarı
(24 may, 1967-ci il, Protokol N45)


1. Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Ali Sovetinin sədri Ş. Q. Qurbanovun dəfninin təşkil edilməsi üçün hökumət komissiyası yaradılsın: Əmirov Ə. D. (sədr), İbrahimov M. İ., Qədirov Ə. M., Tahirova T. Ə., Qaşqay M. Ə, Ələsgərov S., E.
2. Ş. Q. Qurbanov Fəxri Xiyabanda dəfn edilsin.
3. Dəfn xərcləri dövlətin hesabına ödənilsin.
Azərbaycan KP MK-nın Birinci katibi: V. Axundov
Azərbaycan Nazirlər Sovetinin sədri: E. Əlixanov

1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın Bürosu Azərbaycan KP MK katibi Ş. Qurbanovun ölüm səbəbinin öyrənilməsi ilə bağlı qərar qəbul edir və bu işin 1967-ci ilin 17 iyununa qədər yerinə yetirilməsi Ə. D. Əmirova tapşırılır.

1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin verdiyi qərarda Ş. Qurbanovun adının əbədiləşdirilməsi qeyd olunurdu:

1) Azərbaycan Dövlət Musiqili Komediya Teatrına və Zaqataladakı yeni orta məktəbə onun adı verilsin;
2) Bakı Şəhər Sovetinə Bakının küçələrindən birisinə Ş. Qurbanovun adının verilməsi tapşırılır;
3) Respublika Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna Ş. Qurbanovun əsərlərini çapa hazırlamaq, Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat Komitəsinə 1968-ci ildə onun elmi, dram və bədii əsərlərindən ibarət olan, 50 çap vərəqi həcmində 2 cildliyi nəşr etmək tapşırılır;
4) Bakı Şəhər İcraiyyə Komitəsinə və Azərbaycan Rəssamlar İttifaqının Bədii Fonduna 1967-ci ilin sonuna qədər Ş. Qurbanovun məzarı olan ərazini qaydaya salmaq və qəbirüstünü hazırlamaq tapşırılır.
Bu, dövlətin rəsmi qərarı idi və tez bir zamanda yerinə yerinə yetirildi.

Belə “aldadıcı” hallar isə Sovet rejimində əvvəldən mövcud idi. Yəni, tanınmış bir şəxs lazım gələndə aradan götürülür, onun adı isə “əbədiləşdirilir”. Əslində bu işin əsası 1934-cü ildə qoyulmuşdu. Sovet dövlətinin tanınmış xadimi S. M. Kirov aradan götürüldü (çünki o, son partiya qurultayında Baş katibliyə seçkidə Stalindən çox səs toplamışdı və bu da Stalini narahat etmişdi) və tezliklə həqiqətin unutdurulması üçün “həkim komissiyası” yaradıldı, adı “əbədiləşdirildi”

Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}